Hakim Film 1966 - Wikipedia
Hakim_(film,_1966) - Haqqında Məlumat
Hakim | |
---|---|
Janr |
idman bioqrafik |
Rejissor | Oqtay Babazadə |
Ssenari müəllifləri |
Nicat Rəhimov Nadejda İsmayılova |
Operatorlar |
Aydın Axundov Gennadi Pastuşkov |
İstehsalçı | Bakı Televiziya Studiyası |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Ölkə | SSRİ |
İl | 1966 |
Texniki məlumatlar |
2 hissə 482 metr 35 mm |
Məzmun
redaktəFilm futbol üzrə beynəlxalq dərəcəli hakim, FİFA-nın qızıl fit sahibi Tofiq Bəhramova həsr olunmuşdur. Filmdə ən nadir arxiv materiallarından və futbol üzrə 8-ci Dünya çempionatını əks etdirən kino kadrlarından istifadə edilmişdir. Həmin yarışlardan birində Tofiq Bəhramov çempionatın baş mükafatı olan "Qızıl İlahə"yə sahib olmuşdur.
Tamaşaçının diqqət mərkəzində olan oyunun hakimi meydanda çox böyük iş görür, oyunu idarə edir, bəzən oyunçunu sakitləşdirməli olur... Filmdə bütün bunlardan danışılır. T. Bəhramovla müsahibə də filmə daxil edilmişdir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Rejissor: Oqtay Babazadə
- Ssenari müəllifi: Nicat Rəhimov, Nadejda İsmayılova
- Operator: Aydın Axundov, Gennadi Pastuşkov
- Səs rejissoru: Ələkbər Həsənzadə