Hertis Dag - Wikipedia
Hərtis_(dağ) - Haqqında Məlumat
Hərtis — Azərbaycan Respublikası Qubadlı rayonunun ərazisində, Bərguşad silsiləsinin cənub-şərq qurtaracağında yerləşən dağ. Hündürlüyü 1279 metrdir. Hərtiz kəndinin cənubundadır[1]. Qartikiz, Xartıüz variantlarında qeydə alınmışdır. Oronim metal alətləri itiləmək üçün istifadə edilən xart və ya qart (bülöv) daşının adından və üz sözlərindən ibarət olub, xart daşı olan dağ mənasında olması ehtimal edilir.
Hərtis | |
---|---|
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Zəngəzur dağları |
Mütləq hündürlüyü | 1279 m |
Yerləşməsi | |
39°15′59″ şm. e. 46°35′24″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Vilayət | |
|
İstinadlar
redaktə- ↑ Hərtis (dağ) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 115. ISBN 978-9952-34-155-3.