Hesret Hesenov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Həsrət Əli oğlu Həsənov (1930-2009) — Azərbaycan alimi, dilçi, filologiya elmləri doktoru.[mənbə göstərin]
Həsrət Həsənov | |
---|---|
Həsrət Əli oğlu Həsənov | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı şəhəri |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Filologiya |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Bakı Dövlət Universiteti |
Təhsili | Ali |
Tanınır | dilçi, lüğətçi |
Elmi yaradıcılığı
redaktəH.Həsənov dilçilik fəaliyyətinə dilçiliyin qrammatika sahəsində başlamışdır. Onun cümlə sintaksisinə dair bir neçə məqaləsi çap edilmiş, 1964-cü ildə “Müasir Azərbaycan dilində (müəyyən şəxsli, qeyri-müəyyən şəxsli və ümumi şəxsli) cümlələr” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi yaradıcılığında o, əsasən, Azərbaycan dilinin leksikasını tədqiq etməklə məşğul olmuşdur. O, 1980-ci ildə “Azərbaycan dilində omonimiya” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir [1]
H.Həsənovun məşğul olduğu dilçilik sahələrindən biri də leksikologiya-lüğətçilikdir. Onun lüğətçilik sahəsindəki elmi araşdırmaları spesifik, özünəməxsus səciyyə daşıyır. O, başqa dilçilərin tərtib etdiyi lüğətlərdən, məsələn, rusca-azərbaycanca, yaxud azərbaycanca-rusca kimi ikidilli lüğətlər, terminoloji lüğətlər və ya çoxdilli lüğətlər yaratmır. Onomastik lüğətləri – “Azərbaycan şəxs adları lüğəti” (2000), “Azərbaycan şəxs adlarının izahlı-etimoloji lüğəti” (2002) və habelə İ.Məmmədovla birlikdə tərtib etdiyi “Azərbaycan dilinin sinonimlər lüğəti” (1990) əsərləri çıxsaq, H.Həsənovun tərtib etdiyi lüğətlər Azərbaycan dilçiliyində mühüm yeri tutur.[2]
Lüğətlər tərtibindən əlavə, H.Həsənov lüğətçilik nəzəriyyəsi məsələləri ilə də maraqlanır. Onun bu sahədəki axtarışları “Azərbaycan lüğətçiliyinin nəzəri əsasları” və “Lüğətlər necə yaranır” adlı kitabında öz əksini tapmışdır.
Ümumi dilçilik məsələləri H.Həsənovun diqqət mərkəzində olmuşdur. Onun “Dilin ictimai mahiyyəti”, “Yazılar və əlifbalar”, “İnterlinqvistika” və “Natiqlik sənəti” adlı əsərləri ümumi dilçilik məsələlərinin araşdırmasına həsr edilmişdir. Düzdür, “Natiqlik sənəti” və “Ritorika” adlı əsərləri nitq mədəniyyəti problemlərinə aid etmək olar.
Həsrət Əli oğlu Həsənovun Azərbaycan dilinin müxtəlif sahələrinə həsr olunmuş 27 kitabı nəşr edilmişdir.
Əsərləri
redaktə- 1.Həsənov H.Ə. Lüğətlər necə yaranır. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1974, 94 s.
- 2.Həsənov H.Ə. Azərbaycan dilinin semasiologiyası. Bakı, ADU nəşri, 1978, 88 s.
- 3.Həsənov H.Ə. Müasir Azərbaycan dilinin fonetikası (metodik göstəriş). Bakı, Yeni kktab mətbəəsi, 1978, 61 s.
- 4.Həsənov H.Ə. Söz və adların yaranması. Bakı, Azərbaycan SSR EA nəşri, 1978, 40 s.
- 5.Həsənov H.Ə. Azərbaycan dilinin frazeologiyası. Bakı, Yeni kitab mətbəəsi, 1979, 66 s.
- 6.Həsənov H.Ə. Müasir Azərbaycan dilinin omonimlər lüğəti. Bakı, Maarif, 1981, 122 s.[3]
- 7.Həsənov H.Ə. Qrammatik təhlilin aparılması qaydaları. Bakı, 1982.
- 8.Həsənov H.Ə. Müasir Azərbaycan dilində sözlərin strukturu və formaları. Bakı, ADU nəşri, 1985, 85 s.
- 9.Həsənov H.Ə. Söz və ad. Bakı, Maarif, 1985, 98 s.
- 10.Həsənov H.Ə. Azərbaycan dilinin antonimlər lüğəti. Bakı, Azərnəşr, 1986, 315 s.
- 11.Həsənov H.Ə. Azərbaycan dilinin leksikası (metodik vəsait). Bakı, ADU nəşri, 1987, 41 s.
- 12.Həsənov H.Ə. Müasir Azərbaycan dilinin leksikasi. Bakı, Maarif, 1988, 306 s.
- 13.Həsənov H.Ə. Məmmədov İ. Azərbaycan dilinin sinonimlər lüğəti. Bakı, Yazıçı, 1990, 470 s.
- 14.Həsənov H.Ə. Azərbaycan dilinin paronimiya və paronomaziya lüğəti. Bakı, Maarif, 1991, 106 s.
- 15.Həsənov H.Ə. Dilin mahiyyəti. Bakı, Nəfis, 1992, 144 s.
- 16.Həsənov H.Ə. Azərbaycan lüğətçiliyinin nəzəri əsasları. Bakı, Bakı Universiteti Nəşriyyatı, 1999, 336 s.
- 17.Həsənov H.Ə. Azərbaycan şəxs adları lüğəti. Bakı, Maarif, 2000, 242 s.
- 18.Həsənov H.Ə. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, 2000.
- 19.Həsənov H.Ə. Nitq mədəniyyəti və üslubiyyatın əsasları proqramı. Bakı, Bakı Universiteti nəşriyyatı, 2000, 11 s.
- 20.Həsənov H.Ə. İnterlinqvistika. Bakı, Nurlan, 2001, 72 s.
- 21.Həsənov H.Ə. Yazı və əlifbalar. Bakı, Renessans, 2001, 264 s.
- 22.Həsənov H.Ə. Müasir Azərbaycan dilinin proqramı. Bakı, Bakı Universiteti nəşriyyatı, 2001, 10 s.
- 23.Həsənov H.Ə. Müasir Azərbaycan dilinin leksikası. Bakı, Maarif, 2001, 319 s.
- 24.Həsənov H.Ə. Adlar tarixin, xalqın nişanəsi kimi. Bakı, Nurlan, 2002, 240 s.
- 25.Həsənov H.Ə. Azərbaycan şəxs adlarının izahlı-etimoloji lüğəti. Bakı, Mütərcim, 2002, 287 s.
- 26.Həsənov H.Ə. Natiqlik sənəti. Bakı, Bakı Universiteti nəşriyyatı, 2003, 398 s.
- 27.Həsənov H.Ə. Müasir Azərbaycan fonetikası. Bakı, Təfəkkür Universiteti Nəşriyyatı, 2004, 311 s.
- 27.Həsənov H.Ə. Müasir Azərbaycan dilinin leksikası. Bakı, Nurlan, 2005, 451 s.
İstinadlar
redaktə- ↑ Ə.Rəcəbli. Azərbaycan dilçiliyi. Bakı, Nurlan, 2007, 233 s.
- ↑ K.Alməmmədova. Professor H.Ə.Həsənov və Azərbaycan dilçiliyi. “Elm və təhsil”, Bakı, 2014, 50 s.
- ↑ "Azərbaycan dilinin antonimlər lüğəti, Həsrət Həsənov". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-13.