Hetem Ehmedov - Wikipedia
Hətəm Abdulla oğlu Əhmədov (1903, İlisu, Zaqatala dairəsi – 31 oktyabr 1970) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR xalq ticarət komissarı (1941–1946) və ticarət naziri (1946–1953).
Hətəm Əhmədov | |
---|---|
28 mart 1946 – 18 aprel 1953 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | Salam Aydınbəyov |
1941 – 28 mart 1946 | |
Əvvəlki | Əzizağa Əzizbəyov |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1903 |
Doğum yeri | |
Vəfat tarixi | 31 oktyabr 1970 |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | dövlət xadimi |
|
|
Təltifləri |
Həyatı
redaktəHətəm Abdulla oğlu Əhmədov 1903-cü ildə Zaqatala dairəsinin İlisu kəndində anadan olmuşdur. Dəmirçi şagirdi işləyərkən, 17 yaşında komsomol üzvü olmuş və Azərbaycan komsomolunun yaradılmasında fəal iştirak etmişdir. 1921-ci ildə Zaqatala komsomol təşkilatının vasitəçiliyi ilə Bakıya, Mərkəzi Sovet Partiya Məktəbində təhsil almağa göndərilmişdir. Həmin məktəbi bitirdikdən sonra Moskvadakı Şərq Zəhmətkeşlərinin Kommunist Universitetinə daxil olmuş, 1924-cü ildə bolşeviklər partiyasına üzv olmuşdur.[1]
Hətəm Əhmədov universiteti bitirdikdən sonra Bakı partiya təşkilatlarında işləməyə başlamışdır. 1929-cu ildə xalq maarifi sahəsində çalışmağa göndərilmiş, lakin 1930-cu ildə yenidən partiya işinə qaytarılaraq 1931-ci ilədək Azərbaycan K(b)P-nin Şuşa və Ağdam rayon komitələrində işləmişdir. 1931-ci ildə o, ÜİK(b)P Zaqafqaziya Diyar Komitəsinin qərarı ilə Gürcüstana göndərilmiş 1935-ci ilədək Suxum və Axalsıxda partiya və sovet orqanlarında çalışmışdır. 1935-ci ildə yenidən Azərbaycana qayıtdıqdan sonra Azərbaycan K(b)P Qax, Qusar və Zaqatala rayon komitələrinin birinci katibi olmuşdur.[1]
Hətəm Əhmədov 1940-cı ildən ticarət təşkilatlarında işləməyə başlamış, Azərbaycan SSR xalq ticarət komissarının müavini olmuşdur.[1] 1941-ci ildə Azərbaycan SSR xalq ticarət komissarı (1946-cı ildən Azərbaycan SSR ticarət naziri) vəzifəsinə təyin edilmiş və 1953-cü ilədək bu vəzifədə çalışmışdır.[2] Sonralar fərdi pensiyaçı kimi təqaüdə çıxmasına baxmayaraq Ümumittifaq Ticarət Palatasının Azərbaycan şöbəsində rəyasət heyəti sədrinin müavini olmuşdur.[1]
Hətəm Əhmədov Azərbaycan SSR və Zaqafqaziya SFSR mərkəzi icraiyyə komitələrinin, eləcə də Azərbaycan K(b)P Mərkəzi Komitəsi plenumunun üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. "Lenin" ordeni ilə təltif edilmişdir.[1]
Hətəm Əhmədov 1970-ci il oktyabrın 31-də vəfat etmişdir.[1]