Gunter Litfin - Wikipedia
Günter Litfin (19 yanvar 1937, Berlin – 24 avqust 1961, Berlin Şpandau kruiz kanalı[d]) — alman dərzi idi və o, Berlin divarından qaçmağa çalışarkən ölən ikinci şəxs idi. Litfin Şərqi Almaniya sərhəd qoşunları tərəfindən atəş açılaraq öldürlən ilk şəxs həmçinin ilk kişi idi.
Günter Litfin | |
---|---|
Günter Litfin | |
Doğum tarixi | |
Doğum yeri |
Berlin Almaniya |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Berlin Şpandau kruiz kanalı, Qərbi Almaniya |
Vəfat səbəbi | Şərqi Almaniyanı tərk edərkən sərhəd nəzarətçilərinin açdığı atəş |
Dəfn yeri |
|
Milliyyəti | alman |
Fəaliyyəti | dərzi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəGünter Litfin 1937-ci il 19 yanvar tarixində Üçüncü Reyxin paytaxtı Berlin şəhərində doğulmuş və əkiz qardaşı olan Alois İkinci dünya müharibəsi dövründə həkim tərəfindən öldürülmüşdür.[2] Litfin Şərqi Almaniyada şərqi Berlinin Vaysenze adlı qəsəbəsində yaşayırdı və atası Albert kimi Xristian Demokrat İttifaqı (Almaniya) partiyasının qeyri-qanuni şöbəsinin üzvü idi. Peşəsi dərzi olan Litfin Qərbi Almaniyada Berlin zooparkı yaxınlığında sərhəd-keçid məntəqəsiylə müntəzəm gedib gəlirdi. 1961-ci il avqustun 13-də şərqi və qərbi Berlin sərhədi Şərqi Almaniya tərəfindən anidən qapadıldı. Sərhədin qapadılmasından qısa müddət əvvəl Litfin avqustun 12-də Qərbi Almaniyada iş yerinin yaxınlığında Şarlottenburq adlı yerdə bir mənzil tapdı. Öncəki gün isə o, qardaşı Yürgen ilə birgə onun yeni mənzilində mebelləri yerləşdirmək üçün oraya getmişdilər. Litfinin məqsədi növbəti gün səhər Şərqi Almaniyadan qaçmaq idi. Belə ki, artıq yollar qapadılmış və Berlinin ilk tikanlı məftilli hasarları quraşdırılmışdı.
Ölümü
redaktəAvqustun 24-də təqribən 16:00 radələrində Litfin qanunsuz olaraq Humboldhafendən üzərək Qərbi Almaniya sahilinə çıxmaq istədi.[3][4] Lakin dəmiryolu körpüsü özündə sərhədi təşkil edirdi və Litfin Şərqi Almaniya tranzit polisi tərəfindən aşkar edilərək dərhal geri qayıtmağı əmr edildi. Litfin Qərbi Almaniya sularına giriş üçün əllərini yuxarı qaldırdı və bu zaman ona atəş açılaraq qətlə yetirildi.[3][4]
Litfin 1961-ci il avqustun 31-də Vaysenzedə Hedviq məzarlığında dəfn edildi. Dəfnetmə mərasimində Ştasi əməkdaşlarının iştirak etməsi onun əsl qətl səbəbinin açılmağına maneə törətdi. Qardaşı Yürgenə görə dəfnetmə mərasimi çox ədalətsiz formada təşkil edilmişdi və orada iştirak edən hər kəs qardaşının qəza nəticəsində deyil Şərqi Almaniyanı tərk etmə cəhdinə görə qətlə yetirildiyini bilirdi.
Nəticə
redaktəGünter Litfinin xatirəsi şərəfinə həmçinin Berlin divarının digər qurbanları xatirəsinə 1992-ci ildə xatirə abidəsi qoyulmuşdur. Xüsusilə bunda Yürgen Litfinin (Günter Litfinin kiçik qardaşı) təşviq edici rolu olmuşdur. Bu əvvəlki nəzarət məntəqəsi olmuş və Berlin Şpandau kruiz kanalı sahilində yerləşən "Kieler Ek" yaxınlığında yerləşir.[5] Əlavə olaraq 2000-ci ilin avqustun 24-də Vaysenze qəsəbəsində yerləşən və əvvəllər Ştrasse 209 adlanan küçənin adı dəyişdirilərək Günter Litfin Ştrasse adlandırılmışdı.[6] Bundan başqa onun evinin yerləşdiyi küçədə onun adına adlandırıldı. Reyxstaq binası yaxınlığında olan Ağ xaçlar xatirə abidələrindən biri onun adına adlandırılmışdır.[3][4]
Berlin divarının yıxılmasından sonra Şərqi və Qərbi Almaniyanın birləşməsi fonunda Berlin Regional Məhkəməsi Litfinin öldürülməsində təqsirkar bilinən sərhəd nəzarətçisini 18 ay müddətinə azadlıqdan məhrum etmişdir.[3]
Qalereya
redaktə-
Şərqi Almaniya sərhəd nəzarətçiləri Şpree çayından Litfinin cəsədini çıxararkən.
-
Berlində Sandkruq adlı ərazidə xatirə abidəsi.
-
Ən soldakı Ağ Xaç ona həsr edilmişdir.
-
Vaysenze qəsəbəsində Günter Litfinin adına olan küçə.
-
Günter Litfinin yaşadığı sonuncu mənzil.
-
Günter Litfinin Heinersdorfer Ştrasse 32 küçəsində yerləşən mənzilin görünüşü.
-
Günter Litfinin 1961-ci ildə torpağa tapşırıldığı Hedviq məzarlığının əsas giriş qapısı.
-
Berlində köhnə nəzarət qülləsinin olduğu yerdə Günter Litfin xatirəsinə abidə
-
Berliner Adressbuş 1943-ün üz qabığı. Daxili səhifələrdə Günter Litfin və digər Berlin divarı qurbanları barədə müzakirələr aparılmışdır.
-
Berliner Adressbuş 1943-ün 1804-cü səhifəsində Günter Litfin barədə müzakirələr aparılmışdır
İstinadlar
redaktə- ↑ Find a Grave (ing.). 1996.
- ↑ Der Kommunismus ist ein Scheißhaufen ohne Ende! (Communism is a turd heap without end!) Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine, Focus Online, October 9, 2014 (alm.)
- ↑ 1 2 3 4 "Short portrait of Günter Litfin at Chronik der Mauer". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-28.
- ↑ 1 2 3 "Short portrait of Günter Litfin at Berlin Wall Memorial". 2017-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-28.
- ↑ Zorniges Gedenken an den ersten Mauertoten (Angry remembrance of the first Berlin Wall victim) Arxivləşdirilib 2011-12-15 at the Wayback Machine, Rheinische Post, August 10, 2011, page A6. (alm.)
- ↑ [[https://web.archive.org/web/20210515073406/https://berlin.kauperts.de/Strassen/Guenter-Litfin-Strasse-13086-Berlin#Geschichte Arxivləşdirilib 2021-05-15 at the Wayback Machine Kauperts, Straßenverzeichnis Berlin (Street directory Berlin), "Günter-Litfin-Straße" (alm.)
Ədəbiyyat
redaktə- Jürgen Litfin: Tod durch fremde Hand. Das erste Maueropfer in Berlin und die Geschichte einer Familie. Verlag der Nation, Husum 2006, ISBN 978-3-373-00524-7.
- Mathias Mesenhöller: Die grausame Mauer. In: Geo, 08/2011, S. 73
- Christine Brecht: Günter Litfin, in: Die Todesopfer an der Berliner Mauer 1961–1989. Ein biographisches Handbuch. Links, Berlin 2009, ISBN 978-3-86153-517-1, p. 37–39.