Huseyn Necefov - Wikipedia
Hüseyn Hümmət (Hümbət) oğlu Nəcəfov (Nəcəfbəyli) (1 yanvar 1907, Kolanlı, İrəvan qəzası – 16 iyul 1967, Bakı) — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi (1940–1948), Azərbaycan SSR meşə və kağız sənayesi naziri (1948–1950).
Hüseyn Nəcəfov | |
---|---|
oktyabr 1940 – yanvar 1948 | |
Əvvəlki | Kazım İsmayılov |
Sonrakı | Yusif Yusifov |
6 mart 1950 – 20 sentyabr 1950 | |
Sonrakı | Rza İsmayılov |
28 yanvar 1948 – 6 mart 1950 | |
Əvvəlki | Rza İsmayılov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1907 |
Doğum yeri | |
Vəfat tarixi | 16 iyul 1967 (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
redaktəHüseyn Nəcəfov 1907-ci ildə İrəvan quberniyasının Kolanlı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 19 yaşında olarkən Gəncəyə köçmüş və toxucu-əyirici fabrikində fəhləlik etmişdir. 1928-ci ildə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmiş, bir qədər sonra fabrikin həmkarlar ittifaqının katibi seçilmişdir.[1]
1930-cu ildən Azərbaycan LKGİ Gəncə Şəhər Komitəsinin üzvü, sonra isə katibi seçilmiş, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin mədəni-maarif şöbəsinin müdiri olmuşdur. 1933-cü ildə Kommunist Partiyasının çağırışı ilə MTS-lər yanında yaradılan siyasi şöbələrdən birində işləməyə getmişdir. 1934-cü ilədək Naxçıvanın maşın-traktor stansiyalarından birində siyasi şöbənin rəisinin müavini işləmişdir. 1937-ci ildən Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin partiya kadrları şöbəsinin müdiri olmuşdur.[1][2] 1939-cu ildə Azərbaycan LKGİ MK-nın birinci katibi seçilmiş, 1940–1948-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi işləmişdir. 1948-ci ildən Azərbaycan SSR meşə sənayesi naziri olmuşdur.[3][4]
Hüseyn Nəcəfov 1937-ci ildə ÜİK(b)P MK yanında Yakov Sverdlov adına Ali Təbliğatçılar Məktəbini bitirmişdir. O, SSRİ Ali Sovetinin (2-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin[3] və Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış)[2] deputatı seçilmişdir. 1950-ci ilədək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur.[1]
Təltifləri
redaktə- "Lenin" ordeni — 25 fevral 1946
- "Qırmızı əmək bayrağı" ordeni — 27 aprel 1940
- 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1 fevral 1945
- "Qırmızı Ulduz" ordeni — 1945
- "Qafqazın müdafiəsinə görə" medalı — 1944
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
İstinadlar
redaktə- ↑ 1 2 3 Һ. Һ. Нәҹәфов // Коммунист. № 167 (13555). 18 ијул 1967-ҹи ил. С. 4.
- ↑ 1 2 Nəcəfov Hüseyn Hümbət oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 50–51.
- ↑ 1 2 3 Nəcəfov Hüseyn Hümmət oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 166.
- ↑ "Наджафов Гусейн Гумбат оглы". knowbysight.info (rus). Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991. 15 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2021.
Xarici keçidlər
redaktə- "Huseyn H. Najafov" (ingilis). Find a Grave. 14 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2021.