Gerene - Wikipedia
Gərənə - Haqqında Məlumat
Gərənə — Azərbaycan Respublikasının Bərdə rayonunun Güloğlular kənd inzibati ərazi dairəsində kənd.[1]
Gərənə | |
---|---|
40°25′54″ şm. e. 47°06′31″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Bərdə rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 73 m |
Saat qurşağı | |
Tarixi
redaktəQarabağ düzündədir. Əsl adı Qaranüydür. Gərənə bu adın təhrif forması hesab olunur.Oykonim "qara" (burada "sıx" mənasındadır) və "nüy" (Azərb. dilinin dialektlərində "çaysahili meşəlik" deməkdir) sözlərindən düzəlib, "çaysahili sıx meşəlik" mənasındadır. XIX əsrin məlumatlarına görə əkin və bağ üçün təmizlənmiş meşə yeri də yerli əhali arasında nüy adlanırdı.[2]
İqtisadiyyatı
redaktəUzun müddət qaz şəbəkəsi olmayan Gərənə kəndinə 2011-ci ildə qaz xətti çəkilmiş və həmin ilin noyabr ayında kəndə təbii qaz verilməsinə başlanmışdır.[3]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 284. (az.)
- ↑ Bərdə rayonunun iki kəndinə təbii qaz verilmişdir[ölü keçid]
Bərdə rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |