Half Life 2 Lost Coast - Wikipedia
Half-Life 2: Lost Coast (azərb. "Qərib sahil") — Valve Corporation tərəfindən Half-Life 2 üçün buraxılan, ancaq ayrıca oyun olan xüsusi mərhələdir. 27 oktyabr 2005-ci ildə yayımlanıb. Oyun Half-Life 2-də olmayan Source mühərrikinin yeni texniki imkanlarını nümayiş etdirmək üçün yaradılıb. Sözü gedən yeni texnologiyaların maksimal nümayişi üçün ətraf mühitə xüsusi diqqət edilib. Həmçinin Lost Coast yaradıcı şərhlərini əlavə edən Valve-nin ilk oyunudur.
Half-Life 2: Lost Coast | |
---|---|
| |
Hazırlayan | Valve |
Yayımlayan | Steam |
Seriya | Half-Life |
Buraxılış tarixi |
|
Janrlar | Birinci-şəxs atıcı, Tex-demo |
Texniki məlumat | |
Platformalar | Microsoft Windows |
Mühərriklər | Source |
Oyun rejimləri | Birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili[1], fransız dili[1], alman dili[1], italyan dili[1], ispan dili[1], rus dili[1], sadələşdirilmiş Çin dili[d][1], ənənəvi Çin dili[d][1], koreya dili[1] |
Daşıyıcı | rəqəmsal distribusiya |
İdarəetmə | Klaviatura və maus |
Süjet
redaktəİki Half-Life hissələrinin dəyişməz lideri Qordon Friman, dəniz kənarında özünə gəlir. Onu qoca balıqçı qarşılayır və Alyansın qayadakı kilsəni ələ keçirdiyini, oradan hedkrablarla dolu raketdən qəsəbəyə atəş açdığını deyir. Qordon Friman rolunda oyunçu yuxarı qalxmalı və kilsəyə çatmalıdır. Qəhrəman yol boyu Alyansın müxtəlif əsgərləri və texnikası ilə döyüşür.
Yaradılma forması
redaktəDizaynı
redaktəLost Coast ilkin olaraq Half-Life 2-də "Highway 17" ("Şose 17") adlı hissənin bir hissəsi olmalı idi. Burada qəhrəman hedkrablarla dolu raket artilleriyasının yerini dəqiqləşdirməli və onu məhv etməli idi. Ancaq oyunun buraxılma tarixinə az qaldığı üçün bu mərhələ final veriyadan kəsilmişdir. Oyun çıxdıqdan sonra mərhələni Source mühərrikinin bütün imkanlarını nümayiş etdirmək üçün ayrıca oyun kimi buraxılmağa qərara alındı. Özündə müxtəlif tekstur və tağları birləşdirən, qədim şərq memarlıq üslubu ilə Valve dizaynerləri tərəfindən hazırlanılan monastır HDR-effektlərinin nümayisi üçün ideal qurulmuşdu. Müəlliflər monastır fonunda insan memarlığı ilə gəlmələrin tikililəri arasında xüsusi kontrastı qeyd etməyə nail olublar.
High dynamic range rendering
redaktəYüksək ölçü üçün detallı model və teksturdan əlavə Lost Coast-da ilk dəfə olaraq HDR texnologiyaları nümayiş etdirilmiş və Source mühərrikinin tam gücü göstərilmişdir. Bu yenilik ilk olaraq Day of Defeat: Source videooyununda praktikada göstərilsədə məhz Loast Coast-da tam gücü ilə nümayiş etdirilmişdir. HDR gözün işığa olan təbii uyğunlaşmasını emulasiya edir. Məsələn, qaranlıq otaqda işıqlı küçəyə çıxdıqda ətraf ilkin olaraq həddindən artıq işıqlı görsənir və yalnız bir neçə saniyə sonra normaya düşür; və əksinə qaranlıq otağa girdikdə əvvəl heç nə görünmür və yalnız sonra qəhrəman nəyisə seçə bilməyə başlayır. Bundan əlavə HDR "bloom" effektindən istifadə edir. Bunun sayəsində obyektin qıraqları işığın mənbəyini bir az bağlayaraq yaxılır.
Audio şərhlər sistemi
redaktəVizual yeniliklərdən əlavə Lost Coast ilk dəfə olaraq şərhlər sistemini tətbiq edib. Şərhlər kiçik dialoq buludur formasında bir növ komikslərdən olan şərhləri xatırladır. Onlara vurduqda hazırkı vəziyyət haqda audio fayl oxumağa başlayır. Bəzi şərhlər müəyyən video effektlər edə bilər. Məsələn audio faylın oxunduğu zaman ekran iki hissəyə bölünə və ya kamera xüsusi küncdən görünüşə keçə bilər. Sonradan bu yenilik digər oyunlara da əlavə edildi.