Haci Rehim - Wikipedia
Hacı Rəhim — erməni daşnaklarına qarşı vuruşan el qəhrəmanı.
HACI RƏHİM | |
---|---|
Hacı Rəhim Molla Şəfi oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Göyçə |
Vəfat tarixi | |
Vəfat yeri | Daşkənd, Basarkeçər, Göyçə |
Vəfat səbəbi | erməni vəhşiliyi |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | xristian din xadimi[d] |
Həyatı
redaktəHacı Rəhim Molla Şəfi oğlu 1860-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. O, Daşkənddə dinin mahir bilicilərindən olmuşdur. Hacı Rəhimin babası Qazaxın Dəmirçilər kəndindən Göyçə mahalına köçübdür. Ümumiyyətlə bu nəsil axund, molla kimi kənddə və digər bölgələrdə tanınmışlar. Kənddə dini məktəb açmış və kənd sakinlərinə dini elmlərdən dərs keçmişdir.
Əsrin əvvəllərində ermənilərin Göyчə mahalında törətdiyi qırğına başçılıq edənlərə qarşы amansızlıq göstərənlərdən biri də Hacı Rəhimdir. Ailələrində dünyaya göz açan qardaş-bacılarının hamısı saza-sözə maraq göstərən, ürəyindən keçənləri qələmə alan olmuşlar[1].
1918-ci ildə Göyçə mahalında erməni millətçilərinə qarşı xalqı səfərbər edən və özü də bu yolda döyüşən igidlərdən biri olmuşdur[2].
Daşnak ordusuna başçılıq edən Andranik Ozanyanin silahdaşlarından sayılan erməni generalı Selikovun başını da Göyçə mahalının Zod kəndində o kəsmiş və başı da doğma kəndi Daşkəndə gətirmişdir[3].
1920-ci ildə Göyçəlilər köçkünlükdən doğma yurdlara qayıtdıqdan sonra Hacı Rəhimi iki milis formalı erməni gəlib Daşkənddə öldürmüşdür. Məzarı Göyçə mahalının Daşkənd kəndindədir.
Hacı Rəhimin qohumlarının bir çoxu hal-hazırda Qazaxın Dəmirçilər kəndində və Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayırlar.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010.
- ↑ Səyyad Şairov. "Yaralı Göyçə" Bakı. Nurlan-2006. səh.15-20
- ↑ Sərraf Şiruyə, "İgid ölər adı qalar", Gəncə-2002. ("Göyçəli Hacı Rəhim" dastanı) səh. 258-296.