Girdman - Wikipedia
Girdman —VII əsrin əvvəllərindən Qafqaz Albaniyasının birinci böyük knyazları olan Mehranilər sülaləsinin biri irsi mülkü.[1] Bu vilayətin lokallaşdırılması ilə bağlı üç nəzəriyyə mövcuddur. Bəziləri onun Ağsu - Girdman çayları rayonunda (İ.Əliyev, F.Osmanov), digərləri müasir Qazax rayonu ərazisində (S.T.Yeremyan), üçüncü qrup isə Yerevançay hövzəsi ətrafında və müasir Gədəbəy rayonu ərazisində (Z.M.Bünyadov) yerləşdiyini iddia edirlər. Fəridə Məmmədova isə Girdman vilayətinin Albaniyanın şimal-qərbində, Kürün sağ sahilində, erməni və gürcü torpaqları ilə sərhəddə yerləşdiyini bildirir. Favstos Buzandın yazdığına görə, Girdman, Arsaq və Uti birlikdə 387-ci ilə qədər indiki Azərbaycan ərazisinin qərbində olmuşdur. Albaniyanın tarixi gerçəkliklərinin öyrənilməsi göstərmişdir ki, Girdman heç vaxt Ermənistana daxil olmamışdır. Mehranilər bu ərazilərdə Girdman qalasını, Mehrəvan şəhərini və çoxlu məbədlər inşa etdirmişlər.[2]
VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır.
İstinadlar
redaktə- ↑ "Encyclopædia Iranica: Arrān". 2017-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-14.
- ↑ Qədim Azərbaycan dövləti - Albaniya[ölü keçid]