Geoloji Kesilis - Wikipedia
Geoloji kəsiliş — süxurların yatım şəraitinin, müxtəlif yaşlı və tərkibli süxurların qarşılıqlı münasibətinin, geoloji kütlələrin forma və qalınlıqlarının dəyişməsinin, qırışıqlıq və qırılma pozulmalarının xarakterinin, müxtəlif fatsiyaların və onların bir-birinə qarşılıqlı münasibətinin şaquli müstəvidə qrafik təsviri. Geoloji kəsiliş geoloji xəritə ilə birlikdə tərtib edilir və dərinə getdikcə quruluşun dəyişməsini əyani şəkildə göstərir. Geoloji kəsiliş tərtibində təkcə yerüstü müşahidə materialları deyil, həmçinin quyu və geofiziki müşahidə materiallarından da istifadə olunmalıdır. Bəzən Geoloji kəsiliş məfhumu əvəzinə səhvən "Geoloji profil" termini işlədilir.
Azərbaycanda
redaktəPaleontoloji və stratiqrafik nadir geoloji obyektlər
redaktə№ | Obyektin adı | Obyektin yerləşməsi | Haqqında |
1 | Quşquna kəsilişi | Qazax r-nu | Bu kəsiliş Kür-Qabırrı çayarası massivində Quşquna antiklinalında üzə çıxır (Qazax r-nu).
Akçaqılın xarakter kəsilişidir. Burada alt akçaqıl () dəniz fasiyasında (az qalınlıqlı qum, qumdaşı, qabıqlı əhəngdaşı və vulkan külü olan gilləri) təmsil edilərək sarmatın müxtəlif horizontları üzərində transqressiv və qeyri-uyğun yatır. Həmin çöküntülərdə molyusklar və onurğalılardan fil sümükləri tapılmışdır. Üst akçaqıl bu kəsilişdə kontinental fasiyada () yayılmışdır. Onlarda müxtəlif onurğalıların sümüklıəri tapılmışdır. |
2 | Qaraca kəsilişi | Mingəçevir r-nu | Qaraca kəsilişi Azərbaycanda IV dövrün abşeron alt xəzər çöküntülərinin klassik kəsilişdir. Bu kəsiliş Mingəçevir turbazasından şərqdə yerləşmiş Qaraca antiklinalına aiddir. Burada abşeron çöküntüləri kontinental fasiyada (), pleystosen çöküntüləri isə kontinental və dəniz fasiyasında () yayılmışlar. Bu çöküntülərdə şirin sularda və dənizdə yaşayan molyusk qalıqları, ostrakodlar, foraminiferlər və onurğalıların sümükləri rast gəlir. |
3 | Bozdağ kəsilişi | Goranboy r-nu | Duzdağ silsiləsindən şimal-qərbdə Bozdağ silsiləsinin şimal-şərq hissəsində Dəyirmandağ qırışığında açılmışdır. O IV dövr abşeron çöküntülərinin (Acınohur regionu üçün) xarakter kəsilişidir.
Burada alt abşeron çöküntüləri az qalınlıqlı müxtəlif süxur təbəqəli qumlu gillər, orta abşeron gillər, qumlar və qumdaşları, üst abşeron isə əsasən gillər və qumlarla təmsil edilmişdir. Abşeron çöküntülərinin ümumi qalınlığı çatır. Alt və orta abşeronda əsasən dəniz faunası (molyusklar, ostrakodlar), üst abşeronda isə dəniz və şirin su (Bozdağ kompleksi) yayılmışdır. |
4 | Duzdağ kəsilişi | Yevlax r-nu | Duzdağ dağı ətraf ərazidən aydın seçilən təpəvarı yüksəklikdir. O Goran dəmiryol stansiyasından şimalda yerləşərək struktur cəhətdən
braxiantiklinaldan ibarətdir. Burada qırışığın quruluşunda akçaqıl pleystosen çöküntüləri işdirak edir. Akçaqıl çöküntüləri nazik təbəqəli qum və qumdaşlı gillərdən () ibarətdir. Bu çöküntülərdə molyusk və bitki qalıqları, onurğalıların sümükləri rast gəlir. Acınohur üçün Duzdağ kəsilişi abşeron çöküntüləri üçün istinad kəsilişi kimi qeyd edilmişdir. Bu kəsiliş Acınohurun başqa kəsilişlərindən dəniz və sahil yanı kontinental çöküntülərin fasiləsiz açılışı və fauna qalıqları ilə zənginliyi ilə fərqlənir. Burada ümumi qalınlığı çatan abşeron çöküntülərinin hər 3 yarımmərtəbəsi ayrılır. Bu kəsilişdə pleystosen çöküntülərinin qalınlığı çatır. |
5 | Qobustan kəsilişi | Bakı şəh., Qaradağ r-nu | Qobustan tarixi qoruğu. By qoruq Bakı şəhərindən məsafədə Böyükdaş dağında yerləşmişdir. O Azərbaycan ərazisində yaşamış qədim insanların daş salnaməsidir. Burada tapılan daş dövr mədəniyyətı nümunələri bəşəriyyətin ən dəyərli irsi sırasına daxildir. O ümumdynya əhəmiyyətli abidədir və YUNESKO siyahısına daxildir. Bu abidələr orta abşeron süxurları üzərində yaranmışdır. |
6 | Kələvudağ kəsilişi | Quba r-nu | Kələvudağ kəsilişi Cənubi Qafqazın cənub-şərq hissəsində təbaşir çöküntülərinin istinad kəsilişidir. Bu kəsiliş Quba rayonunun Qonaqkənd kəndi yaxınlığında Kələvudağın ətəklərində yerləşir və kəsilişin tamlığına və fauna qalıqlarının zənginliyinə görə seçilir. Gözəl mənzərəsi, rahat yolu və geoloji qiymətinə görə böyük həm elmi, həm də turizm üçün böyük əhəmiyyəti vardır. |
7 | Xızı konqlomeratları | Xızı r-nu | Yalnız Şaxdağ-Xızı zonasının cənubi-şərq hissəsinə xass olan və üst təbaşir yaşlı çökmə süxurlardan ibarət Xızı antiqafqaz muldasının binövrəsini təşkil edən qalın konqlomerat layı. Yura və alt təbaşir süxurlarının qırıntılarından təşkil olunmuş subhorizontal yatımlı konqlomeratlar alp tektonik fazasında qırışmaya, sonradan isə dərin aşınmaya məruz qalmış alt təbaşir argillitlərin üzərində transqressiv yatır. |
8 | Dərəköhnəbinə kəsilişi | Xızı r-nu | Şaxdağ-Xızı tektonik zonasının üst apt-alb çökmə süxurlarının yeganə tam litoloji-stratiqrafik kəsilişi |
9 | Zeyid kəsilişi | Quba r-nu | Azərbaycan ərazisində yalnız Buduq muldasının geoloji kəsilişində iştirak edən paleosen-eosen yaşlı kvars qumları və ovunaq qum daşlarından ibarət lay dəstəsi. |
10 | Qaşırdağ lay dəstəsi kəsilişi | Culfa r-nu | Azərbaycan ərazisində yeganə çıxışı olan orta miosen yaşlı vulkanogen lay dəstəsi: traxiandezit və latit vulkanik brekçiyalar, tuflar və avtoklastitlər. |
7 | Xızı antiqafqaz muldasının kəsilişi | Xızı r-nu | |
8 | İstisu kəsilişi – Qalacıq | İsmayıllı r-nu | |
9 | Dərəköhnəbinə kəsilişi (K 1ap-al) | Xızı r-nu |
Geotektonik nadir geoloji obyektlər
redaktə
№
|
Obyektin adı |
Obyektin yerləşməsi |
Obyektin təsviri |
1 | Xızı antiqafqaz muldası | Xızı r-nu | Cənubi-Şərqi Qafqazın Şaxdağ-Xızı tektonik zonasının şərqə tərəf dalması zolağında (Xızı şəhərinin şimal ətrafında) yerləşən və üst təbaşir çöküntülərindən ibarət olan braxisinklinal. Bu yeganə qırışıq formasıdır ki, submeridional istiqamətdə uzanaraq antiqafqaz dərinlik qırılmalarının mövcudlu-ğunu, həmçinin alt və üst təbaşir dövrləri arasında uzunmüddətli fasilənin olduğunu və bu fasilə ərzində alp tektonik fazası ilə əlaqəli nəhəng qırışıqların əmələ gəlməsini sübuta yetirir. |
2 | Nabur klipi | Qobustan r-nu | Qovdağ-Sumqayıt tektonik örtük dəstəminin ön hissəsinin dağılması nəticəsində Qozluçayın sağ sahilində (Nabur kəndindən şərqə) təklənən üst təbaşır süxurlarından ibarət şaryaj fraqmenti. Klipin dabanında yer səthinə çıxan daha cavan (orta miosen yaşlı) süxurların izlənilməsi üstəgəlmə prosesinin attik tektonik fazasında baş verməsini sübuta yetirir. |
3 | Muğanlı klipi | Şamaxı r-nu | Basqal tektonik örtüyünün şərq qanadının ekzogen proseslərin təsiri nəticəsində təklənmiş fraqmenti. Üst təbaşir yaşlı çökmə süxurlardan ibarət olan alloxton klipin və onun dabanında yer səthinə çıxan oliqosen-alt miosen yaşlı avtoxton maykop lay dəstəsinin kəsilişi Muğanlı-Basqal yolunun kənarında (Muğanlı kəndindən şimali-qərbdə) yerləşən geoloji açılışda izlənilir. |
4 | Ağsuçay klipi | Ağsu r-nu | Basqal tektonik örtüyünün şərq qanadının ekzogen proseslərin təsiri nəticəsində təklənmiş fraqmenti. Üst təbaşir yaşlı çökmə süxurlardan ibarət olan sinklinal formalı alloxton klipin və onun dabanında yer səthinə çıxan oliqosen-alt miosen yaşlı avtoxton maykop lay dəstəsinin kəsilişi Muğanlı-Basqal yolunun kənarında (Ağsu çayının sol sahili) yerləşən geoloji açılışda izlənilir. |
5 | Basqal tekonik örtüyünün Ağsuçay kəsilişi | Ağsu r-nu | Ağsu çayının sağ sahilində Muğanlı-Basqal yolu ilə Nuran dərəsi arasında Basqal tektonik örtüyü və onun dabanında yer səthinə çıxan avtoxton sumqayıt, qoun və maykop lay dəstələri arasında qarşılıqlı münasibətlər aydın şəkildə izlənilir. Açılan kəsilişdə avtoxton və alloxton dəstəmlər arasında əlavə paravtoxton dəstəminin yerləşməsi aydın görünür. |
6 | Zərqova kəsilişi | Ağsu r-nu | Zərqova kəndinin şimal kənarında yer səthində izlənilən kəsilişdə pont çöküntülərinin üzərində Basqal tektonik örtüyünün ön lövhəsinin alloxton şəkildə yerləşməsi. Bu kəsilişdə müşahidə olunan avtoxton-alloxton qarşılıqlı münasibətləri Basqal tektoniik örtüyünün əmələ gəlmə vaxtını təyin edir və onun rodan tektonik fazası ilə üst-üstə düşməsini sübuta yetirir. |
7 | Talıstan olistoliti | İsmayıllı r-nu | İşmayıllı şəhərindən şimali-şərqdə Diyallı və Talıstan kəndləri arasında yerləşən üst yura yaşlı əhəng daşlarının ibarət olan nəhəng qaya. Bu qaya Vəndam tektonik zonasının üst təbaşir yaşlı (senoman) vulkanogen-çökmə olistostrom horizontunun tərkib hissəsi olaraq sahəsi 2,5 km² qalınlığı isə ölçülü olistolit kimi yer səthində izlənilir. |
8 | Canquçay (İstisu) kəsilişi | İsmayıllı r-nu | Göyçay çayının orta axımındakı sağ qolunun dərəsində, İstisu kəndinin şimal ətrafında yer səthində izlənilən geoloji kəsiliş. Burada Qovdağ-Sumqayıt tektonik örtüyünün kökləri ilə oliqosen-alt miosen yaşlı avtoxton maykop lay dəstəsi və onun altında yerləşən Vəndam tektonik zonasının alt təbaşir çöküntülərinin qarşılıqlı münasibətləri müşahidə olunur. |
9 | Qızmeydan palçıq vulkanı — 1 | Şamaxı r-nu | Qızmeydan kəndindən şimali-qərbdə üst təbaşir yaşlı süxurların üzərində yerləşən və 8 qrifondan ibarət olan palçıq vulkanı. Vulkanik brekçıyanın tərkibində paleogen mikrofaunasının yayı-lması Qovdağ-Sumqayıt tektonik örtüyünün tərkib hissəsi olan üst təbaşir süxurlarının həqiqətən alloxton dəstəm təşkil edilməsini sübuta yetirir. |
10 | Qızmeydan palçıq vulkanı — 2 | Şamaxı r-nu | Birinci palçıq vulkanından şimalda üst təbaşir yaşlı süxurların üzərində yerəşən və 32 qrifondan ibarət olan palçıq vulkanı. Vulkanik brekçıyanın tərkibində paleogen mikrofaunasının yayılması Qovdağ -Sumqayıt tektonik örtüyünün tərkib hissəsi olan üst təbaşir süxurlarının həqiqətən alloxton dəstəm təşkil edilməsini sübuta yetirir. |
11 | Dəmirçi palçıq vulkanı | Şamaxı r-nu | Dəmirçi kəndindən şərqdə üst təbaşir yaşlı süxurların üzərində yerləşən və 12 qrifondan ibarət olan palçıq vulkanı. Vulkanik brekçıyanın tərkibində paleogen mikrofaunasının yayılması Qovdağ -Sumqayıt tektonik örtüyünün tərkib hissəsi olan üst təbaşir süxurlarının həqiqətən alloxton dəstəm təşkil edilməsini sübuta yetirir. |
12 | Köhnəgədi palçıq vulkanı | Xızı r-nu | Gədi dağının yamacında üst təbaşir yaşlı süxurların üzərində yerləşən palçıq vulkanı. Vulkanik brekçı-yanın tərkibində paleogen mikrofaunasının yayılması Qovdağ -Sumqayıt tektonik örtüyünün tərkib hissəsi olan üst təbaşir süxurlarının həqiqətən alloxton dəstəm təşkil edilməsini sübuta yetirir. |
13 | Kurkaçıdağ palçıq vulkanı | Xızı r-nu | Kurkaçıdağ yüksəkliyinin yamacın-da üst təbaşir yaşlı süxurların üzərində yerləşən palçıq vulkanı. Vulkanik brekçıyanın tərkibində paleogen mikrofaunasının yayılma-sı Qovdağ-Sumqayıt tektonik örtüyünün tərkib hissəsi olan üst təbaşir süxurlarının həqiqətən alloxton dəstəm təşkil edilməsini sübuta yetirir. |
14 | Rüstəməliyev daykası | Gədəbəy r-nu | Gədəbəy-Rüstəməliyev yolunun kənarında orta yura yaşlı vulkanogen-çökmə süxurlarını antiqafqaz istiqamətində yaran tektonik qırılma ilə əlaqəli dasit tərkibli kiçik xətti intruziya. Ətraf süxurların aşınması nəticəsində dayka müasir relyefda eni 4,5 — olan hündür (15-) və uzun (60-) divar şəklində izlənilir. |
15 | Yanardağ yanar qaz çıxışı | Bakı ş., Binəqədi r-nu | Didah və Məhəmmədi kəndləri arasında yerləşən Yanardağ təpəciyində eninə uzanan tektonik qırılma boyu yer səthinə çıxan təbii qazın alovlanması. |
16 | Atəşgah (Atəşqaya) yanar qaz çıxışı | Quba r-nu | Xınalıq kəndindən şimali-qərbdə yerləşən Atəşqaya dərəsində yer səthinə çıxan orta yura çöküntülərində izlənilən və eninə uzanan tektonik qırılma boyu yer səthinə çıxan təbii qazın alovlanması. |
17 | Əlik yanar qaz çıxışı | Quba r-nu | Əlik kəndindən qərbdə yerləşən dərədə yer səthinə çıxan orta yura çöküntülərində izlənilən ümumqafqaz istiqamətli tektonik qırılma boyu yer səthinə çıxan təbii qazın alovlanması. |
18 | Lahıc yanar qaz çıxışı | İsmayıllı r-nu | Lahıc kəndindən qərbdə Girdıman çayının sağ sahilindəki dərədə yer səthinə çıxan oliqosen-alt miosen yaşlı süxurlarda izlənilən ümumqafqaz istiqamətli tektonik qırılma boyu yer səthinə çıxan təbii qazın alovlanması. |
19 | Qarovulüstü sinklinalının sentriklinalı | Quba r-nu | Qonaqkəndin cənub ətrafında Cimiçay çayının sol sahilində yerləşən nadir struktur forma. Burada üst yura yaşlı kobud fliş çöküntülərindən ibarət cənuba çevrilmiş sandığvari sinklinalın relyefdə gözəl izlənilən bağlanması (sentriklinalı) müşahidə olunur. |
20 | Güzdək dairəvi (masavari) muldası | Abşeron r-nu | Güzdək kəndinin ətrafında yerləşən nadir struktur forma. Burada maili yatan abşeron lay dəstəsi qum daşlarından ibarət olan və relyefdə masavari plato şəklində izlənilən nəhəng dairəvi sinklinal (mulda) müşahidə olunur. |
21 | Burovdal kəsilişi və kanyonu | İsmayıllı r-nu | Girdıman cayının yuxarı axımındakı Burovdal dərəsində izlənilən Zaqatala-Qovdağ tektonik zonasının alt təbaşir yaşlı süxurlarında mövcud olan qırışıqlığın nümunəvi kəsilişi |
22 | Fitdağ kəsilişi | İsmayıllı r-nu | Nialdağ silsiləsinin nadir struktur forması. Burada Vəndam tektonik zonasının orta-üst təbaşir yaşlı vulkanogen-çökmə süxurlarının kəskin eninə sıxılması nəticəsində əmələ gəlmiş siklinalın nüvəsi yerindən pırtlayıb çıxmış və qırışığın hər iki qanadının üstünə gəlmişdir. |
23 | Bizlan tektonik pəncərəsi | İsmayıllı r-nu | Bizlan kəndinin cənub kənarında yerləşən dərədə Basqal tektonik örtüyünü təşkil edən üst təbaşir yaşlı süxurların tam aşınması nəticəsində tektonik pəncərə əmələ gəlmiş və avtoxton dəstəmi təşkil edən eosin-oliqosen süxurları yer səthinə çıxmışdır. |
24 | Sərdaxar tektonik pəncərəsi | İsmayıllı r-nu | Qirdıman çayının orta axımının sol sahilində Sərdaxar kəndinə gedən yolun kənarında Basqal tektonik örtüyünün dabanında avtoxton üst miosen (sarmat) yaşlı süxurlar yer səthinə çıxaraq təşkil edən üst təbaşir yaşlı süxurların tam aşınması nəticəsində tektonik pəncərə əmələ gəlmiş və avtoxton dəstəmi təşkil edən eosin-oliqosen süxurları yer səthinə çıxmışdır. |
25 | Şıxəliçay kəsilişi | Quba r-nu | Xaşı kəndindən cənubi-qərbdə Şıxəliçay dərəsinin sol divarıda müşahidə olunan nadir struktur forma. Burada Böyük Qafqaz dərinlik üstəgəlməsinin amplitude-nun artması nəticəsində onunla və Qəmərvan dərinlik qırılmalarının yaxınlaşması və birləşməsi, nəticə olaraq Tufan tektonik zonasının pazlaşması baş verir. |
26 | Zərnavaçay kəsilişi | İsmayıllı r-nu | Zərnava kəndindən cənubda Zərnəvaçayın sol sahilində müşahidə olunan nadir struktur forma. Burada Girdımançay fleksurasının təsiri nəticəsində Gəndob antiklinalının alt təbaşir yaşlı süxurlardan ibarət şarnirinin antiqafqaz istiqamətdə kəskin dönməsi və oliqosen-alt miosen yaşlı maykop lay dəstisi süxurlarının altına dərhal gömməsi prosesi baş verir. |
27 | Cek kəsilişi | Quba r-nu | Şahdağ-Beşbarmaq şaryajının Cek tektonik örtüyü və Cek klipi |
28 | Qudyalçay kəsilişi | Quba r-nu | Şahdağ-Beşbarmaq şaryajının arxa hissəsində retroşaryaj |
29 | Söhüb kəsilişi | Quba r-nu | Qaraçayın sol sahilində Şahdağ-Beşbarmaq şaryajının tərkib hissəsi olan Söhüb klipi |
30 | Ağgədik kəsilişi | Quba r-nu | Ağçay-Qaraçay çaylarının su ayrıcında Şahdağ-Beşbarmaq şaryajının tərkib hissəsi olan Ağgədik tektonik örtüyü |
31 | Buduğ muldası | Quba r-nu | Qudyalçay-Qaraçay çaylarının su ayrıcında Buduğ neoavtohtonunun Şahdağ-Beşbarmaq şaryajının tərkib hissəsi olan Qızılqaya massivinin əhəngdaşları üzərində transqressiv yatması və üst təbaşir- pliosen çöküntülərinin nümunəvi litoloji-stratiqrafik kəsilişi |
32 | Qalaaltı kəsilişi | Şabran r-nu | Şahdağ-Beşbarmaq şaryajının Çıraq tektonik örtüyü |
33 | Beşbarmaq qayası | Siyəzən r-nu | Şahdağ-Beşbarmaq şaryajının ucqar şərq fraqmenti olan Beşbarmaq klipi |
34 | Tahircalcay kəsilişi | Qusar r-nu | Sudur zonasının üst yura yaşlı evaporit formasiyasının yeganə nümunəvi kəsilişi |
35 | Qusarçay kəsilişi | Qusar r-nu | Qusarçay dərəsində açılan malm-neokom əhəngdaşlarında qutuvari qırışların nümunəvi kəsilişi |
36 | Quzun kəsilişi | Qusar r-nu | Qusar-Dəvəçi qoyma çökəkliyinin ön hissəsində pliosen-pleystosen yaşlı süxurlarda izlənilən dislokasiyalar və continental molassanın nümunəvi kəsilişi |
37 | Ləzə kəsilişi | Qusar r-nu | Şahdağ-Beşbarmaq şaryajının arxa hissəsində Qızılqazma üstəgəlməsi boyu retroşaryaj |
38 | Cimiçay kəsilişi | Quba r-nu | Girdimançay-Vəlvələçay fleksu-rasının çay dərəsində izlənilən təzahürü |
39 | Təngə kəsilişi | Quba r-nu | Vəlvələçay dərəsində Şahdağ-Beşbarmaq şaryajının kök zonasının açılışı |
40 | İstisuçay kəsilişi | Quba r-nu | Gilgilçayın sağ qolu olan İstisuçay dərəsində açılan Xızı zonasının orta-üst yura yaşlı flişinin nümunəvi kəsilişi və izlənilən deformasiyalar |
41 | Gilgilçay kəsilişi — 1 | Quba r-nu | Gilgilçay dərəsinin sol yamacında açilan nəhəng Qızılqazma braxiantiklinalı və onun litoloji-stratiqrafik kəsilişi |
42 | Qızılqazmaçay kəsilişi | Quba r-nu | Gilgilçayın sağ qolu olan Qızılqazma çayının dərəsində açılan Xızı zonasının orta və üst yura çöküntülərinin transqressiv kontaktı |
43 | Gilgilçay kəsilişi — 2 | Quba r-nu | Gilgilçay dərəsinin sağ yamacında açilan eyniadlı nəhəng olistoplakın litoloji-stratiqrafik kəsilişi |
44 | Qaraçay kəsilişi | Quba r-nu | Qaraçay dərəsinin sol yamacında açılan alt təbaşir (hoteriv) çöküntülərinin kəsilişindəki Rük olistostromu |
45 | Nəzirçay kəsilişi | Quba r-nu | Qaraçayın sağ qolu olan Nəzirçay dərəsində açılan alt təbaşir (valanjin) yaşlı "vəhşi" fliş kəsilişi |
46 | Yerfi silsiləsi | Quba r-nu | Qaraçay-Babaçay çaylarının su ayrıcında açılan alt təbaşir (valanjin) yaşlı "vəhşi" flişin kəsilişindəki Pir Qam-Qam olistoliti |
47 | Nardaran dərəsi | Siyəzən r-nu | Ataçay-Keşçay çaylarının su ayrıcındakı Nardaran dərəsində açılan alt təbaşir (valanjin-hoteriv) yaşlı "vəhşi" flişin kəsilişi |
48 | Tıxçay kəsilişi | Xızı r-nu | Tıxçay dərəsində açılan üst apt-alb yaşlı süxurlarda antiqafqaz istiqamətli disharmonic qırışıq zonası |
49 | Ataçay kəsilişi |
Mineraloji-petroqrafik nadir geoloji obyektlər
redaktə№
№ |
Obyektin adı | Obyektin yerləşməsi | Obyektin təsviri |
1 | Daşkəsən dəmir filizi yatağı | Daşkəsən r-nu, Daşkəsən | Bütün Qafqazda hesablanmış sənaye ehtiyatı təxminən 300mln ton olan yeganə dəmir filizi yatağı. Filizlərin tərkibində 110 mineral növü təyin edilmişdir. Əsas filizəmələgətirən minerallar maqnetit və hematitdir, digər minerallar isə mis, qurğuşun və sink sulfidləri, kobaltın sulfoarsenidlərindən ibarətdir. |
2 | Zəylik alunit yatağı | Daşkəsən r-nu | Dünyanın ən iri alunit yataqlarından biri. Alunit assosiasiyasının səciyyəvi mineralları: silisium oksidinin modifikasiyaları (kvars, xalsedon, opal), dikkit, kaolinit, serisit, pirofillit, diaspor, flüorit və s. |
3 | Çovdar qızıl filizi yatağı | Daşkəsən r-nu | Filizləri qızılın yüksək miqdarı ilə səciyyələnən obyekt. Mineral tərkibinin sadəliyi ilə səciyyələnir. Qızılın sənaye əhəmiyyətli yığımları "Mərkəzi" adlanan filiz cismi ilə əlaqədardır. |
4 | Gədəbəy mis-kolçedan yatağı | Gədəbəy r-nu | Vaxtı ilə Qafqazın ən iri mis mədənlərindən biri olan bu yatağın filizlərində yüksək miqdarda qızıl iştirak edir. Sənaye əhəmiyyətli iki filiz tipi ayrılır: ilkin kükürd kolçedanı və mis-sink-kolçedan filizləri. |
5 | Əyridaq turmalin təzahürü | Gədəbəy r-nu, Slavyanka | Azərbaycan Respublikasında turmalin mineralının yeganə obyekti. |
6 | Maarif mis-porfir təzahürü | Gədəbəy r-nu | Filizlərin əsas mineralları pirit və xalkopiritdir. Qeyri-filiz minerallardan kvars, epidot və s. iştirak edir. Hipergenez zonasında brekçiyalaşmış kvars-porfirlərin üzərində "dəmir papaq" müşahidə olunur. |
7 | Bittibulaq mis-mərgümüş yatağı | Gədəbəy r-nu | Filizlərinin mərgümüşlə xüsusiləşməsi nöqteyi-nəzərdən respublikanın yeganə kolçedan yatağı kimi mühüm elmi əhəmiyyət daşıyır. Pirit və xüsusilə enargit selen, tellur və germaniumun yüksək konsentrasiyaları ilə səciyyələnir. |
8 | Xarxar mis-porfir təzahürü | Gədəbəy r-nu | Yatağın mühüm xüsusiyyətlərindən biri tipomorf mineral assosiasiyalarından ibarət oksidləşmə zonasının mövcudluğudur. Bu zonanın səciyyəvi minerallarından biri yarımqiymətli zərgərlik daşı firuzədir. |
9 | Todan heliotrop-əqiq-yəşəm təzahürü | Göygöl r-nu | Yarımqiymətli zərgərlik daşı heliotrop mineralının keçmiş SSRİ ərazisində yeganə təzahürü. Heliotrop, əqiq və yəşəm yığımları 1–15 sm. ölçüdə badamcıqlar və jeodalar əmələ gətirir. |
10 | Aydağ seolit yatağı | Tovuz r-nu | Unikal sorbsiya və ion mübadiləsi qabiliyyətli, geniş tətbiq sahəsinə malik olan yüksək silisiumlu ən qiymətli seolit obyekti. Yatağın seolitdaşıyan əmələgəlmələri əsasən klinoptilolit-mordenit tərkibi ilə səciyyələnir. |
11 | Alpout bentonit yatağı | Qazax r-nu, Fərəhli | Çoxsahəli texnoloji və ekoloji cəhətdən təmizləyici süxurlar kimi müxtəlif sahələrdə istifadə edilən sənaye əhəmiyyətli xammal yatağı. |
12 | Çovdar yatağı ətrafındakı daşlaşmış ağaclar | Daşkəsən r-nu | Elmi nöqteyi-nəzərdən və mümkün məmulat kimi əhəmiyyət kəsb edən obyektlər. |
13 | Ərəzin teşenit intruziyası | Culfa r-nu | Azərbaycan ərazisində yeganə olan orta miosen yaşlı teşenit intruziyası |
14 | "Vezuvian təpəciyi" | Gədəbəy r-nu | Bu təpəcik Gədəbəy kvars-diorit intruzivinin üzərində papaq şəklində yerləşən skarn cismi ilə təmsil olunmuşdur. |
15 | Qızılqaya ekstruziyası | Tovuz r-nu, Yuxarı Öksüzlü | Üst təbaşir vulkanizmi məhsullarının (riolit tərkibli ekstruziya) morfoloji xüsusiyyətlə-rini aydın əks etdirən alcaq təpəliklərin fonunda kəskin surətdə ucalaraq böyük elmi və estetik maraq doğuran obyekt. |
16 | Koroğlu ekstruziyası | Tovuz r-nu, Yuxarı Öksüzlü | Üst təbaşir vulkanizmi məhsullarının morfoloji xüsusiyyətlərini aydın əks etdirən alcaq təpəliklərin fonunda kəskin surətdə ucalaraq böyük elmi və estetik maraq doğuran obyektlər. "Köroğlu" ekstruziyasının cənub yamacında riolitlərin sütunvari ayrılması, zirvəsində isə orta əsr qalasının qalıqları müşahidə olunur. |
17 | Dəryandağ ekstruziyası | Tovuz r-nu | Üst təbaşir vulkanizmi məhsullarının (riolit-dasit tərkibli ekstruziya) morfoloji xüsusiyyətlə-rini aydın əks etdirən alcaq təpəliklərin fonunda kəskin surətdə ucalaraq böyük elmi və estetik maraq doğuran obyekt. |
18 | Plovdağ ekstruziyası | Tovuz r-nu | Üst təbaşir vulkanizmi məhsullarının (diorite-porfir tərkibli ekstruziua) morfoloji xüsusiyyətlə-rini aydın əks etdirən alcaq təpəliklərin fonunda kəskin surətdə ucalaraq böyük elmi və estetik maraq doğuran obyekt. |
19 | Buynuz intruziyası | İsmayıllı r-nu | Böyük Qafqazın Azərbaycan hissəsində yer səthinə çıxan yeganə intruziv kütlə. Nadir petroloji tərkibə (qabbro-siyenit və siyenit-dioritlər) malik olaraq, həmçinin paleosen yaşlı yeganə intruzivdir. |
20 | Köçəskər vulkan mərkəzi | Qazax r-nu | Paleogen yaşlı Köçəskər vulkan mərkəzi elmi əhəmiyyət daşıyan vulkanik əmələgəlmədir. |
21 | Sütunvari ayrılmalar | Tovuz r-nu | Üst bayos yaşlı riolitlərdə təzahür edən səciyyəvi ayrılma növü. |
22 | Döşəkvari ayrılmalar | Göygöl r-nu | Vulkanların su hövzəsindəki eksploziv fəaliyyətinin piroklastik süxurlarda əks olunduğu təzahür forması. |
23 | Sütunvari ayrılmalar | Daşkəsən r-nu, Çovdar yatağı | Andezibazaltların unikal, çox möhtəşəm və klassik sütunvari ayrılmaları. |
24 | Porfirit-əhəngdaşı növbələşməsi | Göygöl r-nu | Rayonda rast gələn səciyyəvi petroqrafik kəsiliş. |
Geomorfoloji nadir geoloji obyektlər
redaktə
№
|
Obyektin adı |
Obyektin yerləşməsi |
Obyektin təsviri |
1 | Zurnabad ekstruziv günbəzi | Göygöl r-nu | Zurnabad kəndinin kənarında yura vulkanizmi ilə əlaqədar yaranmış ekstruziv gümbəz. Gəncə çayının sol sahilində, onun yamacında ətrafdan morfoloji kəskinliyi ilə seçilir. Hündürlüyü çayın dibindən təşkil edir. |
2 | Haçaqaya ekstruzivi | Göygöl r-nu, Haçaqaya k. | Haçaqaya kəndı yaxınlığında ekstruziv gümbəz. Təbaşir dövrü vulkanının mərkəzində yerləşir və ətraf relyefdən kəskin fərqlənərək nisbi hündürlüyə malikdir. |
3 | Miskinli ekstruzivi | Gədəbəy r-nu | Rüstəm Əliyev kəndi yaxınlığında yerləşən yura vulkanizmi ilə əlaqəli eksrtuziv gümbəz. Morfoloji kəskinliyi ilə ətrafdan seçilir. |
4 | Koroğlu qalası ekstruzivi | Gədəbəy r-nu | Qalakənd kəndi ətrafında günbəzvari çox iri yüksəklik. Yura dövrü vulkanının yerində əmələ gəlmişdir. Yamacları sıldırlmlı zirvəsi ilə geniş olduğundan üstündə qala inşa edilmişdir. Respublika əhəmiyyətli təbii-tarixi abidədir. |
5 | Böyük Qaramurad ekstruzivi | Gədəbəy r-nu | Böyük Qaramurad kəndinin cənubunda yerləşən ekstruziv günlər. Yura dövrü vulkanının mərkəzində əmələ gəlmişdir. Gövdəsində klastokarst mənşəli az dərinlikli mağara vardır. |
6 | Haçaqaya (Ağamalı) ekstruzivi | Gədəbəy r-nu | Ağamalı kəndindən şərqdə yerləşən ekstruziv — gümbəzvari nekk. Yura dövrü vulkanının yerində əmələ gəlmiş, relyefdə çox kəskinliyi ilə əks olunmuş sütunvari qayadır. Əsas cəlbedici əlaməti qaya-sütunun haça şəklində olmasıdır. Nisbi hündürlüyü təşkil edir. Əsas məziyyətlərindən biri də oranın pir kimi istifadə edilməsidir. |
7 | Qoşqar ekzotik qayaları və prizmatik sütunlar | Daşkəsən r-nu | Çovdar kəndi yaxınlığında Qoşqar çayının sol yamacında basalt süxurları prizmatik sütunlar əmələ gətirir. Çayın yamaclarında maqmatik süxurların denudasion, əsasən eol-eroziya aşinması nəticəsində cəlbedici ekzotik qayalar müşahidə olunur. |
8 | Qöyəzən ekstruziv günbəzi | Qazax r-nu | Kiçik Qafqazda geniş yayılmış ekstruziv günbəzlər arasında morfoloji kəskinliyi və əzəməti ilə xüsusi fərqlənir. Ağstafa çayının sağ qolu olan Coğas çayının sol sahilində düzənliyə bastırılmış nəhəng daş sütununu xatırladan günbəz üst təbaşirdə (santon) baş vedrmiş güclü püskürmə mərkəzinin yerində əmələ gəlmiş və liparit-porfirlərdən ibarətdir. Nibi hündürlüyü, mütləq hündürlüyü, diametric təşkil edir. O. eyni zamanda Avey Dövlət tarixi-mədəni qoruğunun ən qiymətli tarıxı-arxeoloji əbidəsidir. |
9 | Ekzotik qayalar | Tovuzr-nu | Kirən kəndi ətrafında Axınca və Əsrik çaylarının suayrıcında yura yaşlı vulkanik və vulkanik-çökmə süxurlarda aşınma nəticəsində əmələ gəlmiş müxtəlif gorünüşlü ekzotik qayalar. Ecazkar görünüşləri ilə diqqəti cəlb edirlər. |
10 | Şiş Qöyəzən ekstruzivi | Qazaxr-nu | Ağstafa və Coğas çaylarının suayrıcında təbaşir vulkanizminin mahsulu olan ekstruziv qaya. Piramida şəklində olaraq süayrıcından təqribən hündürlüyə yüksəlir. |
11 | Müdrəsə çuxuru | İsmayıllı r-nu | Girdımançay və Axoxçay çayları arasında yerləşən geniş (95–100 km²), dərin (1300-) və çox mənzərəli kotlovina. Hər tərəfdən suayrıcılarla əhatə olunaraq yalnız bir ensiz çıxışa malikdir və müxtəlif toxunulmamış landşaft formaları ilə fərqlənir. |
12 | Zəngiçay (Müdriçay) kanyonu | İsmayıllı r-nu | Müdrəsə cuxurunun çıxışını əmələ gətirən ensiz dərə. Hhidroloji və tektonik faktorların təsiri səbəbindən dərin aşınmaya məruz qalmış üst təbaşır yaşlı vulkanogen-çökmə süxurlarının yuyulması nəticəsində əmələ gəlmiş ensiz (10-) və dərin (400-) uzunluğu olan nəhəng və mənzərəli kanyon. |
13 | Minarə ekzotik qayası | Quba r-nu | Qudialçay kanyonunun girişində (Qımılqazma kəndindən cənubda) iqlim və hidroloji faktorların təsiri səbəbindən aşınmaya məruz qalmış üst yura yaşlı mərmərləşmiş əhəng daşlarının parçalanması nəticəsində əmələ gəlmiş nəhəng (eni və uzunu 10-, hündürlüyü 40-) və mənzərəli ekzotik qaya |
14 | Qudialçay (Qırız) kanyonu | Quba r-nu | Qudialçayın orta axımında (Ağçayla birləşdiyi yerdən qərbə doğru) hidroloji və tektonik faktorların təsiri səbəbindən dərin aşınmaya məruz qalmış üst yura yaşlı mərmərləşmiş əhəng daşlarının yuyulması nəticəsində əmələ gəlmiş ensiz (25-) və dərin (500-) uzunluğu olan nəhəng və mənzərəli kanyon |
15 | Qusarçay (Ləzə) kanyonu | Qusar r-nu | Qusarçayın yuxarı axımında (Ləzə kəndindən şimala doğru) hidroloji və tektonik faktorların təsiri səbəbindən dərin aşınmaya məruz qalmış üst yura yaşlı mərmərləşmiş əhəng daşlarının yuyulması nəticəsində əmələ gəlmiş ensiz (50-) və dərin (600-) uzunluğu olan nəhəng və mənzərəli kanyon. Onun sıldırımlı divarlarında Sudur tektonik zonasının sandığvari qırışıqlıqları-nın gözəl açılışı izlənilir. |
16 | Navçaçay kanyonu | Qusar r-nu | Tahircal çayının sağ qolunun orta axımında hidroloji və tektonik faktorların təsiri səbəbindən dərin aşınmaya məruz qalmış üst yura yaşlı və alt təbaşir əhəng daşlarının yuyulması nəticəsində əmələ gəlmiş ensiz (5-) və dərin (100-) uzunluğu 350 — olan mənzərəli kanyon. Burada Sudur tektonik zonasının şimal qanadının şərqə doğru fleksur batması və nəticə olaraq alt təbaşir əhənq daşlarının üzərinə pliosen konqlomeratlarının tharsqressiv yatmasını izləmək mümkündür sıldırımlı divarlarında Sudur tektonik zonasının sandığvari qırışıqlıqlarının gözəl açılışı izlənilir. |
17 | Üç qardaş (Deşik daş) ekzotik qayaları | Culfa r-nu | Əlincə çayının sol sahilində Qızılqaya və Kirna kəndləri arasında yer səthinə çıxan eosen yaşlı vulkanogen-çökmə süxurlarının iqlim faktorları təsirindən aşınması nəticəsində əmələ gəlmiş ekzotik qayalar qrupu. |
18 | Oğlan-qız ekzotik qayaları | Culfa rayonu | Qaradərə və Gilançay çayarasında yerləşən Oğlangəz dağının zirvəsində yer səthinə çıxan eosen yaşlı vulkanogen-çökmə süxurlarının iqlim faktorları təsirindən aşınması nəticəsində əmələ gəlmiş ekzotik qayalar qrupu. |
Hidrosferin nadir geoloji obyektləri
redaktə
№
|
Obyektin adı |
Obyektin yerləşməsi |
Obyektin təsviri |
1 | Darıdağ mineral-termal su mənbəyi | Culfa
rayonu |
Darıdag- dünyada məşhur olan isti () termal su yatagıdır və Culfa səhərindən şimal-şərqdə yerləşir. Suyun tərkibində cox miqdarda mərqümüş və sərbəst karbon qazı (CO) aşkarlanıb. Burada sərbəst karbon qazının istehsalı zavodu tikilib və fəaliyət qöstərir. |
2 | Sirab mineral su mənbəyi | Babək rayonu | Sirab mineral su mənbəi Naxcivan şəhərindən şimal-şərqdə Nəhəcir-Sarıdaq antiklinalının cənub-qərb qanadında yerləşir. Su karbonqazlı hidrokarbonatlı natriumludur. Karbon qazin həcmi 1,35 mq/l təşkil edir, minerallaşma dərəcəsi 2,6–7,4 ml/q arasında dəyişir. Suyun kimyəvi tərkibinə və balneoloji tipinə qörə Kislovodsk "Narzan" sularının analoqu kimi qəbul edilir. |
3 | Vayxır mineral su mənbəyi | Babək rayonu | Vayxır mineral su mənbəi Sarıdağ antiklinalının çatlı kompleksləri ilə və şimal-qərb istiqamətində uzanan regional tektonik qırılmalarla əlaqədardır. Suyun qaz tərkibi karbon qazından ibarətdir, minerallaşma dərəcəsi 4,6–7,2 mq/l, temperaturu 19,2-civarlarında dəyişir, kimyəvi tərkibi: hidrokarbonatlı-xloridli və ya xloridli –hidrokarbonatlı natriumlu-kalsiumludur. Yaxın analoqları: "Yesentuki", "Soyma". |
4 | Nəhəcir mineral su mənbəyi | Ordubad rayonu | Nəhəcir mineral su mənbəi Naxcivan şəhərindən şimal-şərqdə və müxtəlif istiqamətlərdə uzanan tektonik çatlarla əlaqədardır. Su karbon qazlıdır və cat sularına aiddir. Kimyəva tərkibinə görə sular xlorlu-hidrokarbonatli natriumlu-kalsiumludur, minerallaşma dərəcəsi, temperaturu- . Balneoloji parametrlərinə qörə sular bu sular mədə-bırsaq xəstəliyi ücün əvəzolunmaz vasitədir. Yaxin analoqu- "Yesentuki" tipli su mənbəidir. |
5 | Əshabi-Kəhf mineral su mənbəyi | Babək rayonu | Əshabikəhf su bulaqı Gahab kəndindən cənub-şərqdə, mənzərəli bir yerdə çixır. Bu mineral su radonludur və karbonqazlıdir, minarallaşma dərəcəsi 6,2 mq/l, temperaturu . Kimyəvi tərkibinə görə su hidrokarbonatli-sulfatli xloridli natriumlu-kalsiumludur və balneoloji cəhətlərinə qörə mədə-bağırsaq xəstəliklərə dərmandır. |
6 | Ləkətağ mineral su mənbəyi | Culfa rayonu | Ləkətağ mineral su mənbəi Culfa rayonu ərazisində, Əyridağ-Ləkətağ antiklinalının qırılma zonası ilə əlaqədardır. Su karbon qazlıdır və zəif minerallaşma dərəcəsinə (1,7 mq/l) malikdir. Kimyəvi tərkibi hidrokarbonatlı kalsium-magneziumludur. |
7 | Badamlı mineral su mənbəyi | Babək rayonu | Badamlı mineral su bulagı Badamlı kəndindən şərqdə Badamliçay dərəsində Ordubad sinklinoriumun ərazisində yerləşir və tektonik pozulmalar ilə əlaqədardır. Mineral su karbonqazlıdır (1,4 mq/l), minerallaşma dərəcəsi 3,3-dan- 7,4 q/l-qədər dəyişir. Kimyəvi tərkibinə qörə sular hidrokarbonatlı-sulfatlı natriumlu-kalsiumludur, süfrə suyu kimi qeniş istifadə olunur. |
8 | Gömür mineral su mənbəyi | Şaxbuz rayonu | Gömür mineral su yatağı Gömür kəndindən cənub-qərbdə Nors- Tirkeş sinklinalı ərazisində yerləşir. Bulaqdan intensiv hidrogen-sulfid qatışığı ilə birlikdə karbon qazı da qyrılır. Suyun temperaturu 15,4-, sərbəst karbon qazının miqdarı 1,3 q/l, minerallaşma dərəcəsi- 3,9 q/l. Kimyəvi tərkibinə qörə sular hidrokarbonatli kalsiumlu-maqneziumludur, balneoloji xassələrinə qörə onlar revmatizm və dəri xəstəliklərinin müalicəsində istifadə olunur. |
9 | Qənzə mineral su mənbəyi | Ordubad rayonu | Gənza mineral su bulağı Ordubad şəhərindən şimalda Zənqəzur antiklinoriumu-Mehri-Ordubad hidrogeoloji massivi hissəsində yerləşir. Bu sular zəif karbonqazlıdır (0,22q/l)və orta minerallaımaşma dərəcəlidirlər (5,6 q/l). Kimyəvi tərkibi hidrokarbonatlı-sulfatlı natriumlu-maqneziumlu-kalsiumludu. Suyun yaxın analoqları: "Jeleznovodsk mineral sularıdır. |
10 | Nüsnüs mineral su mənbəyi | Ordubad rayonu | Nüsnüs mineral su bulağı Ordubad rayonun ərazisində yerləşən Zənqəzur antiklinoriumunun Mehri-Ordubad hidrogeoloji massivi ilə əlaqədardır. Sular karbonqazlıdır, zəif minerallaşmış (0,6q/l), hidrokarbonatlı kalsiumludur. Diqər kaqrbonqazlı sular kimi müalicəvi əhəmiyyət kəsb edir. |
11 | Qotursu mineral su mənbəyi | Şabran rayonu | Qotursu mineral su bulağı B. Qafqazın şımalı-şərq hissəsində, Şabran rayonunda yerləşir və Bayos yaşli suxurlardan yer səthinə cixır. Suyun minerallaşma dərəcəsi 1,9 q/l, temperature 16,5 . Qaz tərkibi hidroqen-sulfitlidir. Suyun kimyavi tərkibi- hidrokarbonat-xloridlilı kalsiumlu-natriumludur. |
12 | Qəndob mineral su mənbəyi | İsmayıllı rayonu | Qəndob mineral su bulağı B. Qafqazın cənubı-qərb hissəsində, İsmaillı rayonunda yerləşir və Yuxarı Təbaşır yaşli suxurlardan yer səthinə cixır. Suyun minerallaşma dərəcəsi 0,8 q/l, temperaturru 12,5 . Qaz tərkibi metan-azotludur. Suyun kimyavi tərkibi- hidrokarbonatlı -sulfatlı natriumlu- kalsiumludur. |
13 | İbadisu mineral su mənbəyi | Lənkəran rayonu | İbadisu mineral su bulağı Talış dağ vilayyətinin Lerik sinklinorium ərazisində, Lənkəran şəh. şımalı-qərbdə Qavzavua cayının məcrasında, Aşağı Miocen yaşlı suxurlardan yer səthinə cıxır. Suyun minerallaşma dərəcəsi 3,7 q/l, temperature, kimyavi tərkibi xloridli natriumlu- kalsiumludur. Qaz tərkibi – karbon qazlıdır. |
14 | İstisu mineral su mənbəyi | Astara rayonu | İstisu mineral su bulağı Talış dağ vilayyətinin antiklinorium ərazisində, Astara şəh. şımalı-qərbdə Astara cayının məcrasında, Yuxarı-Təbaşır yaşlı suxurlardan yer səthinə cıxır. Suyun minerallaşma dərəcəsi 3,7 q/l, temperature, kimyavi tərkibi xloridli natriumlu- kalsiumludur. Qaz tərkibi –metan azotludur. |
15 | Alaxançallı mineral su mənbəyi | Daşkəsən rayonu | Alaxancallı mineral su bulağı K. Qafqazın şımalı-şərq hissəsində, Daşkəsən-Gədəbəy hidrogeoloji massivində, Canaxcıcayın məcrasında, həmin adlı kənddən cənubda yerləşir. Suyun minerallaşma dərəcəsi 2, 8q/l, temperature 12,2 . Qaz tərkibi – karbon gazlıdır. Suyun kimyavi tərkibi- hidrokarbonatlı-sulfatlı kalsiumlu-natriumludur. |
16 | Kilsəli mineral su mənbəyi | Gədəbəy rayonu | Kilsəli mineral su bulağı K. Qafqazın şımalı-şərq hissəsində, Daşkəsən-Gədəbəy hidrogeoloji massivində yerləşir. Suyun minerallaşma dərəcəsi 1,4q/l, temperature 11 . Qaz tərkibi – karbon gazlıdır. Suyun kimyavi tərkibi- hidrokarbonatlı natriumludur. |
17 | Zəhmət mineral su mənbəyi | Gədəbəy rayonu | Zəhmət mineral su bulağı K. Qafqazın şımalı-şərq hissəsində, Daşkəsən-Gədəbəy hidrogeoloji massivində, Mox adlı kənddən cənubda, cayın məcrasında yerləşir. Suyun minerallaşma dərəcəsi 3,8q/l, temperature 10 . Qaz tərkibi – karbon gazlıdır. Suyun kimyavi tərkibi- hidrokarbonatlı-xloridlı natriumlu-maqneziumludur. |
18 | Məqov mineral su mənbəyi | Zaqatala rayonu | Məqov mineral su bulağı B. Qafqazın cənubı-qərb hissəsində, Zaqatala rayonunda yerləşir və Bayos yaşli suxurlardan yer səthinə cixır. Suyun minerallaşma dərəcəsi 1,3–1,5 q/l, temperature 26,5 . Qaz tərkibi metan-azotludur. Suyun kimyavi tərkibi- hidrokarbonatlı natriumludur |
19 | Moxsu mineral su mənbəyi | Qax rayonu | Moxsu mineral su bulağı B. Qafqazın cənubı-qərb hissəsində, Qax rayonunda yerləşir və Kimmeric yaşli suxurlardan yer səthinə cixır. Suyun minerallaşma dərəcəsi 1,8 q/l, temperature 31,6 . Qaz tərkibi metan-azotludur. Suyun kimyavi tərkibi- hidrokarbonatlı natriumludur. |
20 | Oğlanbulaq mineral su mənbəyi | Zaqatala rayonu | Oğlanbulaq mineral su bulağı B. Qafqazın cənubı-qərb hissəsində, Qax rayonunda yerləşir və Kimmeric yaşli suxurlardan yer səthinə cixır. Suyun minerallaşma dərəcəsi 1,5 q/l, temperature 36,5 . Qaz tərkibi metan-azotludur. Suyun kimyavi tərkibi- hidrokarbonatlı kalsiumludur |
21 | İlisu mineral su mənbəyi | Qax rayonu | İlisu mineral su bulağı B. Qafqazın cənubı-qərb hissəsində, Qax rayonunda yerləşir və Kimmeric yaşli suxurlardan yer səthinə cixır. Suyun minerallaşma dərəcəsi 1,4 q/l, temperature 38,5 . Qaz tərkibi metan-azotludur. Suyun kimyavi tərkibi- hidrokarbonatlı natriumludur |
22 | Qızbulaq mineral su mənbəyi | Qax rayonu | Qizbulaq mineral su bulağı B. Qafqazın cənubı-qərb hissəsində, Qax rayonunda yerləşir və Kimmeric yaşli suxurlardan yer səthinə cixır. Suyun minerallaşma dərəcəsi 0,6 q/l, temperature 10,5 . Qaz tərkibi metan-azotludur. Suyun kimyavi tərkibi- hidrokarbonatlı natriumludur |
23 | Qaynama mineral su mənbəyi | Qax rayonu | Qaynama mineral su bulağı B. Qafqazın cənubı-qərb hissəsində, Qax rayonunda yerləşir və Kimmeric yaşli suxurlardan yer səthinə cixır. Suyun minerallaşma dərəcəsi 1,3–1,5 q/l, temperature 26,5 . Qaz tərkibi metan-azotludur. Suyun kimyavi tərkibi- hidrokarbonatlı natriumludur |
24 | Əskipara mineral su mənbəyi | Qazax rayonu | Əskipara mineral su bulağı K. Qafqazın şımalı-şərq hissəsində, Qazax-Tovuz hidrogeoloji massivində yerləşir, Vəzəricayin məçrasında, Əskipara kəndindən məsafədə. Suyun minerallaşma dərəcəsi 1,4 q/l, temperature 16, . Qaz tərkibi – karbon gazlıdır. Suyun kimyavi tərkibi- hidrokarbonatlı kalsiumlu-natriumludur. |
25 | Donuzdamı mineral su mənbəyi | Qazax rayonu | Donuzdamı mineral su bulağı K. Qafqazın şımalı-şərq hissəsində, Qazax-Tovuz hidrogeoloji massivində, Çatax kən. . simalı-qərbdə, yerləşir. Suyun minerallaşma dərəcəsi 3,2 q/l, temperature 10,2 . Qaz tərkibi – karbon gazlıdır. Suyun kimyavi tərkibi- xloridli natriumludur. |
26 | Əzizbəyli mineral su mənbəyi | Qazax rayonu | Əzizbəyli mineral su bulağı K. Qafqazın şımalı-şərq hissəsində, Qazax-Tovuz hidrogeoloji massivində, Qazax şəh. simalı-qərbdə, yerləşir. Suyun minerallaşma dərəcəsi 6,6 q/l, temperature 26,2 . Qaz tərkibi – karbon gazlıdır. Suyun kimyavi tərkibi-hidrokarbonatlı-sulfatlı kalsiumlu- natriumludur. |
27 | Yanarsu mineral su mənbəyi | Astara rayonu | Yanarsu mineral su bulağı Talış dağ vilayyətinin Astara antiklinorium ərazisində, vulkanik bazaltlardan yer səthinə cıxır. Suyun minerallaşma dərəcəsi 6,1 q/l, temperature 16,80C, kimyavi tərkibi xloridli natriumlu- kalsiumludur. Qaz tərkibi –metan qazlıdır. |
28 | Ərkivan mineral su mənbəyi | Masallı rayonu | Ərkivan mineral su bulağı Talış dağ vilayyətinin Burovar antiklinorium ərazisində, Masallı ş.13 km. cənubi-qərbdə Yuxarı Eocen yaşlı suxurlardan yer səthinə cıxır. Suyun minerallaşma dərəcəsi 16,7 q/l, temperature 49,20C, kimyavi tərkibi xloridli natriumlu- kalsiumludur. Qaz tərkibi – karbon qazlıdır. |
29 | Ovra mineral su mənbəyi | Yardımlı rayonu | Ovra mineral su bulağı Talış dağ vilayyətinin Yardımlı sinklinorium ərazisində, Ovra k. və Yardımlı səhərindən şımalda, Aşağı Miocen yaşlı suxurlardan yer səthinə cıxır. Suyun minerallaşma dərəcəsi 0,8 q/l, temperature, kimyavi tərkibi hidrokarbonatlı-sulfatlı kalsiumlu- maqneziumludurdur. Qaz tərkibi – hidroqen-karbonatlıdır. |
30 | Alar mineral su mənbəyi | Yardımlı rayonu | Alar mineral su bulağı Talış dağ vilayyətinin Yardımlı sinklinorium ərazisində, Lənkəran şəh. şımalı-qərbdə, Aşağı Miocen yaşlı suxurlardan yer səthinə cıxır. Suyun minerallaşma dərəcəsi 0,7 q/l, temperature, kimyavi tərkibi sulfatlı-hidrokarbonatlı kalsiumlu- maqneziumludur. Qaz tərkibi – karbon qazlıdır. |
Həmçinin bax
redaktəMənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.