Galaxy Nexus - Wikipedia
Galaxy Nexus — (GT-I9250) Google və Samsung şirkətlərinin birgə əməkdaşlığı ilə yaradılan ağıllı telefon. Telefon və əməliyyat sistemi hər iki şirkətin birgə əməyi ilə istehsal edilmişdir. Bu telefon Google'ın üç nüvəli admiral gəmisidir. Bir nüvəli Nexus One, iki nüvəli isə Nexus S'dir. Galaxy Nexus HD (1280x720) Super AMOLED ekrana sahibdir. Cihaz mükəmməl bir kameraya sahibdir və Android Ice Cream Sandwich versiyası ilə istehsal olunmuşdur. Cihaz adı, Android ağıllı telefonların Samsung Galaxy və Nexus markalarının birləşməsidir. Amma cihaz Braziliyada Galaxy X kimi bilinir.
Samsung Galaxy Nexus | |
---|---|
Brend | Samsung Galaxy |
İstehsalçı |
Google Samsung |
Seriya | Nexus |
Mobil şəbəkə |
GSM GPRS EDGE |
Buraxılış tarixi | 17.11.2011 |
Çəkisi | 135 qram |
Əməliyyat sistemi | Android |
CPU | Texas Instruments OMAP 4460 |
Operativ yaddaş | 1GB |
Yaddaş | 16/32 GB |
Əlavə yaddaş | 0 KB |
Batareya | 1.750 mAh |
Ekran | 4,65 düyüm, 1280x720 piksel |
Arxa kamera | 5 meqapiksel (2596x1936) |
Ön kamera | 1,3 meqapiksel (1280x720) |
Galaxy Nexus, 19 oktyabr 2011-ci ildə Hong Kong'da Google və Samsung tərəfindən satışa qoyuldu. 17 noyabr 2011-ci ildə Avropa sərbəst buraxıldı. Telefon Open Source Project tərəfindən az sayda önərilən cihazlardan biridir. 29 oktyabr 2012-ci ilə qədər Galaxy Nexus, xələfi olan LG Nexus 4'ün bazara qoyulmasından sonra artıq Google Play Store'da satışa qoyulmadı.
Tarix
redaktəGoogle-un Nexus seriyasını davam etdirmək və üçüncü nəsil Nexus'u bazara qoyma planları Google'ın mobil platformalarının prezidenti müavini Endi Rubin tərəfindən 2011-ci ilin mayında təsis edildi. Samsung "Google Epizod"u üçün 11 oktyabrda bir reklam videosu ortaya atdı. Amma daha sonra Stave Jobs'un ani ölümünə görə reklam 19 oktyabr tarixinə saxlandı. Rəsmi açıqlamadan öncə, ayrıca Google "Nexus Prime" kimi anıldı. Telefon 19 oktyabr 2011-ci ildə Hong Kong'da rəsmi olaraq elan edildi və adı "Galaxy Nexus" olaraq açıqlandı.
Xarici keçidlər
redaktə- google.co.kr/nexus/ — Rəsmi saytı