Geokriologiya - Wikipedia
Geokriologiya (donuşluq elmi, permafrost) — litosferin donmuş zonasını, eləcə də kriolitozonanı və onu təşkil edən yerin süxur hissələrini öyrənən elm.[1]
Geokriologiya geologiyanın bir bölməsidir. Yerin donmuş hissələrinin tarixini, donmuş zonanın litosfdə yayılma qanunlarını, quruluşunu, tərkibini, temperatur rejimini və kriolitozonanın qalınlığını öyrənir.
Geokriologiya mövsümi donan və əbədi donmuş torpaqları, süxurları; onların yayılmasını, quruluşunu; onlarda gedən fiziki-kimiyəvi prosesləri öyrənir, donmuş şahələri mənimsəmək və yeraltı sərvətləri istismar etmək yolları axtarır.
Buz kristallarını tərkibində saxlayan süxurlara "donmuş süxurlar", əksinə bu kristalları saxlamayan süxurlara isə "ərimiş süxurlar" deyilir. Ancaq təbiətdə tərkibində buz kristalları olmayan süxurlara da rast gəlmək olar. Məsələn, duz qatıçıqları saxlayan süxurlar, ya da tamamilə quru olan süxurlar.
Geokriologiyanın inkişafı insanların soyuq yerlərdə tikinti işləri aparmaqlarına şərait yaratdı.
Moskva Dövlət Universitənin (MDU) geokriologiya məktəbin banisi və yaradacısı akademik Aleksey Kudryavtsevdir.
İstinadlar
redaktə- ↑ Əliyeva N.Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s.