Herbi Neqliyyat Teyyaresi - Wikipedia
Hərbi nəqliyyat təyyarəsi qoşunların, silah sistemlərinin və digər hərbi təchizatın bir yerdən başqa yerə daşınması üçün istifadə olunan təyyarələrdir. Bu cür təyyarələr lazım olan hərbi ləvazimatın uzaq məsafədə yerləşən döyüş bölgəsinə çatdırılmasında ən effektiv vasitə hesab olunur. Əslində bombardmançı təyyarələrdən əmələ gəlmiş hərbi nəqliyyat təyyarələri İkinci dünya müharibəsində hava-desant bölmələrinin lazım olan yerə çatdırılmasında istifadə olunurdu. Bəzi hərbi nəqliyyat təyyarələri havada yanacaqdoldurma və ya hazırlanmamış pistlərə taktiki, əməliyyat və strateji havadan daşıma kimi çoxfunksiyalı vəzifələrə təyin olunur.[1]
Hərbi nəqliyyat təyyarəsi | |
---|---|
Tipi | Hərbi təyyarə |
İstismarçılar | |
Vikianbarda əlaqəli mediafayllar |
2014-cü ilə olan məlumata əsasən Antonov şirkətinin istehsalı olan Antonov An-124 Ruslan yük götürmə potensialına görə dünyanın ən böyük hərbi nəqliyyat təyyarəsi hesab olunur.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12.
- ↑ "The world's biggest military transport aircraft". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12.