Girne - Wikipedia
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[1]
Kırna | |
---|---|
39°08′12″ şm. e. 45°39′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.108 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMədəniyyəti
redaktəCulfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir. Kırna abidəsinin qərb fasadındakı stalaktit qurğusu da bu abidənin zəmanəmizə qədər ancaq bir hissəsinin qaldığı kompleks tikintinin yalnız bir hissəsi olduğuna dəlalət edir. Abidənin üzərində kitabə olmadığından tikintinin inşa tarixinin müəyyənləşdirilməsi çətinlik törədir. Lakin yuxarıda dediklərimizi nəzərə alaraq türbənin yaranma tarixini XIII əsrə aid etmək olar.
Tanınmış şəxsiyyətləri
redaktəRamazan Göydağlı — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, Vətən müharibəsi şəhidi
Əsədov Bağır Əsəd oğlu - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Naxçıvan Xüsusi Təyinatlı Qüvvələri , Vətən müharibəsi şəhidi.
Münəvvər Mehbalı qızı Əsgərova (6 mart 1914, Naxçıvan qəzası, Qafqaz canişinliyi və ya Kırna – 1 oktyabr 2001 və ya 10 yanvar 2001, Culfa rayonu, Naxçıvan Muxtar Respublikası və ya Kırna, Naxçıvan Muxtar Respublikası) — üzümçü, Sov.İKP üzvü (1947),
SSRİ Sosialist Əməyi Qəhrəmanı 1949.
Qiymət Allahverdiyeva Səbzalı qızı - Azərbaycan SSR Ali Sovetinin üzvü , deputat , " Lenin" ordeni.
Hüseyn Hüseynov Qoçalı oğlu - Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı Naziri .
Əli Nağıyev Teymur oğlu - Azərbaycan Respublikasının Milli Məclisin üzvü , millət vəkili, akademik, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri.
Xalid İsgəndərov Səməd oğlu - Naxçıvan MR Maliyyə Naziri.
Xəlil Əliyev Rzaqulu oğlu - Naxçıvan MR Ali Məclisin üzvü , millət vəkili , Dünya Bankının Naxçıvan MR filial müdiri.
Qafar Qafarov Bağır oğlu - Naxçıvan Muxtar Respublikası Avtomobil Nəqliyyatı Yolları Tikinti Birliyinin baş direktoru.
Hikmət Kərimov Kərim oğlu - Naxçıvan MR Fövqaladə Hallar Nazirinin müavini , general-mayor.
Cavid Abbas oğlu Qasımov (1968 və ya 9 iyun 1968, Kırna, Naxçıvan MSSR) — azərbaycanlı polis, polkovnik, Vətən müharibə veteranı. - Naxçıvan Muxtar Respublikası DİN , Naxçıvan şəhər Polis İdarəsinin Rəisi , polkovnik.
Məmmədhüseyn Baxşəliyev Yusif oğlu - Naxçıvan MR Əlahiddə Ümumqoşun Birliyi , Havadan Müdafiə Qoşun komandiri , polkovnik.
Nazim Nağıyev Teymur oğlu - Azərbaycan Respublikası DİN , Səbail rayon Polis Şöbəsinin Rəisi, polkovnik.
İstinadlar
redaktə Culfa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |