Hesen Memmedov Jurnalist - Wikipedia
Həsən Səməd oğlu Məmmədov (10 aprel 1930, Şamaxı, Çuxuryurd) — jurnalist, şair.
Həsən Məmmədov | |
---|---|
Həsən Səməd oğlu Məəmədov | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Bakı Dövlət Universiteti Filalogiya fakültəsi, Jurnalistika şöbəsi |
Fəaliyyəti | Filoloq Yazıçı Jurnalist |
Həyatı
redaktəHəsən Səməd oğlu Məmmədov 10 aprel 1930-cu ildə Şamaxının Çuxuryurd kəndində anadan olub. Çox zəngin və maraqlı həyat yolu olan Həsən Məmmədov ağır müharibə illərində orta təhsil almaq imkanından məhrum olmuş, lakin cəmi dörd sinif oxusa da ona 8-ci sinfi bitirmək haqqında şəhadətnamə verilmiş və o bir qohumunun məsləhəti ilə tibb texnikumuna daxil olaraq feldşer ixtisasına yiyələnmişdir. Uşaqlıqdan şeir yazmağa böyük həvəsi olan Həsən Məmmədov Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, lakin sonradan jurnalistika şöbəsində oxuyub.
1954-cü ildə universiteti bitirəndən mətbuatda çalışan H.Məmmədov jurnalist kimi ilk dəfə "Azərbaycan pioneri" qəzetində fəaliyyətə başlayıb. Qəzetin səhifələrində bir-birinin ardınca maraqlı publisistik yazıları, oçerkləri, felyeton və hekayələri, hətta "Dəmirçi" kino-ssenarisi çap edilən Həsən çox gənc yaşlarından oxucuların məhəbbətini qazana bilib. Həsən Məmmədov eyni zamanda bu qəzetdə elan olunan gənclik mövzusunda səhnə əsəri müsabiqəsində iştirak edərək ikinci mükafata layiq görülüb. Bundan sonra o, daha bir səhnə əsəri yazıb. Yaradıcılığa hekayələrlə başlayan Həsən bu ilk səhnə əsərləri ilə şöhrət qazanıb və bir-birinin ardınca yazıçının "Darıxmışam" (1962), "Gözəlliklər şəhəri" (1964), "Sən belə deyilsən" (1966), "Sarı çiçək" (1968) və başqa hekayə topluları nəşr edilib. Bir müddətdən sonra isə Moskvada ali ssenarist kursunda oxuyan Həsən iki ildən sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında redaktor kimi fəaliyyətini davam etdirib. Kinostudiyanın problemləri ilə bağlı "Kommunist" qəzetində məqalə ilə çıxş edən Həsən Məmmədov bu yazısı həmin vaxt Azərbaycan KP MK-nın şöbə müdiri Şıxəli Qurbanovun da iştirak etdiyi müşavirədə müzakirə olunub və Həsənə "Kommunist" qəzetində işləməyi məsləhət görüb. Beləliklə, Həsən Məmmədov həmin qəzetdə ədəbiyyat şöbəsində fəaliyyətini başlayıb. 1989-cu ildə "Sovet kəndi" qəzetində bir çox məqalənin redaktoru olub. 1991-ci ildə Ali Sovetin orqanı olan "Həyat" qəzetinin redaktoru işləyib.
Həsən Məmmədov istedadlı yazıçı və dramaturq kimi də məşhur olub. Onun qələmindən çıxan "Gülyanaq", "Axarıncı", "Həsrət də bir dəryadır", "Həyat əfsanəsi" romanları, "Qozbel", "Məhəbbət ətirli güllər", "Dünya gözəlldir" və başqa povestləri ədəbi nəsrimizin inkişafında mühüm əhəmiyyət kəsb edən əsərlərdən sayılır.
Təhsili
redaktə8-ci sinfi bitirmək haqqında şəhadətnamə verilmiş və o bir qohumunun məsləhəti ilə tibb texnikumuna daxil olaraq feldşer ixtisasına yiyələnmişdir. Uşaqlıqdan şeir yazmağa böyük həvəsi olan Həsən Məmmədov Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, lakin sonradan jurnalistika şöbəsində oxuyub.
Fəaliyyəti
redaktə1954-cü ildə universiteti bitirəndən mətbuatda çalışan H.Məmmədov jurnalist kimi ilk dəfə "Azərbaycan pioneri" qəzetində fəaliyyətə başlayıb,Daha sonra fəaliyyətini "Kommunist","Sovet kəndi","Həyat" qəzetinin redaktoru işləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Əsərləri
redaktəRomanları
"Gülyanaq"
"Axarıncı"
"Həyat əfsanəsi"
Povestləri
"Qozbel"
"Məhəbbət ətirli güllər"
"Dünya gözəlldir"
Hekayə topluları
"Darıxmışam" (1962)
"Gözəlliklər şəhəri" (1964)
"Sən belə deyilsən" (1966)
"Sarı çiçək" (1968)