Haci Bektas Veli - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Hacı Vəli Bektaşi (1209, Nişapur – 1271, Nevşəhər) — mütəssəvüf.
Hacı Bektaş Vəli | |
---|---|
fars. حاجی بکتاش ولی | |
Doğum tarixi | 1209 |
Doğum yeri | |
Vəfat tarixi | 1271 |
Vəfat yeri | |
Fəaliyyəti | filosof, şair |
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
redaktəBektaşiliyi yarıməfsanəvi türk sufisi xorasanlı Hacı Vəli Bektaşın adı ilə bağlayırlar. Monqollar Səlcuqilər dövləti və xilafətin qalıqlarını dağıdandan sonra o, Kiçik Asiyaya mühacirət edib. Hacı Bektaşın öz ruhani silsiləsini Əhməd Yəsəvidən götürdüyü və onun vasitəsilə imam Museyi-Kazıma çıxdığı deyilir. Hacı Bektaşın əsərləri qalmadığınıdan onun təlimi haqda bitkin bir fikir yürütmək çox çətindir. Ərəb dilində "Məqalət" adlı əsərin müəllifi olduğu deyilir. Amma bu kitabın orijinalı qalmayıb.
Bir zamanlar Hacı Vəlinin digər gəzərgi dərvişlər kimi qələndəriyyə təmayüllü olduğu ehtimal olunur. Bu, sonralar Bektaşilik təriqətində bir çox izlər buraxıb. Qələndəriyyə hinduist və buddist ənənələrindən təsirlənib. Qələndərilər, adətən, sədəqə toplamaqla dolanırdılar. Ən zəruri şəxsi əşyalardan savayı heç bir əmlaka sahib olmazdılar. Sərgərdan həyat tərzi sürən qələndərlərin bÿçèëÿrè nikahsız yaşamaq haqda əhd də edərdilər. Qələndərlərin bir qisminin çox ekzotik görünüşü də olardı: onlar başlarını, üzlərini, bığ, saqqal, hətta qaşlarını da tərtəmiz qırxdırar, qısa xirqə geyərdilər. Başlarına konusşəkilli papaq qoyar, üstlərində isə ağır dəmir bəzəklər – boyunbağı, üzük, bilərzik və s. gəzdirərdilər. Onların həyat tərzi çox sadə idi. Bahalı olan bütün şeylərə nifrət edər, həmişə gülərüzlü olar, daim səfərlərdə dolanardılar.
Beləliklə, Hacı Bektaşın Orta Asiyadan gətirdiyi panteist dünyagörüşü ünsürlərinə qələndərlərə məxsus keyfiyyətlər də əlavə olunmuşdu.