Hamamli Esterek - Wikipedia
Hamamlı — Karbi mahalının (bəzi mənbələrdə Kərbibasar) Əştərək rayonuna tabe kənd.
Hamamlı | |
---|---|
Tarixi
redaktəKənd 1728-ci ildən mə’lumdur[1][2]. 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində kənd adı kimi çəkilir[3][4]. Tam adı "Eyvazlı kəndin yaxınlığında Hamamlı kəndi". Başqa adı Dançılı XIX əsrin əvvəllərindən sonra əhalisi qarışıq idi. 1886-cı ildə kəndin əhalisi ermənilərdən idi və azərbaycanlılardan ibarət idi. 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuşdur. 1922-ci ildən sonra əhalinin bir hissəsi geri qayıtmışdır. 1948-ci illərdə əhalisi Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir[5][6]
Əhalisi
redaktəƏhalisi əsas etibarilə Azərbaycan türklərindən ibarət olmuşdur. 1949-cu ilin dekabr ayında əhali Ermənistan Sovet hökuməti tərəfindən Azərbaycan SSR-in Salyan rayonuna köçürülmüşdür. 1949-cu ildə Salyan rayonunda məhsuldarlığın səviyyəsində kəskin qıtlıq olduğu üçün, Hamamlıdan köçürülənlərin bu rayonun təbiətinə uyğunlaşa bilmədikləri üçün bir hissə Tərtərə köçmüşdür. Kənddən deportasiya olunanların sayı 110 nəfərdir. 1949–1953 deportasiyasından qabaq 1905-ci il 1-ci erməni-müsəlman davasında yerli azərbaycanlı əhali qəhramanlıqla vuruşmuşdur. 1918-ci ildə ermənilərin dövlət yaratmasıyla türklərin üzərinə hücumları da güclənmişdir. Əziz Əliyevin atası da bu illərdə vəfat etmişdir. Bu illərdə kəndin camaatı qadınları və uşaqlı ermənilərin amansız hücumundan qorumaq üçün əvvəl Masisə, oradan Şərura göndərmiş, kişilərsə dağlarda düşmənlə vuruşmuşlardır. Burada kəndin əhalisi 2 hissəyə ayrılmış, bir hissə Şərurda qalmış, digər hissə isə Cənubi Azərbaycanda Xoya, oradan da Qərbi Azərbaycanın Türkiyə sərhədlərində olan Qars şəhərinə köçmüşlərdir.
1920-ci il noyabrın 29-u Ermənistanda Sovet hökuməti elan olunandan sonra əhali öz kəndinə qovuşa bilmişdir.[7]
Hamamlı kəndində 1918-ci ildə 730 nəfər əhalisi olmuşdur. Erməni millətçilərinin soyqırım təşəbbüsünə uygun olaraq kənd əhalisini kütləvi və amansız şəkildə qırgına məruz qoymuşlar. Az miqdarda qaçıb canını qurtaran olub. 1922-ci ildə 88 nəfər kəndə dönmüş, 1940-cı illərin axırlarında kənd ləgv edilmişdir.[8]
İstinadlar
redaktə- ↑ Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. .
- ↑ Манандян Я.А. О торговле и городах Армении в связи с мировой торговлей древних времен. Ереван, 1944. .
- ↑ İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996. .
- ↑ [Орбели И.А. Избранные труды. т. I, М., 1963. Орбели И.А. Избранные труды. т. I, М., 1963.] (#bad_url) (#bare_url_missing_title). İstifadə tarixi: 13 sentyabr 2022.
- ↑ Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995. .
- ↑ Константин Багрянородный. Оп управлении империей. М., 1989. .
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Һамамлы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- ↑ Eldar İsmayıl. "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.