Gliridae - Wikipedia
Süleysinlər (lat. Gliridae və ya lat. Myoxidae) — gəmiricilər dəstəsinə aid məməli heyvan fəsiləsidir. Əsasən Avropada yayılmışlar, lakin bəzi növlərinə Afrika və Asiyada da təsadüf olunur. Digər məməlilərdən qış yuxusunun uzunmüddətli olması ilə fərqlənirlər.
Süleysinlər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Süleysinlər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Ümumi xüsusiyyətləri
redaktəOrta və xırdaboylu gəmiricilərdir. Quyruqları bədəndən uzun olub, azca basıqdır. Yer formalarında quyruq seyrək tüklərlə örtülmüş, ağac formalarında isə yumşaq tüklüdür. Ön ətrafları dörd, arxa ətrafları beşbarmaqlıdır. Barmaqları uzun və çox hərəkətlidir. Xüsusən xarici barmaqları güclü şəkildə kənarlara əyilə bilir. Barmaqlarının ucunda kiçik, lakin sivri caynaq vardır. Azı dişlərinin kökü yaxşı inkişaf etmişdir, tacı isə alçaqdır. Bu dişlərin çeynəmə səthinin qırışıqları köndələndir. Əksər hallarda ağaclarda yaşayır. Bu fəsilənin nümayəndələrinin başqa fəsilənin nümayəndələrindən başlıca fərqi onlarda kor bağırsağın olmamasıdır. Azı dişlərinin formulu P 1/1, M 1/3-dür.
Yayılması
redaktəNövlərinin çoxu Avropanın və Asiyanın meşələrində, düzənliklərin meşə-çöl zonasında, həmçinin Yaponiyada və Afrikada yayılmışdır. Fəsiləyə daxil olan 9 cins 29 növdən, Qafqazda və Azərbaycanda iki cinsə aid iki növ yayılmışdır.
Təsnifatı
redaktə- Graphiurinae yarımfəsiləsi
- Afrika süleysini (Graphiurus)
- Graphiurus christyi
- Graphiurus crassicaudatus
- Graphiurus hueti
- Graphiurus kelleni
- Graphiurus lorraineus
- Graphiurus microtis
- Graphiurus monardi
- Graphiurus murinus
- Graphiurus ocularis
- Graphiurus olga
- Graphiurus parvus
- Graphiurus platyops
- Graphiurus rupicola
- Graphiurus surdus
- Afrika süleysini (Graphiurus)
- Leithiinae yarımfəsiləsi
- Meşə süleysini (Dryomys)
- Anatoli süleysini (Dryomys laniger)
- Pakistan süleysini (Dryomys niethammeri)
- Meşə süleysini (Dryomys nitedula)
- Sıçuan süleysini (Chaetocauda)
- Sıçuan süleysini (Chaetocauda sichuanensis)
- Bağ süleysini (Eliomys)
- Qaraquyruq süleysin (Eliomys melanurus)
- Bağ süleysini Eliomys quercinus
- † Hypnomys
- Siçanı süleysin (Myomimus)
- Myomimus personatus
- Myomimus roachi
- Myomimus setzeri
- Selevini (Selevinia)
- Selevini (Selevinia betpakdalaensis)
- Meşə süleysini (Dryomys)
- Myoxinae yarımfəsiləsi
- Yapon süleysini (Glirulus)
- Yapon süleysini (Glirulus japonicus)
- Qozluq süleysini (Muscardinus)
- Qozluq süleysini (Muscardinus avellanarius)
- Süleysin (Glis)
- Süleysin (Glis glis)
- Yapon süleysini (Glirulus)
İstinadlar
redaktə- ↑ Wilson D. E., Reeder D. M. Class Mammalia Linnaeus, 1758. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 56–60. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
Ədəbiyyat
redaktə- Azərbaycan heyvanlar aləmi. Onurğalılar. III cild. Bakı, Elm nəşriyyatı, 2004
- Baudoin, Claude (1984). Macdonald, D., ed. The Encyclopedia of Mammals. New York: Facts on File. pp. 678–680. ISBN 0-87196-871-1.
- Holden, M. E. "Family Gliridae". pp. 819–841 in Mammal Species of the World a Taxonomic and Geographic Reference. D. E. Wilson and D. M. Reeder, eds. Johns Hopkins University Press, Baltimore, 2005.