Hecer Huseynova - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Həcər Hüseynova (tam adı: Hüseynova Həcər Emin qızı, 20 fevral 1962, Kirovabad) — filologiya üzrə elmlər doktoru, dosent. Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həcər Hüseynova | |
---|---|
Hüseynova Həcər Emin qızı | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | filoloq |
Həyatı və fəaliyyəti
redaktə1962-ci ilin fevral 20-də Azərbaycanın Gəncə şəhərində anadan olub.
1979-cu ildə 18 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinı bitirib.
1984–2002-ci illərdə Bakıdakı 269 və 146 saylı orta məktəblərdə Azərbaycan dili və ədəbiyyatı müəlimi işləmişdir.
2002-ci ildə "Səməd Vurğunun bədii əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2012-ci ildə "Mir Cəlal Paşayevin bədii əsərlərinin dil və üslub xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
2016-cı ildə Azərbaycan Prezidentinin xüsusi təqaüdünə layiq görülüb.
Hazırda ADPU-nun filologiya fakültəsində işləyir, filologiya üzrə elmlər doktoru, dosentdir.
Mir Cəlal irsinin təbliği ilə məşğul olan "Müəllim sözü" qəzetində baş redaktorunun müavinidir.
İctimai fəaliyyəti
redaktə2001-ci ildən təməli Yeni Azərbaycan Partiyasının üzvüdür. ADPU Filologoya fakültəsi üzrə Qızıl Aypara cəmiyyətinin sədri.
2016/2017-ci illərin may ayında elmi-publisistik-bədii fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 avqust 2007-ci il tarixli fərmanına uyğun olaraq, Prezidentin xüsusi təqaüdünə layiq görülmüşdür.
2013/2014 və 2014/2015-ci tədris illərində "İlin müəllimi" (ADPU üzrə) müsabiqəsinin qalibi olmuşdur.
Türk dövlətləri Avrasiya Senet Kültür Edebiyat Federasiyası (ASKEF) İdarə heyətinin üzvü. 2015-ci ilin may ayında ASKEF-in təşkilatçılığı ilə keçirilən Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş tədbirdə (Çanaqqalada) fəal iştirak etmişdir. Türkiyədə çap olunan "100 yılda 100 kalemlə" Atatürk və Çanakkale şeir antolojisi kitabında şeirləri çap edilib və "100 yılde 100 yürek" ödülü ilə təltif olunmuşdur.
2015-ci ildə 21 ölkədən 696 şairin şeirlərinin toplandığı 3 cildlik Avrasiya Şairleri Antolojisi kitabında (3-cü cild) şeirləri çap olunub.
2016-cı ildə ASKEF Bilim kurumunun Azərbaycan üzrə təmsilçisidir.
Onlarla kitabın redaktoru və ya rəyçisidir. 50-dən çox elmi məqalənin müəllifidir. Bir neçə filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasının rəhbəri və opponenti olmuşdur.
Hazırda Filologiya fakültəsinin Elmi Şurasının elmi katibidir.
Kitabları
redaktə- "Səməd Vurğunun bədii əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri" — monoqrafiya (Bakı. 2001)
- "Müasir Azərbaycan onomalogiyası məsələləri" – dərs vəsaiti. (Bakı. 2005)
- "Toponimlərin bəzi nəzəri məsələləri" — dərs vəsaiti. (Bakı. 2006)
- "Mir Cəlalın obrazlı dili"- monoqrafiya. (Bakı. 2007)
- "Mir Cəlalın bədii əsərlərinin dili və üslubu" monoqrafiya. (Bakı. 2008)
- "Mir Cəlal: Aforizmlər. Antroponimlər" monoqrafiya.(Bakı. 2009)
- "Mir Cəlalın aforizmləri" (ingilis, Azərbaycan və Rus dillərində) – Bakı. 2014. (Mir Cəlalın anadan olmasının 106-cı ildönümü münasibətilə)
- "Nitq inkişafına dair praktik məşğələlər" – dərs vəsaiti. (əcnəbi tələbələr üçün. Bakı. 2014)
- "Bədii əsərlərin üslubi sintaksisi" – dərs vəsaiti. (Mir Cəlalın bədii əsərləri əsasında) Bakı. 2016. Dərs vəsaiti
- "Bədii əsərlərdə onomastik vahidlərin rolu". (Mir Cəlalın və S. Vurğunun əsərləri əsasında). Bakı. 2017. Dərs vəsaiti.
- "Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri" – monoqrafiya. 2 cilddə. (Bakı. 2018 Mir Cəlalın anadan olmasının 110-cu ildönümü münasibətilə).
- "Azərbaycanda və xaricdə nəşr edilmiş 80-ə yaxın elmi məqalənin müəllifi, onlarla kitabın redaktoru və rəyçisi.
- "Hər budaqdan bir yarpaq" adlı şeir kitabı (Bakı. 2001).
- "Nağıl dünya" adlı şeir kitabı (Bakı. 2010).
- Universitetlərin bakalavr və magistratura pilləsi üçün hazırlanmış 10-dan çox proqramın müəllifi.
- "Mir Cəlalın hikmətli kəlamları" (Tehran, 2019), (Azərbaycan, türk, ingilis, rus dillərində və əski Azərbaycan əlifbasında).
Nailiyyətləri
redaktə- 2009 — Beynəlxalq diplom: "XXI əsrin ziyalısı"- "Vektor" Beynəlxalq Elm Mərkəzi.
- 2010 — Beynəlxalq sertifikat: "İnformation and innovations: international experiense and modern approaches"- İnternational Centre for Scientifik and technikal İnformation.
- 2012 — Fəxri fərman- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası: "Həmkarlar Təşkilatının işində fəal iştirakına görə.
- 2012 — Diplom: "Qızıl qələm" mediya mükafatı- Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı
- 2012 — Fəxri diplom: "Xalqın nüfuzlu ziyalısı"- Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı.
- 2012 — Təşəkkürnamə-ADPU: "Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə".
- 2014 — Beynəlxalq sertifikat: "Təhsil prosesində uşaqlara şəxsiyyət yönümlü — humanist yanaşmanın əsasları" – Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu və Beynəlxalq Humanist Pedaqogika Mərkəzi.
- 2015 — Sertifikat: "Müəllim hazırlama siyasəti və problemləri V Beynəlxalq konfransı"- ADPU.
- 2015 — Təşəkkür bəlgəsi: "Kitabi Dədə Qorqud"un elm aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş "Epos və Etnos" Beynəlxalq Simpoziumunda məruzəyə görə- Azərbaycan Milli Elmlər Akademiyası və Bilik fondu.
- 2015 — Sertifikat: ADPU- " Türk epos düşüncəsi yazılı abidələrdə" respublika elmi konfransında məruzəyə görə.
- 2015 — Sertifikat: Bakı Dövlət Universiteti- "Bəxtiyar Vahabzadənin 90 illik yubiley"inə həsr edilmiş konfransda iştirakına görə.
- 2015 — Sertifikat: Naxçıvan Universiteti- "Beynəlxalq "İpək yolu" konfran- sında iştirakına görə.
- 2015 — ADPU: 2013/2014-cü tədris ilində "İlin müəllimi" müsabiqəsinin qalibi.
- 2017 yanvar – Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar Təşkilatının "İlin müəllimi" medalı və diplomu.
- 2017 dekabr — "İlin alimi" fəxri adı. Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar Təşkilatı.
- 2017 — Türkiyə beynəlxalq "İBAD" elmi jurnalında Azərbaycan üzrə təmsilçi və hakim.
- 2017 noyabrıdan — ABŞ-də nəşr olunan Beynəlxalq inpaktfaktor indeksli "İnternational Journal of Languach and Lingvistic" jurnalında idarə heyətinin üzvü.
- 2017-ci il — "Azərbaycan bayrağı" media mükafatı.
- 2017 oktyabr – Sertifikat, Sarbona (Paris) Universitetinin — "İnteractive Education in University Sistems".
- 2018 mart — 2 Sertifikat: Türkiyə- Antalya- Növruz zirvesi- Türk ve Türkmen kongrelerinde iştiraka görə.
- 2018 aprel — Sertifikat- Bakı Dövlət Universiteti "Mir Cəlal-110"- konfransda iştiraka görə.
- 2018 iyun — Sertifikat Bakı AVRASİYA Universiteti: "Türk təfəkkürü və multikulturalizm" –məqalə. Beynəlxalq konfransda iştiraka görə.
- 2018 iyun — Sertifikat: Qlobal Karyer İnstitutu və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti tərəfindən. "Milli Qurtuluşdan bu günümüzə qədər Azərbaycan təhsili" seminarında iştiraka görə.
- Fəxri Fərman, Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə — "Bizim Lider" qəzetinin mükafatı.
- 2018 iyul (1–21) — Türkiyə-Ankara – Bilkent Universitetində təlim. Diplom.
- 2018 — sentyabr. Polşa-XIII Uluslararası Böyük Türk Dili Kurultayanda iştirak. Azərbaycan və Polşa arasında əlaqələrin möhkəmləndirilməsiində iştiraka görə Azərbaycanın Polşadakı səlahiyyətli səfiri Prof. Həsən Həsənov tərəfindən "Xatirə medalı" ilə təltif edilmişdir.
- 2018 — Türkiyə-İstanbul -"İzlek" dergisi İdarə heyətinin üzvü.
- 2019 mart — sertifikat- Türkiyə Cumhuriyyəti, Giresun şəhəri- "Karadeniz I Uluslararası multidisipliner çalışmalar kongresi" ndə iştiraka görə.
- 2019 fevral — Diplom- Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tərəfindən.