Gece Vaxti Dogus - Wikipedia
Gecə_vaxtı_doğuş - Haqqında Məlumat
Gecə vaxtı doğuş və ya Gecə doğuşu (ing. Nativity at Night və ya ing. Night Nativity) — London Milli Qalareyasında saxlanılan Gertgen tot Sint Yans tərəfindən təqribən 1490-cı ildə çəkilmiş Erkən Niderland dövrü rəsmidir. O, palıd üzərində yağlı boya rəssamlığı üslubunda çəkilmiş dəzgah rəsmidir və ölçüləri 34×25,3 santimetrdir. Rəsm mələklərin də iştirak etdiyi İsanın doğulmasını və rəsmin mərkəzindəki pəncərədən görünən dağ ətəyində Çobanlara müjdəni təsvir edir. Bu dindarlıq istifadəsi üçün çəkilmiş kiçik bir şəkil idi və Huqo van der Qusun təqribən 1470-ci ilə aid itirilmiş işinin kiçik dəyişikliklər edilmiş Gertgen versiyası idi.[3]
Gecə vaxtı doğuş | ||
---|---|---|
| ||
Rəssam | Gertgen tot Sint Yans | |
Tarixi | 1490 | |
Üslubu | dini incəsənət[d][1] | |
Texnikası | Dəzgah rəssamlığı | |
Ölçüləri | 34 sm × 25,3 sm | |
Materialı | yağlı boya[d][1] | |
Saxlanıldığı yer | ||
Saytı |
nationalgallery.org.uk/p… wga.hu/html/g/geertgen/n… |
|
İnventar nömrəsi | NG4081 | |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktəMənbələr
redaktə- Campbell, Lorne, National Gallery Catalogues (new series): The Fifteenth Century Netherlandish Paintings, National Gallery Publications, 1998, ISBN 1-85709-171-X