Gyps Fulvus - Wikipedia
Ağbaş kərkəs (lat. Gyps fulvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.
Ağbaş kərkəs | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Ağbaş kərkəs |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Qısa təsviri
redaktəİri quşdur (10-12 kq). Bel tərəfi qonur, qarın tərəfi isə kürəndir. Çalma və sükan lələkləri qaradır. Quyruğu qısadır və ucu dəyirmi qurtarır. Beyni uzundur və dibində ağ qu lələklərdən ibarət “yaxalıq” var. Başı və boynu qısa ağ qu lələkləri ilə örtülüdür.
Yayılması və həyat tərzi
redaktəAvropa, Asiya və Şimali Afrikada yayılıb. Oturaq növdür. Azərbaycanda dağlıq rayonlarda nəsil verir, yem üçün düzənliyə qədər uçur.
Yaşayış yeri və həyat tərzi
redaktəSıldırım qayalıqda yaşayır (meşəsiz yerdə). Kolonial quşdur. Yuvaları sıldırım qaya üzərində yerləşir. Koloniyada 2-5 yuva olur. Yuvaların arası 40-110 m dir. Zoopark şəraitində cütləşməsi yanvar ayından aprelə qədər uzanır və yerdə gedir (1 dəqiqə). Mart ayında bir ədəd ağ yumurta verir, 50 gün kürt yatır. İyul ayında pərvaz balası müşahidə edilir. Əsas yemi leşdir. Daxili orqanları və əzələni xoşlayır, skelet yemir. Leş tapanda çox yeyib, uzun müddət ac qala bilir.
Sayı və azalma səbəbi
redaktəXIX əsrdə çoxsaylı, XX əsrdə adi saylı, son 20-25 ildə nadir olub. Azərbaycanın 17 ornitocoğrafi sahəsindən 6-da nəsil verməsinə baxmayaraq sayı azalıb. XX əsrin axırında 150, 2007-2008-ci illərdə isə 86 quş sayılıb.
Məhdudlaşdırıcı amillər
redaktəUzun müddət zərərli hesab edilib təqib olunması, yem bazasının zəifləməsi və zəhərlənməsi.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəOvlanması və satışı qadağandır. Naxçıvan MRin Qırmızı kitabına daxil edilib. Zooparklarda nümayiş etdirilib əhaliyə tanıdılır. Qorunan ərazilərdə nəzarət altında saxlanılır. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəYem bazasının qorunması, yuvası yaxınlığına 5-10 gündə bir dəfə leş qoyulması, yuva sahəsinin təbii abidə elan edilməsi.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3