Haci Zeynalabdin - Wikipedia
Hacı Zeynalabdin — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Sumqayıt şəhərindən 10 km məsafədə Xəzər dənizi sahilində düzənlik ərazidə yerləşir.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Sumqayıt şəhərinin Nasoslu qəsəbəsi Hacı Zeynalabdin qəsəbəsi və müvafiq olaraq Nasoslu qəsəbə Soveti Hacı Zeynalabdin qəsəbə Soveti adlandırılmışdır.[2]
Hacı Zeynalabdin | |
---|---|
40°37′27″ şm. e. 49°33′27″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5000 |
Nəqliyyat kodu | 50 |
Tarixi
redaktəQəsəbə ərazisində ilk yaşayış məskəni "Təkə qumu" deyilən yerdə maldarlıqla məşğul olan Kiçik Pirəkəşkül kəndi olmuşdur. 1907-ci ildə Zaqafqaziya dəmiryolunun salınması ilə əlaqədar olaraq Kiçik Pirəkəşkül kəndinin yaxınlığında dəmiryol stansiyası tikilmişdir. Qəsəbənin salınmasının əsası Şollar su kəmərinin çəkilişi ilə bağlıdır. Neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanın şimalından 1907-ci ildə Şollar su kəmərinin çəkilişinə başlanılmış və 1917-ci ildə başa çatdırılmışdır. Qəsəbənin yerləşdiyi əraziyə içməli su öz axarı ilə gəlmiş və Bakı şəhərinin coğrafi relyefi yüksəklikdə olduğuna görə suyun Bakıya ötürülməsi üçün Almaniyadan nasoslar gətirilərək qəsəbədə quraşdırılmışdır. O gündən etibarən qəsəbə "Nasoslu" (rus. Насосный) olaraq adlandırılmışdır.[3]
Əvvəlki adı Nasoslu olan qəsəbənin adı 7 fevral 1991-ci il tarixindən etibarən dəyişdirilərək azərbaycanlı neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin adı ilə "Hacı Zeynalabdin" adlandırılmışdır.
Coğrafiya və iqlimi
redaktəHacı Zeynalabdin qəsəbəsi Bakı şəhərindən 40 km şimalda Xəzər dənizi və Böyük Qafqaz dağlarının şərq yamacları ilə əhatə olunan düzənlikdə yerləşir. İqlimi quru subtropikdir. Orta temperatur yanvarda 3,1 °C, avqustda 24,9 °C-dir. Havanın ən aşağı temperaturu −13 °C yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə +40 °C avqust ayında qeydə alınıb. İllik yağıntının miqdarı 185 mm-dir. Qəsəbə üçün şimal — xəzri və cənub – giləvar küləkləri xarakterikdir.[3]
Qəsəbə infrastrukturu
redaktəQəsəbədə 4 orta məktəb, 5 uşaq bağçası, incəsənət məktəbi, mədəniyyət evi, xəstəxana, poliklinika və təcili yardım stansiyası fəaliyyət göstərir.
Qəsəbədə Hacı Zeynalabdin Tağıyevin şəxsən özü tikdirdiyi nasos qurğuları, "Şəhidlər" kompleksi, Heydər Əliyevin 75 illik yubileyi ilə bağlı yaradılmış "Heydər bulağı", qəsəbə məscidi, Hacı Zeynalabdin Tağıyevin büstü və Dədə Qorqudun monumenti ("Kitabi Dədə Qorqud" dastanının 1300 iliyinə həsr olunur) kimi abidələr vardır.[3]
Məktəblər
redaktə- Sumqayıt şəhəri 6 nömrəli tam orta məktəb (1176 yerlik, 1972-ci il)
- Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəb (622 yerlik, 1987-ci il) (+500 yerlik əlavə korpus, 2009-cu il)
- Sumqayıt şəhəri 32 nömrəli tam orta məktəb (645 yerlik, 1999-cu il)
- Sumqayıt şəhəri 40 nömrəli tam orta məktəb (220 yerlik, 2013-cü il)
Uşaq bağçaları
redaktə- Sumqayıt şəhəri 3 saylı uşaq bağçası (110 yerlik, 1966-cı il)
- Sumqayıt şəhəri 42 saylı uşaq bağçası (110 yerlik, 1984-cü il)
- Sumqayıt şəhəri 58 saylı uşaq bağçası (220 yerlik, 1978-ci il)
- Sumqayıt şəhəri 60 saylı uşaq bağçası (220 yerlik, 1984-cü il)
Qəsəbədə həmçinin 1982-ci ildən Əhməd Bakıxanov adına Uşaq İncəsənət Məktəbi,[4] 1981-ci ildən etibarən isə Səməd Vurğun adına Sumqayıt Mərkəzi Kitabxanasının 17 saylı filialı olan Hacı Zeynalabdin Tağıyev adına kitabxana filalı fəaliyyət göstərir.[5]
Əhalisi
redaktəSiyahıyaalınma ili və müvafiq sayımların yekunlarına əsasən Hacı Zeynalabdin qəsəbəsində əhalinin sayı | |||||||
---|---|---|---|---|---|---|---|
illər | 1959[6] | 1970[7] | 1979[8] | 1989[9] | 2007[3] | 2009[10] | 2024 |
say | 5389 | 6759 | 8634 | 16 371 | 19 500 | 20 674 | 40000 |
İstinadlar
redaktə- ↑ Hacı Zeynalabdin // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
- ↑ 1 2 3 4 Sumqayıt şəhər İcra Hakimiyyəti. "Hacı Zeynalabdin qəsəbəsi". «sumqayit-ih.gov.az». Archived from the original on 2012-02-27. İstifadə tarixi: 27/02/2012. (#apostrophe_markup) (az.)
- ↑ Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi. "Əhməd Bakıxanov adına Uşaq İncəsənət Məktəbi" (az.). sumqayit-dct.az. 2014-10-19 tarixində orijinalından arxivləşdirilib. (#apostrophe_markup) (az.)
- ↑ Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi. "Hacı Zeynalabdin Tağıyev adına kitabxana filalı" (az.). sumqayit-dct.az. 2017-01-26 tarixində orijinalından arxivləşdirilib. (#apostrophe_markup) (az.)
- ↑ "Всесоюзная перепись населения 1959 г." 2012-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-14.
- ↑ "Всесоюзная перепись населения 1970 г." 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-14.
- ↑ "Всесоюзная перепись населения 1979 г." 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-14.
- ↑ "Всесоюзная перепись населения 1989 г." 2012-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-14.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 2009-cu il Ümum-Azərbaycan əhali siyahıyaalınması məlumatları [ölü keçid]
Həmçinin bax
redaktə Sumqayıt şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |