Golden Gate Korpusu - Wikipedia
Qolden Qeyt körpüsü (ing. Golden Gate Bridge) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatındakı, San-Fransisko körfəzinin girişində, Qolden Qeyt boğazı üzərində yerləşən körpü. Qolden Qeyt körpüsünün inşasına 1933-cü ilin 5 yanvar tarixində başlanılmışdır. Köprü asma formasında olub, polad metalından hazırlanmışdır. Köprü hal-hazırda dünyanın ən uzun yeddinci asma körpüsü hesab olunur. Köprünün uzunluğu 2.73 km, polad dirəklər arasındakı məsafə isə 1.28 km'dir. Qolden Qeyt körpüsü su səviyyəsindən 235 metr yüksəklikdə yerləşir və nəqiliyyat vasitələrinin istifadəsi üçün nəzərdə tutulan 6 zolaqlı yola malikdir. Körpü San-Fransisko şəhərinin Marin County ilə Napa və Sonoma Valley səmtlərini birləşdirir.
Qolden Qeyt körpüsü | |
---|---|
ing. Golden Gate Bridge | |
37°49′11″ şm. e. 122°28′43″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Yerləşir | San-Fransisko və Marin dairələri arası, Kaliforniya ştatı |
Aidiyyatı | Qızıl darvaza boğazı |
Memar | Cozef Ştraus, Ayrvinq Morrou, Çarlz Alton Ellis |
Tikilmə tarixi | 5 yanvar 1933-19 aprel 1937 |
Üslubu | Metal konstruksiya |
Hündürlüyü | 230 m |
Uzunluğu |
|
Eni | 27 m |
Material | polad |
Vəziyyəti | Fəaliyyət göstərir |
Rəsmi sayt | goldengate.org/bridge/ |
Kaliforniya Tarixi Abidəsi | |
Təyin edilib | 18 iyun 1987 |
İstinad nöm. | 974 |
San-Fransiskonun qeydiyyata alınmış abidələri | |
Təyin edilib | 21 may 1999 |
İstinad nöm. | 222 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Körpünün inşası
redaktəKörfəzdə körpünün tikilməsi fikri XIX əsrin ortalarında mövcud idi. Ançaq həmin dövrdə kiçik tutumlu gəmilərlə körfəz sahilləri arasında səfərlər həyata keçirilirdi və belə bahalı bir layihənin icrası real görünmürdü. Körpünün inşaatı 1933-cü ilin 5 yanvar tarixində başladı və 1937-ci ilin 27 may tarixində yekunlaşdı. Körpünün inşaatına Yozef Ştraus adlı memar rəhbərlik edirdi, inşaat prosesi zamanı 11 işçi təhlükəsizlik təminatının aşağı olması səbəbindən həlak olmuşdur. Qolden Qeyt körpüsünün inşaatı zamanı həmin dövr üçün mümkünsüz görünən bir çox rekordlar qırılmışdır. Ən yüksək dirək (227 m) ən uzun (2.332 m), ən qalın kəndir (92 sm) və ən böyük sualtı dayaqlardan ilk dəfə olaraq Qolden Qeyt körpüsünün inşaatı zamanı istifadə edilmişdir.
Boğazdan yüksək axıntını olması körpünün daha davamlı olmasını zərüri edirdi, bu səbədən sualtı dayaqların daha möhkəm hazırlanmasına ciddi önəm verilmişdir. Amerika Birləşmiş Ştatlarının simvollarından birinə cevirlən Qolden Qeyt körpüsünün tikilməyə başladığı 1933-cü il ölkənin dərin böhran keçiridiyi bir dövr idi və ölkə boyunca kütləvi işsizlik və açlıq yaşanırdı. Ançaq bütün cətinliklərə baxmayaraq 35 milyon dollar xərçlənməklə körpünün tikintisi 5 ilə tamamlanmışdır. Körpünün toplam ağırlığı 887.000 tondur. 1964-cü ildə Nyu-York şəhərində Verrazano-Narrows Köprüsünün istifadəyə verilməsinə qədər Qolden Qeyt körpüsün dünyanın ən uzun asma körpüsü ünvanını öz əlində saxlamışdır.
Half Way to Hell Club
redaktəKörpünün inşası zamanı işçilərin təhlükəsizliyini təmin etmək üçün körpünün alt hissəsinə, tor şəkilli təhlükəsizlik xətti çəkilmişdi. Həmin xətt 19 işçinin həyatını xilas etmiş və həmin işçilər daha sonra (ing. Half Way to Hell Club) yəni (azərb. Cəhənnəmin yarı yolu) adlı klub yaratmışdılar. Tikintinin son dövründə xəttdə baş verən problem işçilərin yıxılmasına səbəb olmuş və 10 nəfər işçi faciəvi şəkildə həlak olmuşdur.
Açılışı
redaktə1937-ci ilin 27 mayında saat 12:00 da Ağ Evdən prezident Franklin Delano Ruzvelt tərəfindən körpünün açılması üçün teleqraf siqanlı göndərildi. Açılış zamanı ənənəvi körpü açılışlarında istifadə edilən qırımızı lentdən yox, zəncirdən istifadə olunmuşdur. Hal-hazırda Qolden Qeyt körpüsündən gün ərzində 100.000 maşın keçir və bu say il ərzində 10% olmaqla artmaqdadır. Şəhərdən qayıdanlar üçün keçid qiyməti 2,50 dollar təşgil edir. Qolden Qeyt körpüsü San Fransisko-Okland Bey körpüsündən fərqli olaraq paslanmayan metaldan hazırlanmamışdır və buda körpüyə il boyu ciddi baxım tələb edir
Körpüdə intihar hadisələrinə də çox rast gəlinir.