Hezi Hesenov - Wikipedia
Həzi Həsənov - Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, İkinci dünya müharibəsi iştirakçısı, kapitan.
Həzi Həsənov | |
---|---|
Həzi Cəfər oğlu Həsənov | |
| |
Doğum tarixi | |
Doğum yeri | Laçın rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | |
Vəfat yeri | Laçın rayonu |
Dəfn yeri | |
Mükafatları |
Həyatı
redaktəHəsənov Həzi Cəfər oğlu 1913-cü ildə Laçın rayonunun Qızılca kəndində anadan olub. İbtidai və səkkizillik təhsil aldıqdan sonra təhsilini davam etdirmək üçün rayon mərkəzinə gəlmiş, tam orta təhsilini burda başa vurmuşdur. 1937-ci ildə Laçın rayonunda komsomol işinə başlayan Həzi Həsənov sonralar rayon komsomol komitəsində şöbə müdiri, katib və II katib vəzifələrinə irəli çəkilmişdir.
1937-ci ildə Qızılca kənd sakini Meyxanım Əkbərova ilə ailə qurmuşdur. Bu ailənin dörd övladı olmuş və onlar da rayonun müxtəlif işlərində çalışmışlar.
Həzi Həsənov müharibə başlayarkən rayon komsomol komitəsinin katibi kimi könüllü olaraq cəbhəyə getmişdir. Tiflis şəhərində 6 aylıq zabit kursunu bitirdikdən sonra 416-cı milli atıcı diviziyanın tərkibində Mazdokdan Vyanaya qədər çox şərəfli döyüş yolu keçmişdir. 1946-cı ildə kapitan kimi ehtiyata buraxılmışdır. O, döyüşdə 6 dəfə müxtəlif yaralar almış və ömrünün sonuna kimi II qrup müharibə əlili statusa ilə partiya və digər işlərdə çalışmışdı.
Müharıbə qurtardıqdan sonra, yəni 1946-cı ildən yenidən komsomol komitəsinin katibi kimi fəaliyyətə başlamışdır. Sonralar rayon partiya komitəsinin katibi kimi fəaliyyətə başlamışdır. Sonralar Laçın rayon partiya komitəsinin təlimatçısı, şöbə müdiri, III katib, II katib kürsüsünə qədər yüksəlmişdir. 1952- ci ildə 8 ay müddətinə rayon partiya komitəsinin I katibini əvəz etmişdir. 1950-ci illərdə Ali Partiya Məktəbində Muradxan Cabbarov və Xıdır Bəylərovla birlikdə təhsil almışdır.
Həzi Həsənov 1963-cü ildən ömrünün sonuna kimi Laçın rayonu mədəniyyət şöbəsinin müdiri kimi fəaliyyət göstərmiş və dəfələrlə rayon sovetinin deputatı və Laçın Rayonon Partiya komitəsinin plenum üzvü seçilmişdir. Həzi Həsənov rayonun ictimai işlərində yaxından iştirak etmiş, rayonda mədəniyyətin və incəsənətin çiçəklənməsində böyük köməklik göstərmişdir. Həzi Həsənov 30 oktyabr 1981-ci ildə Laçın rayonunda vəfat etmişdir.
Mükafatları
redaktə- "I dərəcəli Vətən müharibəsi" ordeni.
- "II dərəcəli Vətən müharibsi" ordeni.
- "Suvorov" ordeni.
- "Kutuzov" ordeni.
- Balaton gölünün ətrafındakı döyüşlərə görə Ali *Baş Komandanın xüsusi "Fəxri Fərmanı".
- "Şərəf" ordeni.
Mənbə
redaktə- "Laçın yurdu" jurnalı, №3(6), 2012, Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2012. səh.33