Georgi Xaci Rusiya Imperiyasi - Wikipedia
Georgi xaçı (rus. Георгиевский крест) (1913-cü ilə qədər — "Fərqlənmə nişanı" hərbi ordeni (rus. Зна́к отли́чия Вое́нного о́рдена)) — Rusiya İmperiyasının 1807-ci ildə təsis edilmiş və struktur olaraq "Müqəddəs əzabkeş və qalib Georgi" ordeninə təyin edilmiş aşağı rütbələr üçün hərbi mükafatı. Bu, əsgərlər və kiçik zabitlər üçün düşmənə qarşı göstərdiyi hərbi xidmətlərə və şücaətə görə verilən ən yüksək mükafat idi.[1]
Georgi xaçı | |
---|---|
rus. Георгиевский крест | |
|
|
Ölkə | Rusiya imperiyası |
Tip | orden |
Kimə verilir | hərbi xidmətlərinə görə aşağı rütbəli hərbçilərə |
Status | yoxdur |
Deviz |
"Xidmət və şücaətə görə" (rus. За службу и храбрость) |
Statistika | |
Parametrlər |
forma: xaç şəklində material: qızıl və ya gümüş |
Təsis tarixi | 13 (25) fevral 1807 |
İlk təltif | |
Ardıcıllıq | |
Yüksək mükafat | "Oktyabr inqilabı" ordeni |
Müvafiqdir | Georgi xaçı (Rusiya Federasiyası) |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1913-cü ilə qədər ordenin qeyri-rəsmi adları var idi: 5-ci dərəcəli Georgi xaçı, əsgər Georgi xaçı, əsgər Georgi (“Eqori”) və s. 1913-cü il Nizamnaməsi ilə hərbi ordenin rəsmi olaraq "Georgi xaçı" adlandırıldı və lentin rəngləri müəyyənləşdirildi. Georgi xaçı lenti üç qara və iki narıncı zolaqdan təşkil olunmuşdu.
1807-ci ildən 1856-cı ilə qədər mükafat bir dərəcəyə, 19 mart 1856-cı ildən dörd dərəcəyə malik idi.
Georgi xaçı 1917-ci il iyunun 24-dən zabitlərə də verilə bilərdi.
Vətəndaş müharibəsi illərində ağ hərəkatın liderləri aşağı rütbələrin Georgi xaçı ilə təltif edilməsi praktikasını davam etdirdilər.
1992-ci ildə Rusiya Federasiyası Ali Sovetinin Rəyasət Heyəti ordeni bərpa etmək qərarına gəldi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Высочайший Манифест от 13 февраля 1807 г." 2015-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-09.