Haciiskenderli - Wikipedia
Hacıiskəndərli - Haqqında Məlumat
Hacıiskəndərli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Hacıiskəndərli kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Çaraq kəndi olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[1]
Hacıiskəndərli | |
---|---|
41°04′38″ şm. e. 48°54′03″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəKənd keçmışdə Hacıiskəndərqışlaq adlanırdı. Yaşayış məntəqəsi Hacı İskəndər adlı bir Şəxsin keçmiş qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Hacı İskəndərə məxsus kənd" deməkdir.[2]
Coğrafiyası və iqlimi
redaktəKənd Samur-Dəvəçi ovalığında yerləşir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Dəvəçi rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı". 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-30.
- ↑ Hacıiskəndərli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Həmçinin bax
redaktə Şabran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |