Harri Potter Dunyasindaki Yerlerin Siyahisi - Wikipedia
Coan Roulinqin yazmış olduğu Harri Potter roman seriyasındakı xəyali yerlər təşkilatlar var. Aşağıda onların siyahısı vardır.
Əhəmiyyətli məskənləri
redaktəGodric`s Hollow
redaktəİngiltərə 'nin qərbində yerləşən,Maqllar ilə cadugərlərin yaşadığı kiçik bir şəhərcikdir. 1689 da qurulmuşdur. Adını, burada doğan Qodrik Qriffindordan almışdır. Bir çox məşhur cadugər burada doğulmuş və böyümüşdür. Burada doğulan ya da yaşayan əhəmiyyətli Sehrbazlar:
- Qodrik Qriffindor
- Iqnotus Peverell
- Bouman Rayt (Sniçi ixtira edən adam)
- Albus Dambldor
- Aberfort Dambldor(Albusun balaca qardaşı)
- Batilda Bəkşat (Dövrünün ən böyük tarixçisi, "Sehr Tarixi" kitabının yazarı)
- Ceyms Potter
- Lili Potter
- Harri Potter
1899 'da, Ariyana Dambldor, Gellert Qrindılvold, Albus Dambldor və Aberfort Dambldor arasında çıxan dueldə öldürülmüş və Dambldorlar həmişə özlərini məsul tutmuşlar. 1981də isə Lord Voldemort, Harri Potteri öldürmək üçün buradakı evə girmiş və Harrinin ailəsini öldürmüşdür, lakin Harrni öldürə bilməmişdir çünki anası onun üçün ölərək ona qoruma təmin etmişdir. Sonradan burada Potter ailəsinin bir heykəli ucaldılmışdır. 1997-ci ildə Harry Potter və Hermiona Qreyncer, Batilda Bəkşatı tapmaq üçün buraya gəldilər. Qəbiristanlığa gedib məzarları ziyarət etdil'r. Burada Nagini(Batilda Bəkşatın formasında) tərəfindən hücuma uğradılar. Kiçik və sadə bir yerdir. Bir kilsə, bir bar, bir poçt və bir neçə dükan vardır. Evlər də kiçikdir.
Yuva
redaktəUizli ailəsinin evi.
Yuva Harri Potter ardıcıllığında keçən xəyali bir məkandır. Uizli ailəsinin evidir. Harri bu evi öz evi kimi görməkdədir. İlk dəfə Harri Potter və Sirlər Otağında görünmüşdür. Sıxlıq bir evdir. Harri Potter və Alov Kubokunda, Harri, Ron və Hermiona bu evdən Qviddiç Dünya Kuboku finalına getmişlər. Harri Potter və Yarımqan Prins filmində Belatriks Lestranc və bir qrup Ölüm Yeyən buranı atəşə vermişdir. Grimmaul Meydanı, 12 nömrə (Sirius Evi) sirr mühafizəkarı Albus Dambldor'un ölməsi və onu öldürən Severus Sneypin, oranın yeri bilməsi səbəbiylə Simurq Ordeninin ana qərargahı buraya daşınmışdır. Harri Potter və Ölüm Hədiyyələrində isə, Fleur Delekor və Bill Uizlinin toyu Ölüm Yeyənlər tərəfindən dağıdılmışdır. Evin Sirr Mühafizəkarı Artur Uizlidir. Ein damında qulyabani və evdə bir çox cincücə yaşamaqdadır.
Privet Drive 4 Nömrə
redaktə'Privet Drive 4 Nömrə' , Harrinin qayını Vernon Dörsli və xalası Petunya Dörslinin yaşadığı evdir. Həm də əmisi oğlu Dadli Dörslidə burada yaşayır. Lilinin və Ceyms Potter elə evlənməsindən sonra Petunya onunla əlaqəsini tamamilə kəsir və əriylə birlikdə normal bir həyat yaşayır, ta ki Harri gələnə qədər. 1981-ci ildə Rubeus Haqrid onu buraya buraxmış və 11 yaşına gəlincə onu aparmışdır. Harry, 11 yaşına qədər bu evdə, Pilləkənin altındaki Şkafda yaşamışdır. 11 yaşına gəlincə onu, Dadlinin köhnə otağına göndərmişlər.
Malfoy Malikanəsi
redaktəMalfoy Malikanəsi,Lusius Malfoy, Narsissa Malfoy, Drako Malfoy və Bellatriks Lestrancın evidir. Əvvəllər Dobi bu evə itaət etməkdəydi lakin Harry onu azad buraxmışdır. Bu malikanə, hər nə qədər[Malfoy ailəsi bundan məmnun olmasa da; Ölüm Yeyən qərargahıdır. Tutulan bəzi dustaqlar Luna Lavqud, Qriphuk, Ollivander buranın zirzəmisində tutulmaqdadır. 1998-ci ildə Harri, Ron və Hermiona, buraya gətirilmişlər və Dobinin köməyiylə buradan qaçmışlar lakin Dobi buxarlaşan zaman, Bellatriks Lestrancın atdığı bıçağın isabət etməsi nəticəsində ölmüşdür.
Grimmauld Meydanı 12 Nömrə
redaktəBura, Blek ailəsinin evidir. Blek Ailəsi, əsrlərdir bu evdə yaşamışdır. İlk dəfə 5. kitabda görünmüş, 7. kitabda Harrinin uzun müddət istifadə etdiyi bir yer olmuşdur. Maqlların və icazə verilməyən cadugərlərin tapa bilməyəcəyi bir yerdir. Evdə Blek soy ağacı və ölən ailə üzvlərinin portretləri vardır. Ev cini Kriçır, bu evə xidmət etməkdədir. Simurq Ordeninin qərargahı olaraq uzun dövr istifadə edilmişdir.[Sirius Blekin ölümü ilə bura Harriyə miras qalmışdır. Daha sonra sirr mühafizəkar Albus Dambldor ölüncə qərargah Qovuqa daşınmışdır. Nazirlikdən qaçarkən Yakslinin buraya girməsiylə birlikdə təhlükəsizliyini itirmişdir.
Balıq qulağı Daxması
redaktəBura, Bill Uizli ilə Fleur Delekorun evləndikdən sonra yerləşdiyi evdir. Dəniz kənarındadır. Harri, Ron və Hermiona, Malfoy Malikanəsindən qaçarkən buraya gəlmişlər. Qaçarkən ölən azad ev cini Dobi isə Harri tərəfindən buradakı bağçaya dəfn edilmişdir.
İpəyirən küçəsi
redaktəİpəyirən küçəsi, Severus Sneypin evinin olduğu bir Maql küçəsidir. 6-cı kitabda Bellatriks və Narsissa, Sneypi ziyarətə gəlmişlər və Sneyp burada, Drako Malfoy 'u qorumaq üçün Qırılmaz And içmişdir.
Diagon küçəsi
redaktəDiagon yolu, Londonda olan bir küçədir. Bu küçədə "Çatlaq Qazan" deyilən və Maqlların görə bilmədiyi bir yerdir. Girişi bir bardan və uçuş tozu ilədir. Sehrbazlar bu küçədən fərdi ehtiyaclarını qarşılamaq üçün alış veriş edirlər. Harri, hər il buraya alış veriş üçün gəlməkdədir. Içində bir çox dükan var. Bu dükanlarda bəziləri, Əcazçı, Qazan dükanı, Gündəlik Qəzetin ofisi, Eeylops bayquş marketi, Florea Fortescue'nun Dondurma yeri , Floriş və Blots, Qrinqots Sehrbazlıq Bankı, Madam Malkinin hər hala görə cübbələri, Sehrli heyvanxana, Ollivanderin sehrli çubuq dükanı, Keyfiyyətli Qviddiç əşyaları, Uizlillərin zarafata mağazasıdır.
Borg & Burkes
redaktəBorq və Börks, Knockturn Yolunda olan Qaranlıq Sənətlər üzərinə ixtisaslaşmış köhnə bir dükandır. Bina lənətlənmiş bir opal boyunbağı, və Harry Potter və Mələz Şahzadədə Drako Malfoy'un Hoqvarts'a sızmaq üçün istifadə etdiyi Yoxedici şkafın əkizi kimi bir çox təhlükəli və Qaranlıq obyekt satmaqdadır. Lord Voldemort 1940-ci illərin ortalarında Hoqvartsdan ayrıldıqdan sonra qısa bir müddətə Borq və Börks'də çalışmışdır. Karaktus Börk və Mr. Borqinə aiddir ancaq filmdə Mr. Borg tək sahibi olaraq görülür.
Amanuensis Tükdən qələmlər
redaktəTük qələmlər və mürəkkəb satan dükkandır. Madam Malkin'in yanındadır.
Çatlaq Qazan
redaktəMəşhur bir cadugər barıdır. Diagon Yolunun girişidir. Sahibi sonradan Hannah Abbott və Nevil Lonqbatom olmuşdur.
Eeylops min bir cürə Bayquş Dükanı
redaktəBayquş satan kiçik bir dükandır. Xışırtılarla, qanad çırpışlarıyla dolu, qaranlıq bir yerdir. Haqrid, Harriyə Hedviqi buradan almışdır.
Florea Fortescuenun Dondurma Salonu
redaktəBir dondurma salonudur. Florea Fortescue tərəfindən idarə olunur. O 1996-cı ildə öldükdən sonra dükana nə olduğu bilinmir. Harri Potter və Azkaban Məhbusunda Harri, burada bolca vaxt keçirmişdir və dondurma yemişdir. Kiçik bir yerdir. Içində rəng rəng dondurmalar vardır.
Floriş və Blots
redaktəMəşhur bir kitabçıdır. Hoqvarts şagirdlərinin hamısı kitapalarını buradan alırlar. Harri Potter və Sirlər Otağında Giledroy Lokhart burada imza günü etmiş, Lusius Malfoy, Cini Uizliyə Tom Riddle'ın gündəliyini burada vermişdir.
Gələcək Qəzetinin ofisi
redaktəGələcək qəzetinin çap edildiyi yerdir.
Qrinqots Sehrbaz Bankı
redaktəHarri, Harri Potter və Fəlsəfə daşında bu bankdan pul götürmüşdür və Haqrid fəlsəfə daşını buradan götürmüşdür. Diagon Yolunda olan bir bankdır. Bir cadugər bankı olan Qrinqotts cincücələr tərəfindən idarə olunur. Hoqvartsdan sonra cadugər dünyasında ən etibarlı yer olaraq keçər. Qrinqotts'da cadugərlərin pulları; Galleon, SICKLE, Knut burada qorunur. Qrinqottsdaki seyflər yerin altında xüsusi tilsimlərlə qorunur. Bəzi kassaları Əjdahalar qoruyur. Son kitabda Harri, Bellatirksin kassasına girərək Helqa Haflpafın kubokunu oğurlamışdır.
Keyfiyyətli Qviddiç Əşyaları
redaktəQvittiç əşyaları satılan dükkandır. Süpürgələr, Sniçlər, Qafllar, Blacırlar, qvittiç çubuqları kimi məhsullar vardır.
Madam Malkin'in Hər hala görə Cübbələri
redaktəMəşhur bir cübbə mağazasıdır. Bütün Hoqvarts şagirdləri cübbələrini buradan alırlar. Sahibi Madam Malkindir.
Ollivanderin sehirli çubuq dükanı
redaktəDünyanın ən məşhur asa istehsalçısı Ollivanderin dükanındı. Hoqvarts şagirdlərinin hamısı əsalarını buradan alırlar.
Uizli Sehrli Zarafatları
redaktəFred və Corc Uizlinin açdığı zarafat dükanıdır. Bir çox zarafat əşyası satılmaqdadır. Harrinin Üçsehrbaz Turnirindən qazandığı 1000 Galleon sayəsində bu dükanı açmışdılar.
Nazirliyə bağlı yerlər
redaktəAzkaban
redaktəAzkaban Həbsxanası , günahkar cadugərlərin tutulduğu bir həbsxanadır. Həbsxana Şimali dənizindədir. Həbsxanadakı məhbuslar cadugər olduqlarından, gözətçilər də sehirli varlıqların olan Ruh əmicilərdir. Harry Potter və Azkaban Məhbusu, bu həbsxananı olduqca geniş bir şəkildə başa salır. Bu həbsxanadan qaçan ilk adam animagus olan Sirius Blekdir. Bir animagus olduğu üçün itə çevrilərək Ruh əmiciləri sovuşduran Sirius, bu sayədə Azkaban'dan Ronu siçanını yəni Piter Peteqryu'u öldürmək üçün qaçmışdır. Daha sonra Ölüm Yeyənlər buradan Voldemort sayəsində toplu fərarilik etmişdir.
Peron 9¾
redaktəHoqvrt ekspresi yolunun başladığı qatar stansiyası peronudur. Londonda olan Kralın Xaçı stansiyasının doqquzuncu və onuncu peronları arasındadır. Perona çatmaq üçün doqquzuncu və onuncu peronları ayıran divara doğru sürətlə qaçmaq lazımdır. Divardan keçişi yalnız Sehrbazlar reallaşdıra bilər. Bu səbəbdən peron maqllar tərəfindən əlçatan deyil.
Hoqsmid
redaktəHoqsmid kəndi , Hoqvarts, Hoqvsmidin qarşısındakı gölün ətrafına yerləşmişdir. Hoqvarts Ekspresi yeni ilin başında şagirdləri buraxmaq üçün Hoqsmiddəki stansiyada dayanır. Gölün ətrafında stansiyadan qalaya bir yol parır.
Dərviş və Banqs
redaktəSihirli alətlərin satıldığı bir dükandı.
Çığıran Daxma
redaktəİlk dəfə 3-cü kitab olan Harri Potter və Azkaban Dustağında adı keçmişdir. İngiltərənin ən qarabasmalı binası olaraq bilinməkdədir. Ancaq bu yalnız ətrafda yaşayan maqlların söz-söhbətidir. Əslən bir qurdadam olan Rimus Lüpinin şagirdlik dövründə Dambldorun Lüpinin bədirlənmiş ayda insanlara zərər verməməsi məqsədiylə etdirdiyi komanın adı, Lupin'in qurdadama çevrildiyində çıxan uğultular səbəbiylə "Çığıran Daxma" olaraq qalmışdır.
Üç süpürgə
redaktəÜç süpürgə Hoqsmidde olan qaymaq pivəsi və müxtəlif içkilərin satıldığı bir bardır. Sahibi Madam Rozmerta adında bir cadugərdir. Hoqvarts şagirdlərinin Hoqsmid gəzintilərində tez-tez getdiyi bir yerdir.
Donuz başı
redaktəHoqsmiddə olan ikinci bir bardır. Buranın müştərisi üç süpürgənin müştərilərinə görə çox daha azdır. Birdə buraya təkinsiz insanlar gəldiyi üçün Hoqvarts şagirdlərinin çox seçim etdiyi bir yer deyil. Sahibi Aberfort Dambldordur. 5-ci kitabda Harri Potter və yoldaşları burada qeyri-qanuni bir qrup qurmuşlardular adıda Dambldorun Ordusu idi.
Baltikəsi Şəkər Dükanı
redaktəBaltikəsi bir çox şokolad və şirniyyatların olduğu çox gözəl bir yerdir. Şokoladlarıı bütün sehr dünyası tərəfində bilinir. Biber Şeytancıqları, Bitməyən Şəkərlər, Şəkərdən Tük Qələmlər, Buzdan Qurbağalar, Şokoladlı Qurbağalar, Şokotoplar və Qazan Pastaları ilə məşhurdur.
Madam Padifut'un Çay Dükkanı
redaktəMadam Padifut'un sahibi olduğu kiçik şirin isti bir çay dükanıdır. Adətən sevgililər üçün romantik bir kafedir. Ço və Harri Sevgililər Günü üçün oraya getmiş ancaq mübahisə edərək ayrılmışlardır. Harrinin kafeləri bəyəndiyi deyilə bilməz, çünki ora ona Ambricin otağını xatırlatmışdır.
Poçt
redaktəPoçt kiçik poçt bayquşlarının olduğu Hoqsmiddəki bir yerdir.
Hoqsmid Qatar Stansiyası
redaktəQatar Stansiyası Hoqvarts Ekspresinin şimal səfərini bitirdiyi yerdədir.
Sirrli yerlər
redaktəKnockturn Yolu
redaktə'Knockturn Yolu' ümumiyyətlə Qaranlıq sənətlərlə məşğul olan cadugərlərin getdiyi yerdi. Knockturn Yolu'nda dükanların çoxu Qaranlıq sənətlərə həsr olunmuşdu; hiyləgər və təhlükəli obyektlər satan ən böyük dükan olan Borq və Börks'də buradadır.