Hababam Sinifi Film 1974 - Wikipedia
Hababam_sinifi_(film,_1974) - Haqqında Məlumat
Hababam sinifi (türk. Hababam sınıfı) — rejissor Ərtəm Əyilməz tərəfindən 1975-ci ildə ekranlaşdırılmış film. Komediya və musiqili film janrlarında olan film "Arzufilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rollarda Kamal Sunal, Münir Özqul, Tarık Akan, Xalid Ağcatəpə, Ədilə Naşit çıxış edirlər.
Hababam sinifi | |
---|---|
türk. Hababam sınıfı | |
Janr |
komediya musiqili |
Rejissor | Ərtəm Əyilməz |
Prodüserlər |
Ərtəm Əyilməz Nahid Ataman |
Əsərin müəllifi | Rüfət İlqaz |
Ssenari müəllifi | Ömür Buqay |
Baş rollarda |
Kamal Sunal Tarık Akan Münir Özqul Ədilə Naşit Xalid Ağcatəpə |
Operator | Hüseyn Özşahin |
Bəstəkar | Məlih Kübar |
Rəssam | İsmayıl Qalxan |
İstehsalçı | "Arzufilm" kinostudiyası |
İlk baxış tarixi | 1 aprel 1975 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 84 dəqiqə |
Ölkə | Türkiyə |
Dil | türkcə |
İl | 1974 |
Sonrakı film | Hababam sinifi sinifdə qaldı |
Texniki məlumatlar | 35 mm |
Rəng | rəngli |
IMDb | ID0252487 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktəÖzəl liseyə yeni gələn müdir müavini və tarix müəllimi Mahmud bəy (Keçəl Mahmud) bir neçə il sinifdə qalan 6 A (Hababam sinifi) sinfinə nizam intizam qaydaları öyrədir. Ancaq şagirdlərin dəcəlləyinə görə çoxlu problemlər yaşanır. Bunun fonunda hadisələr maraqlı şəkildə cərəyan edir.
Film haqqında
redaktə- Ərtəm Əyilməz Rüfət İlqazın 1957-ci ildə yazdığı əsəri ekranlaşdırmışdır.
- 1973-cu ildə film üçün aktyorlar axtarılmışdır.
- Filmdə Zəki Alasya və Mətin Ağpınar da rol alacaqdı. Daha sonra rejissorla anlaşılmazlıqlar oldu və aktyorlar filmdə rol almadılar. Daha sonra Ərtəm Əyilməz, film üçün aktyorlar axtarmağa başladı. Bunun üçün hər yerə afişalar vuruldu. Nəhayət aktyorlar tapıldı və 1974-cü ildə çəkilişlər başladı. 1975-ci il aprelin 1-də film nümayiş etdirildi. Əvvəlcə filmin yalnız oxucular tərəfindən izlənilməsi nəzərdə tutulurdu. Film dövrünün izlənmə dərəcəsindən yuxarı çıxdı və rekord qırdı. Film iyirmi səkkiz həftə baxıldı.
Filmin heyəti
redaktə- Quruluşçu rejissor: Ərtəm Əyilməz
- Əsərin müəllifi: Rüfət İlqaz
- Ssenari müəllifi: Ömür Buqay
- Quruluşçu operator: Hüseyn Özşahin
- Prodüserlər: Ərtəm Əyilməz, Nahid Ataman
- Quruluşçu rəssam: İsmayıl Qalxan
- Bəstəkar: Məlih Kübar
- Səs rejissoru: Nəcib Sarıcıoğlu
- Neqativ montaj: Kazım Çaxırman
- Rejissor asistenti: Orxan Topçuoğlu
- Rəng korreksiyası: Türkər Vətən
- İşıq: Yusif Tümən
Rollarda
redaktə- Münir Özqul — Keçəl Mahmud
- Kamal Sunal — İnək Şaban
- Tarık Akan — Bəy Fərid
- Xalid Ağcatəpə — Gödük Nəcmi
- Ədilə Naşit — Hafizə ana
- Məhərrəm Gürsəs — Məhərrəm Gür
- Firuddin Şavlı — Domdom Əli
- Sıdqı Ağcatəpə — Paşa Nuri
- Cəm Gürdap — Tulum Xeyri
- Aqil Öztuna — Aqil müəllim
- Kamal Ərgüvənc — Kamal müəllim
- Ərgin Orbey — Hüseyn Şəvki Topuz
- Əhməd Arıman — İsmayıl
- Ərtoğrul Bilda — Biologiya müəllimi Nəcmi
- Tələt Dumanlı — Kürd Sıdqı
- Xeyri Qarabəy — Rza müəllim
- Çingiz Nəzir — Bozum Cahid
- Bülənd İğdiroğlu — Qələm Şakir
- Haqqı Qaradayı — Veysəl
- Əkrəm Dümər — Həkim Bəkir
- Bilgə Zobu — Fiziki tərbiyə müəllimi
- Dilavər Gür — Dilaver
- Səlim Naşid — Səlim
- Tuncay Ağca — Ayaqsız
- Qəzənfər Şənər — Kikirik
- Ərcan Gəzmiş — Postal Rza
- Bülent Onaran — Rəcəb