Genc Oglanin Portreti Irevani - Wikipedia
Qacar şahzadəsi Məculla Mirzənin portreti[1] və ya "Gənc oğlanın portreti"[2] — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin akvarellə[3] çəkdiyi rəsm əsəri. XIX əsrin ortalarında çəkilən portret, Bakıda Milli incəsənət muzeyində saxlanılır. İrəvaninin başqa bəzi əsərlərində olduğu kimi burada da dekorativlik həcmli plastik forma ilə məharətlə uyğun gəlir.[4]. Rəsmin orta əsrlərin miniatür şərq ənənələri ilə möhkəm bağlı olmasına baxmayaraq, rəssam öz marağını daha çox insanın görünüşündə cəmləşdirib, və bu hansısa müstəvi fonda yox, konkret interyerə malik olan üçölçülü məkanda təsvir edib, bu isə Azərbaycanın təsviri sənətində yeni dövrün başlansının göstəricisi idi.[3]
Qacar şahzadəsi Məculla Mirzənin portreti | ||
---|---|---|
| ||
Rəssam | Mirzə Qədim İrəvani | |
Tarixi | XIX əsrin ortaları | |
Üslubu | Kağız, sulu boya. 21x12 | |
Texnikası | yağlı boya | |
Saxlanıldığı yer | Azərbaycan Milli İncəsənət Muzeyi |
Rəsm əsəri 21 x 12 sm ölçüdə kağız üzərində sulu boya ilə çəkilmişdir.[1]
Təsviri
redaktəQədd-qamətli cavan oğlan ornamentlərlə və göy gül-çiçəkli almazlarla zinətləndirilmiş rombabənzər şəbəkə ilə bəzədilmiş divarın fonunda təsvir edilmişdir. Gənc adamın üzünü uzunluğu çiyinə qədər olan qara saçlar ilə haşiyələnmişdir. Koppuş dodaqlarının dumanlı şəkili sifətə şıltaq ifadə verir. Bu gənc qısa qollu arxalıq geyinib. Geyimin ucunda bitki naxışla bəzədilmiş xətt var. Arxalıq açılmış şəkildədi və onun altında mavi "don" görünür. Tünd göy şalvar geyimə əlavə parlaqlıq verir. Üfüqi zey üzrə yerləşən sarı-qəhvəyi rəngli zolaqda yazı var:
"Nəvvab Vəcihulla Mirzə həzrətlərinin portreti. Təvazökar Mirzə Qədim İrəvani tərəfindən çəkilmişdi" |
Bu yazının səhv oxunuşu zaman, adverilmədə xəta olduğu aşkarlandı. Belə ki, muzeyin inventar kitabına yazılan momentində "nəvvab" sözü ad kimi oxundu. Bunun nəticəsində gənc adamın portreti Mir Möhsün Nəvvabın gənclik portreti kimi müəyyənləşdirildi.[2]
İstinadlar
redaktə- ↑ 1 2 "Mirzə Qədim İrəvani (1825-1875). Azərbaycan. Qacar şahzadəsi Məculla Mirzə. Kağız, sulu boya. 21x12". 2015-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-09.
- ↑ 1 2 N.Miklaşevskaya. Художники XIX века Мирза Кадым Эривани и Мир Мохсун Навваб. — Искусство Азербайджана. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1954. — Т. IV. — С. 97.
- ↑ 1 2 "Y. Kostin "Искусство Азербайджана"". 2011-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-09.
- ↑ Л. С. Бретаницкий (введение, архитектура), К. Д. Керимов (изобразительное искусство), Ю. А. Казиев (декоративно-прикладное искусство). Искусство Азербайджана. Под ред. Б. В. Веймарна. История искусства народов СССР: в 9 томах. 1981. 391.
В работах Эривани декоративность умело сочетается с объёмно-пластической моделировкой формы. Таковы, например, портреты «Молодой человек» (илл. 366), «Сидящая женщина» (илл. 365) и рисунки «Аббас Мирза», «Мах Талят» и другие.