Hafiz Babali - Wikipedia
Hafiz Babalı və ya Hafiz Ərköyün oğlu Babalı (9 sentyabr 1971, Mücü, İsmayıllı rayonu) — azərbaycanlı araşdırmaçı jurnalist[1]; 32 ildən çox müstəqil media orqanlarında çalışıb.[1] Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədr müavini və Turan İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin rəhbəridir.[1]
Hafiz Babalı | |
---|---|
Doğum tarixi | 9 sentyabr 1971 (53 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | araşdırmaçı jurnalist |
Fəaliyyət illəri | 1992— |
Tanınır | Korrupsiya araşdırmaları |
Mükafatları | Azad Media 2019 |
Jurnalist fəaliyyəti ərzində dəfələrlə təqiblərlə və təyziqlərlə üzləşən Hafiz Babalı AbzasMedia işi çərçivəsində 2023-cü il dekabrın 12-də polislər tərəfindən saxlanılmış, barəsində "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılaraq həbs edilmişdir. Onun həbsi bir çox həbsi yerli və beynəlxalq hüquq müdafiəçiləri və qurumları tərəfindən sərt tənqid edilmişdir.
Həyatı
redaktəHafiz Babalı 1971-ci il sentyabrın 9-da İsmayıllı rayonunun Mücü qəsəbəsində anadan olub.[1] Orta təhsilini Sumqayıt şəhərində başa vurub.[1] 1992–1996-cı illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.[1] Evlidir, 3 övladı var.[1]
Fəaliyyəti
redaktəHafiz Babalı hələ tələbə olan illərdə müxtəlif qəzetlərlə çalışmağa başladı. Jurnalist fəaliyyətinə 1992–1994-cü illərdə "Metallurq" qəzetində tərcüməçi, 1994–1997-ci illərdə isə "Günay" qəzetində müxbir olaraq başlayan Hafiz Babalı 1997-ci ilin avqustundan Turan İnformasiya Agentliyində çalışır.
Fəaliyyəti ərzində Hafiz Babalının araşdırmaları müxtəlif media orqanlarında Azadlıq Radiosu, Meydan TV və AbzasMediada yayımlandı.
2016-cı ildən Hafiz Babalı Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədr müavinidir.
Həbs edilməsi
redaktə2023-cü il noyabrın 20-də "AbzasMedia"nın baş direktoru Ülvi Həsənli xarici dövlətə səfər məqsədilə evdən Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gedən zaman evinin yaxınlığında saxlanıldı.[2] Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılan Həsənlinin həm evində, həm də "AbzasMedia"nın ofisində axtarışlar aparıldı. Həsənlinin hüquqlarını müdafiə edən Zibeydə Sadıqovanın sözlərinə görə ofisdə 5 saat davam edən axtarış zamanı polislər tərəfindən guya 40 min avro məbləğində pul tapıldı. Noyabrın 20-dən 21-nə ötən gecə "AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızı həbs olunacağını bildiyi halda İstanbuldan Azərbaycana qayıtdı. Sevinc Vaqifqızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında polislər tərəfindən saxlanıldı.[3] Elə həmin gün onun mənzilində axtarış aparıldı. Sevinc Vaqifqızının hüquqlarını müdafiə edən Elçin Sadıqov axtarış zamanı heç bir qanunsuz əşyanın tapılmadığını bildirdi. Bununla belə, onların hər ikisinə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açıldı və barələrində həbs qətimkan tədbiri seçildi.[4]
“AbzasMedia”nın əməkdaşları saxlanıldıqdan sonra, jurnalist Hafiz Babalı şahid qismində Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.[5] 13 dekabrda Babalı polis tərəfindən nəzarətə götürülüb və onun evində Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi ilə birgə 8 polis əməkdaşı tərəfindən axtarış aparılıb.[6] “AbzasMedia”nın digər əməkdaşları kimi, onun barəsində də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olma) maddəsi ilə cinayət işi açılıb.[7] 2023-cü il 14 dekabrda Xətai Rayon Məhkəməsi jurnalist barəsində 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. İstintaq zamanı onun həbs müddəti iki dəfə uzadılıb, sonuncu dəfə 9 iyun 2024-cü ildə uzadılıb və bununla da onun barəsində həbs qətimkan tədbirinə əlavə olaraq iki ay 7 gün əlavə edilib.[8][9]
Beynəlxalq insan haqları təşkilatları, o cümlədən Amnesty International,[10] Avropa Jurnalistlər Federasiyası,[11] Jurnalistləri Müdafiə Komitəsi[12] və ABŞ Dövlət Departamenti[13] Babalının həbsini qınayaraq onun azad edilməsini tələb etmişdirlər.
- ↑ 1 2 3 4 5 6 7 Кавказский Узел. "Хафиз Бабалы". www.kavkaz-uzel.eu ( (rus.)). 20.12.2023. 2023-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.12.2023.
- ↑ ""AbzasMedia"nın direktoru saxlanılıb". Voice of America (az.). 2023-11-20. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-01.
- ↑ "Abzas Medianın baş redaktorunun hava limanında saxlanıldığı bildirilir". Voice of America (az.). 2023-11-21. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-02.
- ↑ "Məhkəmə Abzas Media xəbər saytının direktoru və baş redaktoru barədə həbs qətimkan tədbiri seçib". Voice of America (az.). 2023-11-21. 2024-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-02.
- ↑ "Jurnalist Hafiz Babalı "Abzas Media"ya qarşı açılmış cinayət işi ilə bağlı dindirilib".
- ↑ "Jurnalist Hafiz Babalı saxlanılıb". Voice of America (az.). 2023-12-13. 2024-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-02.
- ↑ "Məhkəmə jurnalist Hafiz Babalı barəsində 3 ay həbs qətimkan tədbiri seçib" (#bad_url). Abzas.net (az.). İstifadə tarixi: 2024-08-02.[ölü keçid]
- ↑ "Məhkəmə jurnalist Hafiz Babalının həbs müddətini daha iki ay uzadıb". Voice of America (az.). 2024-07-09. 2024-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-02.
- ↑ mahmud. "Hafiz Babalının həbs müddəti artırılıb". MEYDAN.TV (az.). 2024-07-09. 2024-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-02.
- ↑ "Urgent Action: RELEASE ARRESTED JOURNALISTS (Azerbaijan 31.24)". Amnesty International USA (ingilis). İstifadə tarixi: 2024-08-02.
- ↑ "Journalists in jail (Europe)". European Federation of Journalists (ingilis). 2013-01-07. İstifadə tarixi: 2024-08-02.
- ↑ "Hafiz Babali Archives". Committee to Protect Journalists (ingilis). 2024-07-11. 2024-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-02.
- ↑ "Department Press Briefing – December 14, 2023". United States Department of State (ingilis). 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-02.