Huseyn Quliyev Sefir - Wikipedia
Hüseyn Quliyev (tam adı: Quliyev Hüseyn Rzaqulu oğlu;23 iyun 1946, Naxçıvan) — Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri[1]
Hüseyn Quliyev | |
---|---|
Quliyev Hüseyn Rzaqulu oğlu | |
Azərbaycan Respublikasının Özbəkistanndakı Fövqəladə və səlahiyyətli səfiri | |
31 oktyabr 2012 – Hal-hazırda | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 iyun 1946 (78 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Həyatı və təhsili
redaktə23 iyun 1946-cı ildə, Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1953–1965-ci illərdə Naxçıvan şəhəri, 3 saylı orta məktəbində oxumuşdur. 1965–1970-ci illərdə M. Azizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə təhsil almışdır.
Ailəsi
redaktəEvlidir, iki uşağı və üç nəvəsi var.
Fəaliyyəti
redaktə1970–1991-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olub.
1978–1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşaviri işləmişdir.
1984–1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşaviri işləmişdir.
1991–1995-ci illərdə Moskva şəhərində Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olmuşdur.
1995–1997-ci illərdə "İDİL" Türk inşaat şirkətinin Rusiya nümayəndəliyi,
1997–2007-ci illərdə Rusiyanın "Trans-nafta" şirkətinin vitse-prezident vəzifəsində çalışmışdır.
2007–2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri olub.
2009–2012-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, İdarə rəisi
2012-ci ildən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.[2]
İstinadlar
redaktə- ↑ "Səfirin tərcümeyi-halı AZƏRBAYCAN". 2020-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.
- ↑ "H.R.Quliyevin Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.