Ghost In The Shell - Wikipedia
Zirehdəki xəyalət[1] və ya Yaponiyada tanınan adı ilə Ghost in the Shell (攻殻機動隊, Ko:kaku Kido:tai?) Masamune Şironun 1991-ci ildə yaratdığı elmi-fantastik manqa. Adın İngilis dilinə müəllif özü tərcümə edib.
Zirehdəki xəyalət | |
Manqanın üzlüyü | |
攻殻機動隊 (ko:kaku kido:tay) | |
---|---|
Janr |
Kiberpank,Macəra Fantastika, Psixologiya |
Manqa | |
Ghost in the Shell | |
Manqaka | Masamune Şiro |
Nəşriyyat | Kodansha |
Tərcüməçi nəşriyyat | Dark Horse Comics |
Jurnal | Young Magazine |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 1989, 1 may - 1991, 1 noyabr |
Cildlər | 1 |
Manqa | |
Ghost in the Shell 2: Man-Machine Interface | |
Manqaka | Masamune Şiro |
Nəşriyyat | Kodansha |
Tərcüməçi nəşriyyat | Dark Horse Comics |
Jurnal | Young Magazine |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 1991, sentyabr - 1997, avqust |
Cildlər | 1 |
Manqa | |
Ghost in the Shell 1.5: Human Error Processor | |
Manqaka | Masamune Şiro |
Nəşriyyat | Kodansha |
Tərcüməçi nəşriyyat | Dark Horse Comics |
Jurnal | Young Magazine |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 1991 - 1996 |
Cildlər | 1 |
Anime | |
|
Manqa Production I.G kompaniyası və rejissor Mamoru Oşii tərəfindən iki tam metrajlı film kimi ekranizasiya olunmuşdur: «Ghost in the Shell» (1995) və «Ghost in the Shell 2: Innocence» (2004). Həmçinin, Production I.G anime-serialı da çəkmişdi: «Ghost in the Shell: Stand Alone Complex» (birinci mövsüm 2002-ci ildə, ikinci mövsüm «2nd GIG» postfiksi ilə — 2004-cü ildə, rejissor Kenci Kamiyama). 1 sentyabr 2006 tarixində Production I.G-nın serialı bitirən «Ghost in the Shell: Stand Alone Complex - Solid State Society» adlı tam metrajlı anime-filmi ekranlara çıxıb.
2002-ci ildə manqanın sikvelı çıxdı - «Ghost in the Shell 2: Man/Machine Interface» (攻殻機動隊 : 2 ManMachine Interface?).
22 iyun 2013-cü ildə 4 seriyadan ibarət olan «Ghost in the Shell: Arise» serialı çıxdı, hər seriya 50 dəqiqə çəkirdi.
31 mart 2017-ci ilə bədii filmin premyerası planlaşdırılıb, mayor Makoto Kusanaqinin rolunu Skarlet Yohansson, Daysuke Aramakinin rolunu isə Takeşi Kitano ifa edəcəklər.[2][3]
Personajlar
redaktəDoqquzuncu bölmə
redaktəİctimai təhlükəsizlik nazirliyi adından fəaliyyət göstərən Yaponiya DİN-nin bir bölməsi. Faktiki olaraq isə xoşagəlməz şəxslərin və polisin bacara bilmədiyi işlərin həll dilməsi üçün yaranan taktiki kəşfiyyat təşkilatı. Niihama şəhərindəki göydələnin yuxarı mərtəbəsində yerləşir. Bölmə 8 nəfərdən ibarətdir, tapşırıqların yerinə yetirməsi üçün bunlardan istifadə edirlər:
- Döyüş helikopteri
- Konvertoplan
- Submarina
- Şəxsi termo-optik kamuflyaj
- Operator-ginoid
- 9 ədəd taçikoma
- Odlu silahın ən son modelləri
Başqaları
redaktəFuçikoma və taçikoma
redaktəFuçikoma (フチコマ) (manqada) və taçikoma (タチコマ) animedə süni intellktlə təciz olunan balaca birnəfərlik yeriyan robot tanklar. Silah, termooptik kamuflyaj və süni intellektlə təciz olunublar. Uşaq kimi danışırlar, hiperaktivdilər, çox tez öyrənirlər, buna görə də hərdən doqquzuncu bölmənin taçikomalarla anlaşılmazlığları olur.
Anlayışlar
redaktəTənha sindromu
redaktəİctimai-psixoloji fenomen, insanların kütləvi şəkildə özünə nümunənin olmadığı halda nümunə götürməyi. Bu sindrom anime-serialın hər iki mövsümünün əsas mövzusudur və postmodernizmin simulyakrum anlayışına aparır.
Kabus
redaktəSüni intellekti təbiidən fərqləndirən və süni intellekt daşıyıcısının hətta topladığı verilənləri itirdikdən sonra özünü saxlayıb istənilən daşıyıcıya köçürə bilən bir şeydir. Rəsmi olaraq[4] «kabus» termini «Zirehdəki xəyalət» kainatında intuisiya, şuur, ruh və şəxsiyyətin birgə anlayışıdır.
İstinadlar
redaktə- ↑ "Zirehdəki xəyalət". Park Cinema (az.). 2018-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2018.
- ↑ McNary, Dave. "Disney Sets Several 2016 Release Dates". Variety. January 13, 2015. January 14, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 5, 2016.
- ↑ Pedersen, Erik. "Disney Dates 'Ghost In The Shell', Moves Jungle Book Back 6 Months". Deadline.com. January 13, 2015. February 13, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 5, 2016.
- ↑ Bu "GitS SAC — Special — A Prior Notice"-də açıqlanır
Xarici keçidlər
redaktə- kokaku-a.jp — Rəsmi saytı
- Avstraliyadaki distribyutorun rəsmi saytı