Huseyn Avni Qarslioglu - Wikipedia
Hüseyn Avni Qarslıoğlu (15 noyabr 1956[1], Yozqat[1]) — Türkiyə diplomatı, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri.
Hüseyn Avni Qarslıoğlu | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 noyabr 1956[1] (68 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | dövlət qulluqçusu, siyasətçi, diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHüseyn Avni Qarslıoğlu 15 noyabr 1956-cı ildə Yozğadda dünyaya gəlib. Ankara Cümhuriyyət Litseyi və Ankara Universitetinin siyasi bilgilər fakültəsinin beynəlxalq əlaqələr bölümünü bitirdikdən sonra 1982-ci ildə Xarici İşlər Nazirliyində işləyib. 1982-ci ildə İstihbarat və Araşdırma Dairəsində məmur olub, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı daimi təmsilçiliyində işləyib, 1998-ci ildə Oslo səfirliyində müştərək olaraq işləyib və 2001-ci ildə Batum Baş Konsuluğu vəzifəsinə qədər yüksəlib. Qarslıoğlu 2004-cü ildə mərkəzə dönüb. Evlidir və iki övladı var. Alman və ingilis dillərini bilir. Daha sonra Türkiyənin Azərbaycandakı səfiri təyin olunmuşdur.