Givi - Wikipedia
Givi,[2] Kivi və ya Küyü — İrannın Ərdəbil ostanının Kövsər şəhristanında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,467 nəfər və 1,721 ailədən ibarət idi[3]. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 120 kəndi vardır və Ərdəbilin cənub hissəsində, şəhərdən 70 kilometrlik məsafədə yerləşmişdir.
Givi | |
---|---|
37°37′00″ şm. e. 48°31′00″ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Şimaldan Xalxal (Hirov) (Xalxal bölgəsinin mərkəzi), şərqdən Talış dağlarına, qərbdən Miyana bölgəsi, Qızılüzən çayı və Bacılar sıra dağları ilə əhatə olunur.
Şəhərdə 50 il əvvəl bələdiyyə yaradılmışdır. Şəhər iki hissədən ibarətdir: Yuxarı Küyü (ikinci məntəqə) və Aşağı Küyü (birinci məntəqə).
Küyünün islamdan öncə adı "Dörd Evlər" imiş. Tanınmış məhəllələri bunlardır:
Aşağı Givi
redaktəDəmirçi, Sitallı, Gəylər, Bazar.
Yuxarı Givi
redaktəYuxarı məhəllə, Aşağı məhəllə, Xanlıq bağı, Kəvərə, Xanlıq, Hundur Arxı, Ərəneş.
Görməli yerlər
redaktəDaş Hamamı: Bu hamamın suyu təbii isti-ilıx sudur və əvvəlki dövrlərdə böyük bir qayanın içində qazılmışdır.
İsti Su (Küyü Suyu - Xalxal Suyu): Bu Azərbaycanın ən adlım təbii mineral sularından sayılaraq, orqanizm üçün çox faydalı özəllikləri vardır və çox sayda turistləıri özünə cəlb edir.
Buzluq: Bu mağara Hirov - Kivi yolunun üstündə yerləşir və yayın istisındə belə onun içərisində soyuq olur.
Dəlikli Daş: Bu tarixi əsər, Küyünün yaxınlığından axan Arpaçayının kənarında olan bir qaya da tünel kimi dəlinmiş bir dəlikdir və içindən bir insan keçə bilir. Deyilənə görə oranı qədim zamanlarda bir qız yarıbdır.
İstinadlar
redaktə- ↑ جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
- ↑ Givi Town[ölü keçid]
- ↑ ""Census of the Islamic Republic of Iran, 1385 (2006)"". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-24.
Xarici keçidlər
redaktə- Givi (Kosar ya Sənjəbəd) Rəsmi Saytı[ölü keçid] - Farsca
- Givi Bələdiyə Saytı Arxivləşdirilib 2017-09-17 at the Wayback Machine - Farsca və İngiliscə
- Givi Rəsmi Təhsil Saytı Arxivləşdirilib 2008-12-26 at the Wayback Machine - Farsca
- Givi şəhərindən gözəl şəkillər[ölü keçid]