Hemmadiler Sulalesi - Wikipedia
Həmmadilər sülaləsi— 1015–1152-ci illərdə hökmranlıq edən bərbəri əsilli süalalə.
Tarixi
redaktəSülalə adını qurucusu Həmmad ibn Buluqqin bin Ziridən alır. Fatımilərin 972-ci ildə geri çəkilməsindən sonra Məğribin idarəsi, yenə bu dövlətin himayəsində olmaq üzrə Bərbəri əsilli Sanhacə qəbiləsinə mənsub Ziri sülaləsinin əlinə keçdi. Ziriləri təhdid edən ilk təhlükə, Əndülüs əməvilərinə tabe olan zənatəlilərin başladığı üsyan oldu. Zirilər üsyanı yatırmaq üçün hərəkətə keçdilər; ancaq bu ilk zamanlarda gözlənən nəticəni verdisə də, bir müddət sonra hadisələr əks istiqamətdə cərəyan etməyə başladı və Ziri torpaqları parçalandı. Bu parçalanan torpaqların bir qismində zirilərin əqrabaları olan həmmadilər öz müstəqilliklərini elan etdilər. Zənatəlilərə qarşı verilən mücadələdə üst üstə qazandığı uğurlarla özünü göstərən Həmmad ibn Buluqqin ibn Ziri, Sultan Badis b. Muiz tərəfindən Zab və Məsiləni içinə alan bölgənin valiliyinə gətirildi; ayrıca müstahkəm bir idarə mərkəzi qurma istəyi də qəbul edildi. Bunun üzərinə Həmmad, Məsilənin şimal-şərqində Kalatü-Bəni Həmmad deyilən bir qala-şəhər qurdu və ardından da bir bahanəylə əsl niyətini açığa vuraraq müstəqilliyini elan etdi.
Həmmadilərin tarixini, biri mərkəzin Kalatü-Bəni Həmmad olduğu 1015–1067, digəri Bicayəyə köçürüldüyü 1067–1152-ci illər arası olmaq üzrə iki dönəmdə incələmək mümkündür. Bunların ilki güc və əzamət dönəmidir. Bu illərdə dövlətin sınırları qərbdə Tənəs və Şələf vadisinə, şərqdə Əvras dağları aşılaraq Təbissəyə, cənubda isə Varglanın ötələrinə çatdı. Dönəmin ən önəmli hökmdarı olan Həmmad əl-Bərbəri (1015–1028), Zirilərdən Sultan Muiz ibn Badis ilə bir andlaşma imzaladı və onun tərəfindən bütün Mərkəzi Məğribin hökmdarı olaraq tanındı. Həmmad Şiələrlə mücadələ edərək Malikiliyi hakim etdi. Bunun üzərinə Məğribdəki nüfuzlarının təhlikəyə düşdüyünü görən Fatimilər bölgədə yenidən hakimiyət qurmak üçün Hilali ərəblərini Məğribə köç etdirdilər. Həmmad da Fatımilərlə ilişkilərinə son verib Abbasilərə itaət ərz etdi. Yerinə gəçən oğlu Qaid ibn Həmmad (1028–1054) atasının Muiz b. Badis ilə apardığı andlaşmanı pozdu; ancaq iki il sürən bir mücadələdən sonra tərəflər arasında təkrar andlaşma sağlandı. Muhsin b. Qaid doqquz aylıq bir hökmdarlıqdan sonra öldürüldü. Yerinə keçən Buluqqin ibn Məhəmməd bin Həmmad (1055–1062), Biskrə rəislərini ona itaət etdirdiyi kimi Mavritaniyadakı Zənatə qəbiləsi üzərinə yürüyüb Fas şəhrəni də ələ keçirdi (1062). Həmmadilər, Zənatə qəbiləsiylə apardıqları mücadələ sırasında Məğribə yeni yerləşmiş bir Ərəb qəbiləsi olan Bəni Hilalin Əsbəc və Adi qolundan böyük dəstək gördülər. Fəqət gedərək onların kuklaları halına gəldilər.
Hökmdarları
redaktə- Həmmad ibn Buluqqin, 1014–1028
- əl-Qaid ibn Həmmad, 1028–1045
- Möhsün ibn Qaid, 1045–1046
- Buluggin ibn Muhammad ibn Hammad, 1046–1062
- ən-Nasir ibn Alnas ibn Hammad, 1062–1088
- al-Mansur ibn Nasir, 1088–1104
- Badis ibn Mansur, 1104
- Əbdüləziz ibn Mənsur, 1104–1121
- Yəhya ibn Əbdüləziz, 1121–1152
Həmçinin bax
redaktə Monarx, sülalə və ya onların nümayəndələri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |