Hameln Sicovultutani - Wikipedia
Hameln tütəkçisi və ya Hameln siçovultutanı (alm. Rattenfänger von Hameln) — orta əsrlərdə Aşağı Saksoniyada Almaniyanın Hameln qəsəbəsində çoxlu uşağın evdən ayrılaraq daha sonra ölməsi haqqında əfsanə. Tam versiyasında XVI əsrdə qəsəbədə artan siçanlardan qurtulmaq istəyən qəsəbə sakinlərinin tütəkli bir siçovultutanla ilə razılaşmasından bəhs olunur. Qəsəbə sakinləri bu xidmətinin qarşılığında tütəkçiyə pul ödəməkdən imtina edirlər. Bu səbəbdən siçovultutan sehrli tütəyi ilə qəsəbənin uşaqlarını arxasınca apararaq qəsəbədən uzaqlaşdırır. Hekayənin bu versiyası daha sonra nağıla çevrilərək yayılmışdır. Bu versiyası daha sonralar Göte, Qrimm qardaşları və Robert Brauninqin əsərlərində də istifadə olunmuşdur.
Mövzu
redaktəBir gün Hameln kəndi siçanlarla dolur. Hər yerdə siçanlar vardı və onlar sakinlərin bütün qidalarını tükədirdilər. Kənd sakinləri bu vəziyyətdən çıxış yolunu tapa bilmirlər və ora "siçanlı kənd" olaraq xatırlanmağa başlayır. Bir gün kəndə bir adam gəlir və ona bir kisə qızıl verilməsi qarşılığında siçanları kənddən çıxaracağını bildirir. Kəndlilər çarəsizlikdən onun dediyi pulu yığıb kəndin rəhbərinə verirlər. Həmin şəxs tütəyi ilə gözəl musiqi çalmağa başlayaraq siçanları ardınca aparır. Tütəkçi onları kəndin yaxınlığındakı çaya qədər aparır. Tütəkçi çayı keçir, amma ardınca gələn siçanlar keçə bilmir və çayda boğulurlar. Beləliklə, kənd sakinləri siçanlardan xilas olur. Tütəkçi pulunu almaq üçün kəndə qayıdır, amma kəndin rəhbəri onsuz da siçanlar olmadığına görə qızılları ona verməkdən imtina edir. Bu səbəbdən tütəkçi sehrli tütəyi ilə yenidən musiqi çalmağa başlayır və kəndin 130 uşağı onun ardınca gəlir. Tütəkçi onları meşəliyə qədər gətirir. Buna baxmayaraq, tütəkçi yatandan sonra kəndin yerini bilən uşaqlardan biri onun tütəyini götürür və digər uşaqları ardınca yenidən kəndə qaytarır. Uşaqların itməyindən narahat olan kəndlilər onların geri dönməyinə çox sevinirlər və həqiqəti öyrəndikdən sonra kəndin rəhbərinə əsəbləşirlər. Sonda tütəkçiyə ödənilməli olan qızılları verirlər.
Nağılın başqa bir versiyasında isə tütəkçi uşaqları meşəyə apararkən ən arxadan gələn üç uşaqdan bəhs olunur. Bu uşaqlardan biri şikəst olur və digərləri kimi sürətlə yeriyə bilmədiyi üçün geridə qalır. O biri kor idi və hara getdiklərini görmədiyi üçün tütəyin səsini izləyərək səhv istiqamətə gedir. Sonuncu uşaq isə kar olur və tütəyin səsini heç eşitməsə də, maraqdan digər uşaqların arxasınca gedir. Sonra isə bu üç uşaq geri dönmüş və digər uşaqların harada olduğu barəsində kənd sakinlərinə məlumat vermişdi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Reader's Digest the Truth about History: How New Evidence is Transforming the Story of the Past Page 294, published by Readers Digest, 2004 and Accessed via Google Books October 13, 2013