Hellp Sindromu - Wikipedia
HELLP sindromu hamiləliyin ilk III ayında (35> həftəsində) nadir hallarda rast gəlinən fəsadlaşma olub, ürəkbulanma, qusma, sağ qabırğaaltı nahiyyədə olan ağrılar, ödem, baş ağrıları ilə xarakterizə olunur. Sindrom ilk dəfə 1954-cü ildə amerikan ginekoloqu Cak A. Pritçard tərəfindən təhlil edilmişdir. Pritçard sindromu üç xarakterik əlamətinin ingiliscə baş hərfləri ilə adlandırır:
- H — ing. Hemolysis — hemoliz
- EL — ing. Elevated Liver enzymes — qaraciyər fermentlərinin aktivliyinin artması
- LP — ing. Lоw Platelet соunt — trombositopeniya (trombosit sayının azalması)
HELLP sindromu | |
---|---|
XBT-10 | O |
XBT-10-KM | O14.2 |
XBT-9 | 642.5 |
DiseasesDB | 30805 |
MedlinePlus | 000890 |
eMedicine | ped/1885 |
MeSH | D017359 |
HELLP sindromunda ana letallığı (ölümü) 3–5%, dölün letallığı (ölümü) 10–40% təşkil edir.
Etiologiyası
redaktəHELLP sindromunun etiologiyası tam izah edilməsə də, hesab edilir ki, plasenta damarlarının endoteli qanın laxtalanmasına səbəb olur. Bu cür massiv laxtalanma trombositlərin sayının kəskin azalmasına gətirib çıxarır. Bu zaman həddindən çox fibrinin yaranması qaraciyəri zədələmiş olur.
Diaqnostikası
redaktə- Hemoliz (hemoqlobin, biluribin, LDH, haptoqlobin), Hematokrit
- Qanda laxtalanma faktorlarının↓ azlığı
- GOT (qlutamin-oksaloasitat-transaminaz — aspartataminotransferaza)↑, GPT (qlutamin-piruvat-transaminaz — alaninaminotransferaza)↑, LDH (laktatdehidrogenaza)↑ və biluribinin↑ yüksək olması
- Trombositopeniya↓
- Kreatinin↑ sidikdə zülal- proteinuriya
Müalicəsi
redaktəHELLP sindromunun dinamikasını qiymətləndirmək çətin olduğu üçün, hamiləlik Qeysər kəsiyi ilə sona yetirilir. Bu zaman təbii doğuş ana və döl üçün çox riskli və təhlükəlidir. Trombositlərin sayının kəskin azalması (20 000/ mikrolitrə qədər) qanaxma təhlükəsini hədsiz artırmış olur. Hamilə qadın reanimasiya şöbəsində ciddi nəzarətə götürülməlidir. Ehtiyac olarsa təzyiqsalıcı və qıcolma əleyhinə preparatlar tətbiq olunur. Hamiləliyin gedişində ASS, immunqlobulin, plazmafarez kimi vasitələrlə konservativ müalicə tətbiq edilə bilər.
İstinadlar
redaktə- Kay Goerke: Taschenatlas der Geburtshilfe. Verlag Thieme, Stuttgart 2006, ISBN 3-13-131141-X.
- K. Haram, E. Svendsen, U. Abildgaard: The HELLP syndrome: clinical issues and management. A Review. In: BMC Pregnancy Childbirth. 2009 Feb 26;9, S. 8. PMID 19245695