Hesen Eftes - Wikipedia
Həsən Əftəs (ərəb. حسن افطس) Əli Əsğər Əli oğlunun yeganə oğlu. Həsənin atası Əli Əsğər oğlu anasının bətnində olarkən Ərəbistanın Yənbə şəhərində 30 yaşında dünyasını dəyişmişdir. Ona Əftəs deyilməsinin səbəbi onun burnunun üstündə bir az içəri getmə olmasındanidi. O, uca qamətli və iyididi buna görədə ona Rəmhi ali Əbutalib (ərəb. رمح آل أبي طالب) deyirdilər. Məhəmməd Nəfsi Zəkiyyənin Abbasilərə qarşı sürdüyü savaşlarda onun müavin və bayraqdarı idi. Nəfsi Zəkiyyə öldürüldükdən sonra və qoşunu dağıldıqdan sonra Həsən gizləndi. Onun gizləndiyindən sonra İmam Sadiq İraqa gəldi və Əbu Cəfər Mənsurun yanına gedib dedi: Ey Mənsur, istəyirsən ki, Məhəmməd Rəsulullaha bir yaxşılıq edəsən? dedi: Hə, ey Əbaəbdillah. İmam dedi: Əmioğlun Həsən Əftəsdən keç! və Mənsur ondan vaz keçdi.[1][2]
Həsən Əftəs |
---|
Övladları
redaktəHəsən Əftəsin oğlanları Ömər, Əli Əlhuri, Hüseyn, Həsən Məkfuf və Obeydullahdırlar ki, Bərməkilər əliylə şəhid olmuşlar.[3][4]