Huseyneli Xan Mescidi - Wikipedia
Göy məscid, Göy Cami (erm. Կապույտ Մզկիթ; Kapuyt Mzkit, erm. Գյոյ Մզկիթ, Gyoy Mzkit) və ya Hüseynəli xan məscidi — Ermənistanın paytaxtı İrəvanda azərbaycanlılara məxsus islam dini məbədi. 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə[1] tikilmişdir və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi idi.
Göy məscid | |
---|---|
مسجد کبود | |
40°10′41″ şm. e. 44°30′20″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Şəhər | İrəvan |
Yerləşir | Maştots prospekti 12 |
Aidiyyatı | İrəvan xanlığı |
Tikilmə tarixi | 1764–1768 |
Üslubu | Azərbaycan memarlığı |
Hündürlüyü | 24 m |
Sahəsi |
|
Minarələri | 1 |
Günbəzləri | 1 |
Vəziyyəti | Bərpa olunub, fəaliyyətdədir. |
İstinad nöm. | 1.6/150 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Corc Burnutyan[2] məscidin 1762–1783-cü illərdə, Vladimir M. Arutunyan[3][4] isə 1764–1768-ci illərdə inşa edildiyini bildirir.
Çar dövründə İrəvanda azərbaycanlıların dini ibadətlərini etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir. Ümumilikdə 7.000 kvadrat metrlik ərazidə yerləşir. İkinci dünya müharibəsindən sonra Sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-də məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məktəbə döndərilmişdir.[5]
Məscid XX yüzildə ermənilər tərəfindən iki dəfə yandırılmışdır. İlk dəfə 1918-ci ildə, sonra isə 1955-ci ilin martında azərbaycan din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi məsciddə ibadət edərkən.
İkinci dünya müharibəsindən sonra Sovet hökümətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-də məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məthəfə döndərilmişdir.[6]
1995–2006-cı məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. İngilis tədqiqtçısı Tom de Vaal yazır:
Ermənilərin azərbaycanlılara məxsus məscidin belə asanlıqla yer üzündən silmələrini linqvistik oyun ilə izah etmək olar: Sən demə, Ermənistan azərbaycanlılarını ölkənin tarixindən asanlıqla silmək olar, çünki, XX-ci əsrə qədər burada azərbaycanlıları "tatar", "türk" və ya sadəcə "müsəlman" adlandırırdılar. Onunla belə onlar nə fars, nə də türk idilər. Onlar türkdilli şiələr idilər…Bir sözlə, onlar indiki azərbaycanlıların babaları idilər. Beləliklə ermənilər İrəvanda "fars məscidi" haqqında danışanda, "fars" deməklə unutdurmaq istəyirlər ki, 1760-cı ildən bu məsciddə dua edənlər azərbaycanlılar idi. [7]
2014-cü ilin sentyabrında aralarında Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) üzvləri olan Türkiyədən 14 nəfər vətəndaş cəmiyyəti nümayəndələri ermənistanın Gürcüstandakı səfilirliyinə müraciət edərək ermənistanın paytaxtı İrəvana gedib Göy məsciddə namaz qılmaq istəsə də rədd cavabı aldı.[8] 2022-ci ilin oktyabr ayında BMT İnsan Hüquqları Şurasının 51-ci sessiyasında Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitutun nümayəndəsi Asmita Baidya tərəfindən XX əsrin əvvəllərində İrəvan vilayətinin ərazisində 310 məscidin qeydiyyata alındığı, halhazırda isə şəhərdə yalnız Göy Məscidin salamat qaldığı və 1918, 1955 və 1988-ci illərdə yerli azərbaycanlıların xüsusi zorakılıqla şəhərdən qovulması ilə eyni vaxtda məscidin ermənilər tərəfindən yandırıldığı qeyd edilmişdir.[9]
Şəkilləri
redaktə-
Məscidin girişi
-
Məscidin içi
-
Göy məscidin ümumi görünüşü, 2007-ci il
-
Göy məscidin bərpası, 2010-cu il
-
Məscidin tavanı
-
Minarə
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Lynch, H.F.B. (1901). Armenia, Travels and Studies, Volume 1. London: Longmans. pp. 213–214
- ↑ Bournoutian, George. The Khanate of Erevan Under Qajar Rule, 1795–1828. Costa Mesa, CA: Mazda Publishers. 1992. səh. 45.
- ↑ Arutyunyan, Vladimir M (1968). Ереван (Yerevan). Moscow: Izdvo litry po stroitelstvu. p. 31.
- ↑ Markus Ritter, "Moscheen und Madrasabauten" in Iran 1785–1848: Architektur zwischen Rückgriff und Neuerung (Leiden, Boston: Brill 2006), pp. 363–366, pl. 163–164, 202f.
- ↑ Mədəni terrorizm (rus dilində)[ölü keçid]
- ↑ Культурный терроризм[ölü keçid]
- ↑ "Том де Ваал, "Черный сад", Глава 5. Ереван. Тайны Востока". 2011-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-20.
- ↑ "Arxivlənmiş surət". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-07.
- ↑ "BMT-də İrəvandakı Azərbaycan irsinin dağıdılması məsələsi qaldırılıb". 2022-10-19. 2022-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-12.