Gothic Metal - Wikipedia
Qotik metal ya da Qot metal. Doom metal və Heavy metal ın, Gothic tərzi ilə görüşüdür. ABŞ və Avropada yaranıb. Celtic Frost, bir neçə il sonra isə Paradise Lost və Theatre Of Tragedy kimi melodik keyboard və ağır Doom riffli gitara işlədən qruplardan yaranıb. Type O Negative, My Dying Bride və Anathema adətən insana böyük təsir göstərən ağır və hüznlü atmosferi ilə cəlb edir. İlk Goth Metal mahnısı, Paradise Lost qrupunun "Gothic" albomunun eyni adlı mahnısı sayılır. Death və famale vokallarla... Bu albom bir çox qruplara ilham mənbəyi olmuşdur, eləcə də Paradise Lost`un özünə.
Theatre Of Tragedy, Tristani və Sins Of Thy Beloved kimi qruplar, bu tərzə daha qaranlılıq və daha da daxili əzabvericili əlavə edərək daha yüksəltdilər Goth Metal`ı. Orta əsrlərə xas olan musiqi əlamətləri, Gregorian xorları, kilsə orqları, fleytalar, skripkalar və qadın vokallar əlavə edilərək, Doom metal riffləri ilə bəzədildi və nəticədə çox sevilən bir tərz kimi qəbul edildi. Skandinaviya Goth Metal qruplarının isə tez-tez Black metal `a keçmələri, Goth Metal`ın başqa tərz fanatlarının da sevməsinə səbəb oldu.
1990-cı illərin axırına gəldikdə, Goth Metal`ın yumşalmış formasını görəcəyik. Bu tərzdəki qruplar adətən qadın vokallar seçərək, Doom əlamətlərindən və kişi death vokaldan uzaqlaşdılar. The Gathering, Within Temptation, Lacuna Coil və Lacrimosa kimi qruplar soft Goth olaraq bilinir. Bu qruplardan bəziləri, mahnılarına elektron və ya klassik rock əlamətləri əlavə edərək, musiqilərini daha geniş kütləyə çatdırmaq istədilər. Goth Metal mahnı sözlərinin mövzuları elədə müxtəlif deyil: din, Tanrı, cənnət-cəhənnəm, romantizm, qorxu, depressiya, matəm, boşluq və ölüm. Goth Metal əsasən Şimali Avropa və xüsusəndə Norveç metal tərzləri arasında çox işlənir.