Handan Sultan - Wikipedia
Xəndan Sultan (1565, Osmanlı imperiyası – 9 noyabr 1605, İstanbul) — 13. Osmanlı sultanı III Mehmedin xanımı və I Əhmədin anası, Validə sultan.
Xəndan Sultan | |
---|---|
Əvvəlki | Səfiyyə Sultan |
Sonrakı | Həlimə Sultan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1565 |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 1605 |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Dəfn yeri | Sultan Mehmed türbəsi, İstanbul |
Fəaliyyəti | Validə Sultan, qul[d] |
Həyat yoldaşı | III Mehmed |
Uşaqları |
Şahzadə Səlim I Əhməd Şahzadə Osman Humaşah Sultan Aişə Sultan Ümmügülsüm Sultan |
Dini | Xristian, islam |
Saraya daxil olmağı
redaktəXəndan Sultan , son araşdırılan Balyos Raporları'na görə Boşnak əsilli və Cərrah Mehmed Paşanın cariyələrindən olan bir qız idi.[1] Gözəlliyindən görə o dövrdə Manisa bayraq bəyi olan III Mehmedə hədiyyə edilmiştir. Yəni qısaca Xəndan Sultan 1583-cü ilin ikinci yarısında hareme girmişdir.[2] Harama addım atmasından sonra Səfiyyə Sultanın ilk gəlini Halime Sultanın anlaşılmazlıqları nəticəsində III . Mehmed'e şəxsən Səfiyyə Sultan tərəfindən təqdim edildiyi aydın olur. 1589-cu ilin ətrafında III Mehmedin yoldaşı olduğu düşünülməkdədir. Daha sonra özünə ''gülər'' ya da ''şən'' mənasına gələn ''Xəndan'' adı verilmişdir . Təmiz əxlaqı ilə özünü hər kəsə sevdirən Xəndan Sultan yaşadığı müddət boyunca oğlu Şahzadə Əhmədin tərbiyəsi ilə maraqlandı.
Validə Sultanlıq dövrü
redaktəXəndan Sultan oğlunun 13 yaşda taxta çıxması səbəbi ilə dövlət idarəsində güclü rol oynadı. Leslie Piercə görə, Xəndan Sultan ilk illərdə oğlunun adına dövləti şəxsən idarə etsə də, yalnızca 1000 axca, nənəsi Səfiyyə Sultan isə 3000 axca illik maaş alırdı. Xəndan Sultanın oğlu taxta çıxanda nənəsi Səfiyyə Sultan hələ də sarayda idi. Xəndan Sultan özü üçün təhdid meydana gətirən Səfiyyə Sultanın 9 yanvar 1604'te Köhnə Evə göndərilməsində təsirli oldu.[3]
Xəndan Sultan Validə Sultanlığı boyunca Şahzadə Mustafanın həyatını qorumağa çalışmışdır.[4] Vəfatından sonra şahzadənin öldürülmə fikri yenidən canlansa da Kösəm Sultanın hərəmə girişiylə uşaq yaşındakı padşah I Əhməd tamamilə bu fikirdən imtina etmişdir. Təbii ki, bu səbəblərin arasında Şahzadə Mustafanın ağıl sağlamlığının yerində olmaması da çox əhəmiyyətli bir amildi.
Xəndan Sultanın özü birbaşa olaraq siyasətə dolaşıq sevən biri deyildi və geri planda dayanıb xeyir işləri ilə yaxşılıq etməyi sevən bir Validə Sultandı.[4] Bunda Səfiyyə Sultanın çox çox yüksəldikdən sonra yaşadığı sərt enişin və Xəndan Sultanın iqtidar ehtirasından çox xeyir işlərinə yönəlməsinin bir səbəb ola biləcəyi açıqdır.
Şəxsiyyəti
redaktəXəndan Sultanın doğum ili və milliyyəti dəqiq bilinmir. Yunan əsilli və əsl adının Helen olduğu bəzi təsdiqlənməyən tarixi mənbələrdə qeyd olunur. 1603 tarixində oğlu I. Əhməd 13 yaşında taxta çıxdıqda Validə Sultan elan edildi. İki il ərzində oğlunun adından şəxsən Osmanlı dövlətini idarə etmişdir. Dövlət sənədlərində "Dövlətli, ismətlu Xəndan Validə Sultan Aliyyətüş-Şan Həzrətləri" olaraq anılmışdır.
Vəfatı
redaktəXəndan Sultan oğlunun halkimiyyət illərində çox yaşamadı. Ölüm səbəbi bilinməsə də, bəzi qaynaqlarda ölüm səbəbi olaraq mədə xərçəngi göstərilir. Cənazəsi ərinin yanına, Sultan Mehmed türbəsinə dəfn edilmişdir.
Vəfatından sonra
redaktəValidə Sultanın cənazəsi Ayasofya Məscidində bütün dövlət ərkanı iştirakı qılınan namazının ardından III. Mehmedin türbəsinə dəfn edildi.[5]
Xəndan Sultanın ölümü I Əhmədə çox təsir etmişdir. Sultan Əhməd xan validəsinin vəfatından sarayda dayana bilməz hala gəldi və yeddi gün sonra olduqca soyuq bir çağda fırtınaya baxmayaraq üç parça qadırğa ilə Bursaya getmişdir.[6] Sədrəzəm baş məmuru olaraq Dərviş Paşa İstanbulda buraxıldı.
Vəfatından sonra salalar verildi və xalqa sədəqələr paylandı.[5]
Əhməd xan anasının ölümünə görə çox kədərlənmişdir. Günlərlə gözyaşı tökən padşah validəsinin ölümündən sonra daha şiddətli bir hökmdar olmuşdur.[7] Quyuçu Murad Paşanın sərt siyasətinə dəstək verməsindən də bu vəziyyət rahatca aydın ola bilər.
Övladları
redaktə- Şahzadə Səlim (1585–1597)
- Sultan I Əhməd (1590–1617)
- Şahzadə Osman (1597–1601)
- Aişə Sultan
- Humaşah Sultan
- Ümmügülsüm Sultan
Həmçinin bax
redaktəMənbə
redaktə- ↑ ASVe, SDC, filza 58, fol. 269v (17 Ocak 1604 tarihli rapor)
- ↑ Günhan Börekçi, İnkırâzın Eşiğinde Bir Hanedan: III. Mehmed, I. Ahmed, I. Mustafa ve 17. Yüzyıl Osmanlı Siyasî Krizi, Sayfa:80
- ↑ Sâ-fî, Zübdetü’t-Tevârîh, Cilt II, Sayfa 7–21
- ↑ 1 2 Enver Behnan Şapolyo, Osmanlı Sultanları Tarihi, Rafet Zaimler Yayınevi, Basım Tarihi: 1961, Sayfa: 226
- ↑ 1 2 Naima Mustafa Efendi, Tarih-i Naima: Ravzat el-Hüseyin fi hulasat ahbar el-hafikayn, cild-i evvel, Sayfa:452
- ↑ Naima Mustafa Efendi, Tarih-i Naima: Ravzat el-Hüseyin fi hulasat ahbar el-hafikayn, cild-i evvel, Sayfa:453
- ↑ Enver Behnan Şapolyo, Osmanlı Sultanları Tarihi, Rafet Zaimler Yayınevi, Basım Tarihi: 1961, Sayfa: 222