Huseynbala Agaverdiyev - Wikipedia
Hüseynbala Ağaverdi oğlu Ağaverdiyev (1888, Kürdəxanı, Bakı – 3 oktyabr 1937) — Azərbaycan inqilabçısı, dövlət xadimi, repressiya qurbanı.
Hüseynbala Ağaverdiyev | |
---|---|
1935 – iyul 1937 | |
Sonrakı | Zəkəriyyə Balaxlinski |
1935 – 16 may 1936 | |
Sədr | Hüseyn Rəhmanov |
1929 – 1934 | |
1927 – 1929 | |
21 yanvar 1926 – 1927[1] | |
Əvvəlki | Ruhulla Axundov |
Sonrakı | Nikolay Gikalo |
(Əliheydər Qarayev və Levon Mirzoyanla birlikdə) | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1888 |
Doğum yeri | |
Vəfat tarixi | 3 oktyabr 1937 |
Həyatı
redaktə1888-ci ildə Bakının Kürdəxanı qəsəbəsində doğulmuşdur. 1901-ci ildə atasının ölümündən sonra Balaxanıda alman milyoner Riderlin mədənlərində işləməyə başlayıb. 1917-ci ilin əvvəllərindən fəhlə hərəkatına qoşulmuş, Binəqədidə fəhlələr arasında inqilabi iş aparmışdır. Həmin ilin may ayında isə bolşevik hərəkatına qoşulmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra Binəqədi RİK tərkibinə daxil olmuşdur. 1922–26-cı illərdə respublika Mədən Fəhlələri Həmkarlar İttifaqı Mərkəzi İdarə Heyətinin sədrinin müavini olmuşdur. 1926-cı ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinin icrası Əliheydər Qarayev, Hüseynbala Ağaverdiyev və Levon Mirzoyandan ibarət katibliyə həvalə edilmişdi.[2] 1927–29-cu illərdə Azərbaycan SSR XTŞ-sədri, 1929–34-cü illərdə Azneft Birliyi rəisinin müavini işləmişdir. 1933-cü ildə ABŞ-yə işgüzar səfər etmişdir. 1935-ci illərdən Azərbaycan SSR XKS sədrinin müavini, həmçinin Xalq Yerli Sənaye komissarı vəzifəsində çalışmışdır. 1934-cü ildə Zaqafqaziya partiya təşkilatlarının VII qurultayında ÜİK(b) Zaqafqaziya Ölkə Komitəsinə, 1935-ci ildə isə Zaqafqaziya mərkəzi icraiyyə komitəsinə üzv seçilib.
Həbsi və ölümü
redaktə17 iyul 1937-ci ildə "Trotski-Zinovyevçi əksinqilabi təşkilatın fəaliyyətində iştirak" etməyə görə həbs edilmiş, 766-cı əmrlə I kateqoriya ilə güllələnməyə məhkum olunmuşdur. 3 oktyabr 1937-ci ildə edam olunmuş,[3] 24 dekabr 1956-cı ildə bəraət verilmişdir.[4]
Ailəsi
redaktəAğaverdiyeva Xədicəxanım Xudaverdi qızı (d. 1902 — ö. 13 fevral 1944) ilə evlənmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 24 oktyabr 1937-ci il tarixdə saxlanılmış və 9 dekabr 1937-ci il tarixdə XDİK-in qərarına əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Xədicəxanım Ağaverdiyeva 19 oktyabr 1956-cı il tarixdə Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının qərarına əsasən bəraət almışdır.[5] Övladları:
- Sara Ağaverdiyeva (d.1922)
- Törə Ağaverdiyeva (d.1925)
- Lətifə Ağaverdiyeva (d.1929)
- Şükufə Ağaverdiyeva (d.1934)
İstinadlar
redaktə- ↑ Эльдар ИСМАИЛОВ - Очерки по истории Азербайджана , Москва, 2010, Флинта [ölü keçid]
- ↑ Azərbaycan Tarixi (VI cild) , Bakı, Elm, 2008
- ↑ "Сталинские списки". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-05.
- ↑ Kürdəxanı, Qarabağ nəşriyyatı, Bakı, 2008. səh. 360
- ↑ "Azerbaijan Gender Information Center". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-05.