Hebibulla Odabas - Wikipedia
Həbibulla Odabaş — (1891[1] və ya 11 fevral 1881[2], Korbek[d], Tavriya quberniyası[d] – 1937, SSRİ) — krım tatar yazıçı, filoloq, pedaqoq. Əsərlərini Timurcan və Çatır-Tavlı təxəllüsləri ilə çap etdirib[3].
Həbibulla Odabaş | |
---|---|
krımtat. Abibulla Odabaş | |
Doğum tarixi | 1891[1] və ya 11 fevral 1881[2] |
Doğum yeri |
|
Vəfat tarixi | 1937 |
Vəfat yeri | |
Milliyyəti | krım tatarı |
Fəaliyyəti | yazıçı, filoloq, pedaqoq |
Haqqında
redaktəHəbibulla Əbdürrəşid oğlu Odabaş 1891-ci ildə Aluşta yaxınlığındakı Korbek kəndində anadan olub. Orta təhsilini Krımda aldıqdan sonra İstanbulda ali təhsil alıb. Burada təhsil aldığı dövr ərzində ilk dəfə öz şeirlərini və "Altın yarık" (Qızıl parıltı) poemasını çap etdirir. 1917-ci ildə Krıma geri dönərək 1920-ci ilə qədər "Yaşıl ada" jurnalı sonradan isə "Bilgi" jurnalını nəşr etdirir[4]. 1921-ci ildən 1928-ci ilə qədər Krım Pedaqoji İnstitutunda və Tatar Pedaqoji Texnikumunda dərs deyir. Müəllimlik fəaliyyəti ilə yanaşı krım tatar məktəblərində üçün ana dili və ədəbiyyat dərslərini keçmək üçün bir neçə dərsliyi də tərtib edir. 1925-ci ildə Tavrida tarix, arxeologiya və etnoqrafiya Cəmiyyətinə üzv seçilir. 1925-ci ildə Simferopolda çap edilən "Okub işleri" jurnalında öz pedaqoji, mədəni maarif mövzulu, yazılarını, şeir və hekayələrini yazır. 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda iştirak edib[5]. 26 oktyabr 1928-ci ildə "Milli Firqə" işi üzrə həbs edilərək 10 il əmək düşərgəsinə məhkum edilir[6]. 1937-ci ildə Həbibulla Odabaşın həyat yoldaşı Ayşə ərinin vəfatı haqqında xəbər alır. Lakin onun nə vaxt və harada dünyasını dəyişməsi haqqında heç bir məlumat yoxdur. 17 aprel 1991-ci ildə ölümündən sonra bəraət alıb[3].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Люди и судьбы. Биобиблиографический словарь востоковедов - жертв политического террора в советский период (1917-1991) (rus.). СПб: Петербургское Востоковедение, 2013. 496 с. — (Социальная история отечественной науки о Востоке) ISBN 978-5-85803-225-0
- ↑ 1 2 Енциклопедія сучасної України (ukr.). Інститут енциклопедичних досліджень НАН України, 2001. ISBN 966-02-2075-8
- ↑ 1 2 "АБИБУЛЛА ОДАБАШ" (rus). crimea.ru. 2021-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2021.
- ↑ "Журнал "Ешиль ада" продолжил традиции "Терджимана". Абибулла Одабаш" (rus). liveinternet.ru. 22 noyabr 2018. 12 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2021.
- ↑ "Одабаш Абибулла Абдурешидович" (rus). bessmertnybarak.ru. 12 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2021.
- ↑ "Одабаш Абибулла Абдурешидович (1891)" (rus). openlist.wiki. 2021-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2021.