Hemesera Seheri - Wikipedia
Həməşəra şəhəri — Muğanın «paytaxtı» kimi tanınmış qədim Həməşara şəhəri Azərbaycanın o zamankı dövrdə ən böyük şəhərlərindən birinə çevrilmiş və sonralar monqollar tərəfindən dağıdılmışdır.
Həməşəra | |
Həməşəra | |
---|---|
Ölkə | Azərbaycan |
Vilayət | Cəlilabad rayonu |
Salınma tarixi | XIII əsrlər |
Milli tərkibi | Azərbaycanlılar |
Tarixi mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala ilə əhatə olunduğu göstərilir. Ərəblərin hücumundan sonra Həməşəra şəhəri dağılıb və sonrakı dövrlərdə Hasıllı şəhəri məşhurlaşıb. XIX əsrin 30-cu illərində rusların Azərbaycana köçürülməsi nəticəsində azərbaycanlılarla rusların birgə məskunlaşdığı Astarxanbazar şəhəri əyalətin mərkəzinə çevrilib.[1]
Fəzlullah Rəşidəddinin «Came-ət-təvarix» kitabına istinad edərək, qeyd edir ki, «Qazan xan Biləsuvara gəldi, Həməşara şəhərinin yaxınlığındakı Talış diyarının ən yüksək zirvələrinin birinə qalxdı. O, orada meşələrə adam göndərir, müxtəlif heyvanları, ceyran, cüyür, dağ kəli və s. arata elətdirib zirvənin ətrafında düzəldilmiş pəyələrə saldırardı».[2]
1848-ci ilin əvvəllərində qədim Həməşara şəhərinin xarabalıqlarında (Həməşəra 11 dəfə yerlə yeksan olub; 7 dəfə sel və zəlzələ, 8-ci dəfə xəzərlər, 9-cu dəfə ərəblər, 10-cu dəfə monqollar, 11-ci dəfə Nadir şah tərəfindən. S.N.) bir neçə rus kəndli ailələri məskən salmışlar. Bunlardan 57 ev Astarxan quberniyasının Astarxanka kəndindən, 21 evZoporojye vilayətinin Prişib kəndindən, 4 ev Stavropol quberniyasının Stepnoye kəndindən köçüb gəliblər.[3]
XVIII əsrin birinci yarısınadək Həməşəra şəhəri mövcud olub və şəhər sonuncu dəfə 1741-1742- ci illərdə Nadir şahın hücumu nəticəsində tamamilə dağıdılıb.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ . [1] Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine
- ↑ . [2] Arxivləşdirilib 2019-09-14 at the Wayback Machine
- ↑ . [3] Arxivləşdirilib 2023-07-22 at the Wayback Machine
- ↑ . [4] Arxivləşdirilib 2019-09-15 at the Wayback Machine