Giorgi Eristavi - Wikipedia
Giorgi_Eristavi - Haqqında Məlumat
Giorgi Eristavi (1811[1][2][…] və ya 1813[3], Odzisi[d], Gürcüstan quberniyası, Rusiya imperiyası[3] – 9 (21) sentyabr 1864[4], Odzisi[d], Mtsxeta-Mtianeti[5]) — gürcü yazıçısı, rejissor, aktyor, ictimai xadim. Gürcü ədəbiyyatında tənqidi realizmin banisidir.
Giorgi Eristavi | |
---|---|
gürc. გიორგი ერისთავი | |
Təxəllüsü | გლუხარიჩი |
Doğum tarixi | 1811[1][2][…] və ya 1813[3] |
Doğum yeri | |
Vəfat tarixi | 9 (21) sentyabr 1864[4] |
Vəfat yeri |
|
Təhsili | |
Fəaliyyəti | dramaturq, şair |
Vikianbarda əlaqəli mediafayllar |
Yaradıcılığının başlanğıcı üçün səciyyəvi olan romantizmdən uzaqlaşaraq, dövrünün məişət və adətlərini təsvir etmişdir. Yaratdığı yeni realist teatr gürcü mədəniyyətinin zənginləşməsi, professional realist dramaturgiyanın inkişafında mühüm rol oynamışdır. Komediyalarında tənəzzülə uğramış zadəganlıq, çar məmurları, yeni meydana gələn ticarət burjuaziyası ifşa olunmuşdur. Rus və Qərbi Avropa klassiklərindən tərcümələr etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 Эристов, Георгий Давидович (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1904. Т. XLI. С. 28.
- ↑ 1 2 Эристов (rus.). // Малый энциклопедический словарь 2 СПб: 1909. Т. 2.
- ↑ 1 2 3 4 Giorgi Eristavi // Visuotinė lietuvių enciklopedija (lit.).
- ↑ 1 2 Эристов, Георгий Давидович (rus.). // Русский биографический словарь СПб: 1912. Т. 24. С. 277.
- ↑ 1 2 Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962.