Huseyin Bodaninski - Wikipedia
Hüseyin Bodaninski (d. 1 dekabr 1877, Simferopol Rusiya imperiyası – v. 17 aprel 1938, SSRİ) — krım tatar əsilli tarixçi, arxeoloq, etnoqraf, incəsənət xadimi və siyasi aktivist. Bağçasaray şəhərindəki Krım xan sarayı muzeyinin ilk direktoru.[1]
Hüseyin Bodaninski | |
---|---|
Üsein Bodaninskiy | |
Doğum tarixi | |
Doğum yeri | Simferopol, Rusiya imperiyası |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Simferopol, SSRİ |
Dəfn yeri | |
Dini | islam |
Təhsili |
|
Fəaliyyəti | tarixçi, incəsənət xadimi |
Həyatı
redaktəHüseyin Bodaninski 1 dekabr 1877-ci ildə Rusiya imperiyasının Simferopol bölgəsindəki Badana kəndində anadan olmuşdur. 1888-ci ildə dövlət məktəbini bitirmiş, 1888-1895-ci illərdə Simferopoldakı Tatar müəllim məktəbində, 1895–1905-ci illərdə Moskvadakı Stroqanov məktəbində oxumuşdur. Stroqanov məktəbini bitirdikdən sonra 1907-ci ilə kimi Simferopol Ticarət məktəbində qrafika müəllimliyi etmişdir. 1907-ci ildən sonra Stranqov məktəbinin müdiri kimi işləmişdir. 1911–1917-ci illərdə Sankt-Peterburqda dekorativ işləmişdir.
Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir.[2]
Fəaliyyəti
redaktə1916-cı ildə Krıma qayıdaraq, 31 martda Rusiyadakı İncəsənət və Qədimliyin qorunması üçün Petroqrad Cəmiyyətinin Bağçasaray şöbəsini (dairəsini) yaratdı. Şöbənin üzvləri də Tatar tarix və Sənət muzeyini yaratdılar. Bodaninski 1925-ci ilin yayında etnoqrafik ekspedisiyasında iştirak etmişdir. Hazırladığı "Alim" (1926) filminin çəkilişində məsləhətçi işində rejissor Corc Tasin idi.
1937-ci il repressiyaları Krım mədəniyyətinin görkəmli siması Hüseyin Bodaninskidən də yan keçmir. 17 aprel 1938-ci ildə NKVD işçiləri tərəfindən güllələnərək öldürülmüşdür.[3] Siyahıdakı digər edam adları arasında yazıçı Həsən Səbri Ayvazov, Yaqub Ablyamitov, Yaqub Əzizov, yazıçı Ömər İpçi, yazıçı, alim və müəllim Osman Nuru Ağçoraqlı, Ramazan Aleksandroviç, Yəhya Bayraşevski, yazıçı Cəfər Qafarov, Əbdülkərim Cəmaləddinov, Süleyman İdrisov, İbrahim İsmayılov, şair və müəllim Abdullah Abileviç Lətifzadə, Fəvzi Müsanif, jurnalist və teatrşünas Mahmud Nədim, Əbdürrahim Səmədinov, yazıçı İlyas Tərxan, Səyidcəlil Hattatov, Bilal Çağırış kimi bir çox tanınmış Krım tatarları da vardı.[4] Bağçasarayda yerləşən Krım xan muzeyində 2013-cü ildən baş tutan və "Hüseyin Bodaninskinin xatirəsinə elmi oxunuşlar" başlığı altında müntəzəm konfranslar şəklində təşkil olunur.
İstinadlar
redaktə- ↑ "ОСНОВАТЕЛЬ БАХЧИСАРАЙСКОГО ДВОРЦА - МУЗЕЯ УСЕИН БОДАНИНСКИЙ. ОН МЕЧТАЛ ПРЕВРАТИТЬ БАХЧИСАРАЙ В ГОРОД-МУЗЕЙ. РАССТРЕЛЯН, НЕ РЕАБИЛИТИРОВАН". liveinternet.ru. 11 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2014.
- ↑ "Kırım Tatar Entelektüellerinden 38'i Stalin'in Emriyle Vuruldu". sorgulamazamani.com. 11 iyun 2020 tarixində arxivləşdirilib.
- ↑ "Расстрелы крымско-татарской интеллигенции". antisovetsky.livejournal.com. 25 may 2018. 26 may 2018 tarixində arxivləşdirilib.
- ↑ "17 aprel 1938-ci il tarixli edam". ru.krymr.com. 20 aprel 2015. 11 iyun 2020 tarixində arxivləşdirilib.