Germesoylu - Wikipedia
Gərməşöylü - Haqqında Məlumat
Gərməşöylü — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düz Rəsullu kənd inzibati ərazi dairəsində kənd.[1]
Gərməşöylü | |
---|---|
40°37′ şm. e. 45°29′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktə- Kənd XVIII əsrin əvvəllərundə salınıb. Yerli əhalinin məlumatına görə, Gərməşöylü kəndini Düz Rəsullu kəndinin bünövrəsini qoymuş Rəsul adlı şəxsin oğlu Məşədi Nəbi salmışdır. Kənddəki nəsillərdən biri də bu səbəbdən "Nəbilər" nəsli adlanır. Bu kənddə əsasən iki qohum nəsil "Sərdarlı" və "Nəbilər" nəsli məskunlaşmışlar.
Kəndə 1993-cü ildə Düz Rəsullu inzibati ərazi vahidiyinin tərkibində status verilmişdir.
Toponimikası
redaktəŞahdağ silsiləsinin (Kiçik Qafqaz) şimal yamacındadır. Əsl adı Gərməşovludur.Yaşayış məntəqəsi vaxtilə gərməşov ağacının çoxluq təşkil etdiyi sıx meşənin talasında salındığından belə adlandırılmışdır. Hazırda kəndin ərazisində tək-tək germəşov ağacına təsadüf olunur. Tovuz r-nunda Gərməşoylu dağ, Gərməşovlu qobu oronimləri qeydə alınmışdır.[2]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 73 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Tanınmış şəxsiyyətləri
redaktə- Nizami Zeynalov (Riyaziyyat müəllimi — Azərbaycan Respublikasının əməkdar müəllimi.[4]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ "Arxivlənmiş surət". 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-06.