Halil Ozturk - Wikipedia
Halil Öztürk (1975, Kırıkkale ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.[1]
Halil Öztürk | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı | |
Vəzifədədir | |
7 iyul 2018-ci ildən | |
Seçki dairəsi | 2018 — Kırıkkale 2023 — Kırıkkale |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1975 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəHalil Öztürk 1975-ci ildə Kırıkkale ilinin Sulaqyurd ilçəsində anadan olub. İbtidai və orta təhsilini Sulaqyurd ilçəsində alıb. 1998-ci ildə Doqquz Eylül Universiteti Hüquq Bölməsindən məzun olub.[1]
Bir müddət Səhiyyə Nazirliyində çalışıb. Daha sonra isə uzun illər Ankarada inzibati hüquq üzrə hüquqşünas olaraq çalışıb. Müharibə Əlilləri, Şəhidlərin Dul Qadınları və Yetimləri Dərnəyinin üzvü olub, şəhid və qazi ailələrinin hüquqşünası olub.[1]
Uzun illərdir MHP üzvüdür. 2009-cu ildən MHP İdarə Heyətinin üzvü vəzifələrində çalışır. 2015-ci ildən həm də MHP İntizam Şurasının sədridir.[1]
2018 və 2023-cü illərdə MHP namizədi olaraq Kırıkkale ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27 və 28 çağırışlarda TBMM Ədalət Komissiyasının üzvü vəzifələrində təmsil olunub.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 TBMM. "Halil ÖZTÜRK". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.