Habbl Qanunu - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Habbl qanunu — qalaktikaların bir-birindən uzaqlaşma sürətini ifadə edir. ABŞ astronomu Edvin Habbl tərəfindən kəşf edilmiş bu qanun alimin şərəfinə adlandırılmışdır və astronomiyanın fundamental qanunlarından biridir.
Qanun
redaktəİstənilən iki qalaktikanın bir-birinə nəzərən uzaqlaşmasının nisbi sürəti, aralarındakı məsafə ilə düz mütənasibdir.
Burada - qalaktikalar arasındakı məsafə, - qalaktikanın birinin digərinə nəzərən hərəkət sürəti, - Habbl sabiti olub, sürət artmasının məsafə artmasına nisbətini ifadə edir.
İsbatı
redaktəKainatın quruluşunu təsəvvür etmək üçün aşağıdakı müşahidə faktlarından istifadə edilmişdir:
- mikrodalğalı diapazonda Kainatın relikt şüalanma fonunun kəşfi;
- qalaktikaların bir-birinə nəzərən böyük sürətlə uzaqlaşmaları;
- Kainatda əsas kimyəvi elementlər olan hidrogen və helium elementlərinin nisbəti.
Kainat quruluşunun müasir modelinə verilən əsas tələb ondan ibarətdir ki, həmin model bu müşahidə faktları ilə ziddiyyət təşkil etməsin.
1923-cü ildə Habbl Andromeda dumanlığının spiralşəkilli qollarında bir neçə parlaq dəyişən ulduz müəyyən etmişdir. Bu ulduzların parlaqlıq əyriləri (parlaqlığın zamandan asılılıq funksiyası) bizim Qalaktikada Sefeidlər adlanan dəyişən ulduzların parlaqlıq əyrilərinə bənzəyir.
Habbl, ulduzların spektr xətlərinin spektrin qırmızı ucuna tərəf sürüşməsinə və Andromeda dumanlığındakı ən parlaq ulduzların görünən parlaqlığına əsasən, həmin qalaktikalara qədər məsafələri qiymətləndirmişdir. Nəticədə müəyyən edilmişdir ki, spektrdə xətlərin qırmızı tərəfə sürüşməsi qalaktikaya qədər olan məsafə ilə mütənasib olaraq artır.
Dopler effektinə əsasən spektral xətlərin qırmızıya tərəf sürüşməsi (buna qırmızı sürüşmə deyilir), işıq mənbəyinin müşahidəçidən uzaqlaşdığını göstərir. Belə çıxır ki, uzaqlaşmanın sürəti xətlərin sürüşməsi ilə, yəni məsafə ilə mütənasibdir.
Beləliklə, müəyyən edilmişdir ki, bütün qalaktikalar bir-birindən sürətlə aralanır.
Buradan belə bir məntiqi nəticəyə gəlmək olar ki, qalaktikalardan hər hansı birində yerləşən müşahidəçi üçün bütün istiqamətlərdə qalaktikaların hərəkət xarakteri eynidir, Kosmoloji Prinsipə əsaslanır, yəni Kainat bircinsli və izotropik olaraq genişlənir.